Göz yorğunluğu üçün damcı

Göz yorğunluğuna qarşı nə edək?

Bu gün yenə sual gəldi göz yorğunluğu haqqında. “Göz yorğunluğuna nə eləyək?”

Göz yorğunluğuna səbəb olan bir neçə faktorlar. Əsas ana faktorumuz “göz işi”. Yazmaq, pozmaq, nəyəsə baxmaq uzun müddət… Bunlar gözdə yorğunluq əmələ gətirir. Bu yorğunluğun həlli və ya yorğunluğun gözə zərərlərini azaltmaqdan ötrü nələr eləyə bilərik? Əsas mövzumuz canı buradadır.

Ümumiyyətlə, gözü yorğunluqdan sonra dincəltməyin yolları:

Bir, maksimum dərəcədə uzağa baxmaq. Maksimum… Çox təəssüf ki, son dövrlər şəhər həyatı maksimal dərəcədə uzağa baxmaq imkanımızı əlimizdən alıb. Hara baxırsan, gözümüz binaya tuşlanır, tikililərə tuşlanır. Çox uzağa baxa bilmirik.

İmkan daxilində baxa bildiyimiz qədər uzaqlara baxmalıyıq. Hətta, yenə də bu mənim şəxsi fikrimdir: həm uzağa, həm yaşıla baxılsa, nə gözəl olar?! Buradan bir çıxarış edə bilərik. İmkan daxilində bütün il boyu eləyə bilməsək də, heç olmasa yay tətillərində həm özümüz, həm də uşaqlarımız şəhər kənarına, bir, iki həftəlik də imkan olsa, şəhər kənarlarına, kəndlərə, dağlara, uşaqlarımızı göndərsək və ya özümüz gedə bilsək, onların gözləri bu ilin yorğunluğunu atmış olar.

İkinci, istirahətimiz. İmkan daxilində işin ortasında yorulduq, gözümüz narahatdır, yorğunluq hiss edirik, qısa müddətli də olsa, 3 dəqiqə, 5 dəqiqə gözümüzü yumub xəyallara dalmaq. Sanki yatacaqmış kimi yumulu saxlamaq. Çünki yumulu saxlayınca da akkomadasiya əzələləri boşalır, rahatlayır. Daha sonra dincələ bildiyimiz qədər vaxt keçiririk: 5 dəqiqə – 10 dəqiqə… Daha sonra yenə işimizə davam edirik. 

Ondan sonra qoruyucu vasitələr, eynəklər istifadə edə bilərik. Artıq günümüzdə çox önəmli bir hal aldı. Tutaq, 20 il bundan qabaq biz qoruyucu vasitə olaraq nəmləndiricilər adını çəkmirdik. Amma günümüzdə, demək olar ki, hər kəs, yəni pasiyentlər olaraq, demək olar ki, gələn pasiyentlərin 60-70 faizinə biz nəmləndirici tövsiyə edirik. Çünki artıq bu monitor işləri həyatımızın bir parçası oldu, hətta ayrılmaz bir parçası oldu. Nə qədər tövsiyə etsək də ki, gün ərzində 1 saat, 2 saatdan artıq telefon, planşet, mümkün qədər məşğul olmayaq, az istifadə eləyək, amma çox təəssüf ki, bizə qulaq asan yoxdur. Hətta özümüz bəzən özümüzə qulaq asa bilmirik. Belə olan hallarda da nəmləndirici istifadə etmək məcburiyyətindəyik. Yəni getdikcə nəmləndiricilərdən asılılığımız artmağa başlayır. Amma gözü qorumaq üçün gələcəkdə fərqli bir problemlərlə qarşılaşmamaqdan ötrü məcburuq. 

Üç halı dedik: mümkün qədər uzağa baxmaq, ikinci imkan daxilində gözü yumub mürgüləməyə çalışmaq bir neçə dəqiqəlik və nəmləndirici istifadə etmək. Əgər bunları edəriksə, məncə, gözlərimiz bizə daha çox, daha uzun müddət xidmət edər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir