eyneyi cixaranda dumanli gorme

Eynəyi çıxardıqda dumanlı görmə

Xatırlayırsınızsa, yazılarımın birində qeyd etmişdim: “Eynək çıxaranda dumanlı görmə” – bununla əlaqədar bir məlumat paylaşacağam deyə. Bu gün o yazını paylaşmaq qərarına gəldik.

Zəif görənlərdə görmə necə formalaşır? 

İnsan zəif görür, refraktiv qüsuru var, amma o zəif görmə həyat fəaliyyətini davam etdirmək üçün yetərli deyil. Beyin daha çox görüntü istəyir. Daha çox görüntü əldə etməkdən ötrü gözün ətrafındakı əzələlər gözə kömək eliyir və bir miqdar görmə keyfiyyətini artırır. Amma bu görmə keyfiyyətini artırmaqla yanaşı, həmin əzələlərin bir neçə dəfə daha çox işləməyinə səbəb olur ki, o əzələlər də çox işlədiklərinə görə daha çox yorulurlar və davamlı göz ətrafında ağrılar olur, baş ağrıları olur. 

Eynək taxınca beyin baxır ki, artıq gözə kömək gəldi, gözün görmə qabiliyyəti yaxşıdır. Həmin əzələlər boş buraxılır, onlar öz işləri ilə məşğul olurlar, akkomodasiya ilə məşğul olurlar. Eynək taxanda hər şey qaydasında olur. Eynəyi çıxardan vaxtı o əzələlər axı hələ yığışıb gəlməyiblər, gözə kömək eləməyiblər?! Eynəyi çıxaran vaxtı görmə bir anda dumanlı olur. Bir neçə dəqiqəyə, 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə o əzələlər təkrar, onlara informasiya çatır, onlar təkrar yenə də yığışıb gəlib gözə kömək eləməyə qədər bir müddət vaxt keçir. 

Bu vaxt yenə də asılıdır o, insanın sinir sisteminin vəziyyətindən. Gərgindirsə, bir az vaxt uzana bilər, amma sinir sistemi rahatdırsa, o period daha sürətli şəkildə keçir və daha tez adaptasiya olur. 

Pasiyentlərin bəziləri: 

Doktor, eynək taxıram, yaxşı görürəm, amma eynəyi çıxardanda o bir müddəti çox pis görürəm, o məni narahat eliyir. Ona görə eynək taxmaq istəmirəm. 

Bu əsla eynək taxmamaq üçünbir səbəb deyil. O, bir perioddur, bir müddətə, onsuz da, keçib gedəcək. Pasiyentlər əgər beyinlərində özlərini ona hazırlasalar ki, eynək çıxarandan sonra qısa müddətli görməyim pis olacaq, sonra bu period ortadan qalxacaq. Məncə, çox rahat adaptasiya olacaqlar. 

Ən çox bu balaca uşaqlarla bağlı sıxıntı yaşayırıq. Valideynlər uşaq eynəyi taxır, eynəkdə hər şey qaydasındadır, heç bir problem yoxdur. Bir anda eynəyi çıxardan anda valideyn: 

– Oğlum oradan filan şey ver. 

– Nə? Ana haradadır? Nə? 

Panikləyir valideynlər. 

– Uşaq eynəyi çıxardır, kor kimi olur, heç nə görmür. 

– Bəli, düz deyirsiniz, o normaldır, müvəqqətidir və bir neçə dəqiqədən sonra keçib gedəcək. 

Ona görə uşaqlara eynək yazanda mütləq valideynlərə bu haqda məlumat veririk. Yəni eynəyi taxanda, başda bir neçə dəqiqə dumanlı görmə, eynəyi çıxardandan sonra yenə də bir neçə dəqiqə dumanlı görmə olacaq bir şeydir və buna görə narahat olmasınlar. İstər uşaq olsun, istər böyük olsun, eynək çıxardanda dumanlı görmə onları qorxutmamalıdırlar. Bu tamamən təbii bir şeydir və bir müddətə də keçib gedəcək, onsuz da. 

3 thoughts on “Eynəyi çıxardıqda dumanlı görmə”

  1. Salam həkim mən 15 ildirki eynək taxıram36 yaşım var.hərdən bir gözümdə gijilti olur mən onları görürəm ulduz kimi bir şeydi sonra gözüm toranlı görür kimə baxıram toranlı görürəm sonra əlim keyiyir bu məndə çoxdandı var 2 aydan biraydan bir olur bu nədən ola bilər

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir