eynekle yaxsi gormemek

Eynəkdə belə yaxşı görməmək

Əslində, bu mövzu bir az daha differensasiya edici bir mövzudur. Yəni pasiyentlər zəif görürlər, zəif gördüyü üçün də eynək taxır, amma eynəkdə belə yenə də tam razı deyil, qane olmur. 

Təmbəl göz

Səbəblər, bir dənəsi “tənbəllik” ola bilər. Xəstənin görməsi azdır, “tənbəl”dir. Yəni xəstə 2% görür. Normalda nömrəsi neçədirsə, o nömrəni eyni şəkildə taxınca 100 faizə çıxmalıdır görmə, amma 100 faizə çıxmır. Çünki göz gecikdirilib. Ya eynək indiyə qədər düzgün nömrələr taxılmayıb və ya eynəyi gec taxmağa başlayıblar. Göz “tənbəl olub”, eynəkdə belə görmə 40%, 50% ancaq olur. Bu halda xəstələr eynək taxsalar belə, görüntüdən tam məmnun qalmırlar. 

Astiqmatizm

İkinci, astiqmatı olan insanlar. Görməsi yaxşı deyil, 15-20% görməsi var. Eynək taxır, görməsi 70-80 %-ə çıxır, hətta bəlkə də100 %-ə çıxır, amma eynəkdə məmnun deyillər. Misal üçün, mən bunu həmişə ayaqqabıya bənzədirəm. Tutaq, ayaq ölçüsü 41-dir, ayaqqabının da ölçüsü 41-dir. Eyni ölçüdə ayaqqabı geyinməyimizə baxmayaraq narahat ayaqqabıdır. Yəni ayaqqabı ayağımızı sıxmır, amma narahatdır. Deyirsən ki, evə çatdım, tez bu ayaqqabını çıxardım. O astiqmatı yüksək olan insanlar da eynəyi taxırlar, görürlər, amma rahat deyillər. Yəni “Bir an öncə, bir imkan olsun da eynəyimi çıxardım, bir az gözüm dincəlsin!” deyirlər və mötərizə də açım… Belə olan hallarda, yəni astiqmatı yüksək olan hallarda eynəklə görmələri yaxşı olsa belə, yenə də biz əməliyyat olmalarını tövsiyə edirik. Çünki əməliyyatdan sonra əldə olunan görmə eynəkdəki görüntüdən daha rahat, daha komfortlu olur və məmnun qalırlar əksər hallarda. Yəni astiqmatı olan xəstələri eynək tam qane eləmir. 

İlk dəfə eynək taxanlar

Üçüncü mövzu: İlk dəfə eynək taxanlar, qısa müddətli, bir həftədir, iki həftədir eynək taxmağa başlayıblar. Bu müddətlərdə başlanğıc dövrlərdə iki həftəyə qədər baş hərlənməsi, dumanlı görmə, əyri görmə, yeriyəndə səndələmə. Bunlar eynəyə adaptasiyaya aid olan mövzulardır və maksimum iki həftəyə keçib gedir. Bu müddət də əvvəlki yazılarda da qeyd etmişdik, o pasiyentin sinir sisteminin vəziyyətindən asılı olaraq dəyişir: 2 gün, 3 gün də çəkə bilər, 1 həftə, 10 gün, 2 həftə də çəkə bilər. Və mövzunun əsas canı indi danışmaq istədiyim, bəzən pasiyent zəng edir:

– Doktor, siz eynək yazmışdınız. Eynəklə rahat görmürəm.

Karta baxırıq: astiqmat. Deyirik,

– Bəli, sizdə astiqmat var idi. Əvvəlcədən xəbərdarlıq eləmişdik: 1 həftə, 10 gün narahat görəcəksiniz. Əyri görəcəksiniz, dumanlı görəcəksiniz… Bir az da vaxt keçsin, çalışın çox istifadə edin. Alışacaqsınız. 

Eynək nömrəsi düzgün düzəldilməyib

Burada bir dənə mövzu var. Xəstə, 2 həftə keçir:

– Doktor, 2 həftə keçdi, hələ də mən rahat deyiləm.

– Təkrar müayinəyə gəlin.

Məlum olur ki, eynək nömrələri düzgün düzəldilməyib. Bizim belə bir narahatlığımız da olur. Yəni bizim yazdığımız reseptə uyğun düzəldilməmiş də olur. Çox təəssüf ki, bəzən bununla da qarşılaşa bilirik. Belə olan hallarda mənim pasiyentlərə tövsiyəm nə olur? Əgər eynəklə bağlı narahatçılıqları varsa, deyirəm astiqmatınız var idi, əvvəlcədən xəbərdarlıq eləmişdik, narahat görmə olacaq bir həftə, on gün, iki həftə… Amma yenə də hər ehtimala qarşı bir başqa optikada, həmin optikada deyil, harada eynəyinizi düzəltdirmisinizsə, fərqli bir optikada eynəyin reseptə uyğun olub olmadığını dəqiqləşdirin. Əgər eynək reseptə uyğundursa, o zaman narahat olmayın, öyrəşəcəksiniz. Yox eynəyin düzəlməyində sıxıntı varsa, artıq o da hər hansı şəkildə həll olunub düzəldilməlidir. 

Eynəyin şüşəsi düzdür, amma çərçivəsi rahat deyil

Bəzən: 

– Eynəkdən narahatam, eynəkdən narahatam.

– Buyurun, gəlin. 

Müayinə nəticəsindəməlum olur ki, eynəkdə görmə yaxşıdır. Hər şey qaydasındadır. Şüşələrlə bağlı sıxıntı deyil, tamamən mexaniki: çərçivənin ya burnu sıxmağı, ya qulağın arxasını sıxmağı, ya çərçivənin özünün ağırlığı ona bağlı bir mövzudur. Və çərçivə düzgün seçilməyib və yaxud başda xarici görünüşünü çox bəyənib alıblar, amma hal-hazırda istifadəsi çox rahat deyil. Belə olan hallarda, əlbəttə ki, şüşəni günahlandırmırıq, çərçivəni dəyişməklə bu problemi ortadan qaldırmış oluruq. 

Eynək düzgün təmir olunmayıb

Bəzən olur, uşaqlardır oynayırlar, oynayan zaman çərçivənin şüşələri düşür. Ya valideyn, ya optikadakılar şüşələri taxanda dəyişik taxırlar. Taykeş – sağı sola, solu sağa. Elə hadisələr də olub. Bir neçə ay keçib, iki ay, üç ay kontrola gəlir baxırsan, görürsən sağa yazdığın şüşə soldadır, sola yazığın şüşə sağdadır. “Nə məsələdir?” Soruşub məlumatı əldə edəndə: 

Doktor, yayda futbol oynayandabelə olmuşdu, düşmüşdü apardıq, belə elədik. 

Belə hadisələr də olur. Ona diqqət eləmək lazımdır. 

Yumru çərçivəli eynəklər

Axırıncı bəzi çərçivələr var ki, onların şüşə girən hissələri – “oprava”ları dairəvidir, yumrudur. Ümumiyyətlə, pasiyentlərə tövsiyəm astiqmatı onlar insanlar gözlük hissəsi dairəvi olan çərçivə seçməsinlər. Çünki astiqmat bəlli bir dərəcədə aydın göstərir. Bəzən şüşəni biz siləndə istər-istəməz, qeyri-iradi olaraq şüşə o gözlüyün içərisinə fırlanır, yerindən tərpənir və astiqmatın dərəcəsi dəyişdiyinə görə görmə keyfiyyəti aşağı düşür. Xəstələr: 

Doktor, eynəyi 6 aydır istifadə edirəm. 4 ay hər şey əla idi. Son 2 ayda eynəkdə rahat görmürəm, görməyi pisləşib. 

Məlum olur ki, astiqmatizmin dərəcəsi yerindən oynayıb və eynəyi dəyişdiririk və yaxud da ki, onu təkrar təmir edirik. Yəni bu halları nəzərə alsaq, eynəklə bağlı çox sıxıntı yaşanmır. 

Yenə də bəzi texniki mövzular ola bilər: eynəyin qalınlığı, ondan sonra eynək, qoruyucuların olması, filtrlərin olması, əlavə örtüklərin olması. Onlar da görmədə keyfiyyət fərqi əmələ gətirə bilir və bunlar istənilən halda nə şikayətləri olsa yekun bir cümlə eynəklə bağlınə şikayət olunsa, mütləq həkimləri ilə və optikadakılarla müzakirə edib məsələnin axırına çıxılsın. Elə qərar verilsin “Eynək taxılsınmı, eynək dəyişdirilsinmi?” Yoxsa öz başlarına “Eynək taxdım, xoşum gəlmədi, bəyənmədim, atdım, tulladım və eynək taxmıram” – doğru bir yol deyil. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir