torlu qişa incelmesinde profilaktika

Torlu qişa incəlməsinə qarşı nə edə bilərik?

“Torlu qişasında incəlmə olan pasiyentlərə tövsiyələrimiz” və yaxud da ki, “İncəlmə prosesi varsa, onun dərinləşməməsi üçün, ən azından göz dibində olan dəyişikliklərin daha sürətli şəkildə getməməsi üçün və ya sürətlənməməsi üçün nələrə diqqət etməliyik?” 

Əslində çox önəmli mövzudur və xəstələrimizin hamısına da bu haqda ciddi məlumat verməyimizə baxmayaraq, bəziləri çox təəssüf ki, bu danışıqları ciddiyə almırlar. Buradan yenə də onlar üçün səslənirəm. Bizim edəcəyimiz bir neçə mövzu var. 

  • Ən birinci mövzu vaxtaşırı kontrollar. Əgər göz dibində incəlmə olubsa və bu barədə həkim sizə məlumat veribsə, kontrol vaxtı da deyilərək… Bizim kontrol vaxtlarımız 6 aydan birdir. 6 aydan bir mütləq müayinə olunmalıdırlar. 
  • İkinci, qadınlar 15 kilodan artıq, kişilər 20 kilodan artıq təkbaşına yük, əşya qaldırmasınlar. 
  • Üçüncü, zərbədən özlərini gözləməlidirlər. Baş, üz, göz ətrafına zərbə alınmamalıdır. Bu şeylərə diqqət olunmalıdır. 

Xəstələrə məlumat veririk: “Göz dibinizdə incəlmə var, 6 aydan bir yoxlatdırın.” Əgər iki hal varsa, 6 ayı gözləmirik. 

  • Birinci, anidən göz önündə qara ləkərin əmələ gəlməsi, 
  • ikinci göz önündə qığılcım, şimşək çaxması.

Bu şikayətlərdən ikisi və ya hər hansı biri varsa, daha 6 ayı gözləmirik, o problem olduğu anda, əlamət ortaya çıxdığı anda ən yaxın vaxtda göz həkiminə müayinəyə gedirik. Əgər bu dediklərimizə riayət etmiş olarlarsa, əksər hallarda göz dibindəki patologiyalar çox sürətli şəkildə pisləşmir və nəzarət altına alınmış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir