Ən çox hal-hazırda rast gəldiyimiz suallar: “Doktor, gözüm çox qaşınır.” “Doktor, gözüm çox sulanır, gözüm çox qızarır. Nədən ola bilər? “
Xüsusilə də, martın ortalarına doğru sezon allergiyaları daha çox artmağa başlayır. Əvvəllər yanvar, fevral aylarında qriplərdən sonra qalıq olaraq göz əlamətləri özünü büruzə verirdi. Orada da yenə qaşınma, qızartı, sulanma, bir də əlavə ifrazat, çirk ifrazı. Bunlar daha çox qripin qalığı olaraq özünü göstərirdi. İndi hal-hazırdakı periodda isə bakterial və viral proseslərdən daha çox allergik proseslər özünü daha çox büruzə verməyə başlayır.
Mövsümi göz allergiyalarının əlamətləri
Əsas əlamətləri nədir? Qaşınma, qızartı, sulanma, bir də şişkinlik (ödem). Əlavə əlamətlər işığa baxa bilməmə, qamaşma, tez yorğunluq, gözü bağlama, yəni quruluq, yanında quruluq əlamətləri. “Gözümü yummaq istəyirəm”, “yatmaq istəyirəm”… Bu şəkildə.
Belə olan hallarda istənilən halda nə olur olsun göz həkimə müraciət olunmaq tövsiyə olunur. Amma mövsümi göz allergiyaları, mövsümi allergik konyunktivitlər sadəcə gözə bağlı deyil, əksər hallarda qonşu orqanlarla bərabər, yəni qulaq, burun, boğaz problemi ilə bərabər və ya hətta ümumiyyətlə somatik bir, allergik bir fon olur, onun nəticəsi olaraq ortaya çıxa bilir. Bu axırıncı cümlələrimi niyə dedim? Bəzən olur, xəstələrə biz dərman yazırıq:
“Doktor, dərmanı istifadə elədim. İstifadə etdiyim müddətdə yaxşı oldu, dərmanı dayandırandan sonra təkrar yenə də şikayətlərim geri qayıtmağa başladı.”
Bu o deməkdir ki, biz sadəcə gözü müalicə etməyə çalışdığımız zaman gözdəki prosesi basqılamış oluruq, amma orqanizm mövzusunda bir faydamız toxunmur, orqanizmdəki problemlər davam edir. Dərman effekti azalan kimi orqanizmdəki narahatçılıq özünü göstərir. Belə olan hallarda ortaq işlənilməlidir. Yəni sadəcə göz müalicəsi deyil, göz müalicəsinin yanında qulaq, burun, boğaz və hətta ehtiyac ola bilərsə, ümumi allergik müalicələr, bədən üçün allergik müalicələr istifadə olunmalıdır. Ağızdan tabletka şəklində ola bilər, ya iynə şəklində ola bilər və ya spreylər şəklində ola bilər.
Bəzi xəstələr var ki, onlarda orqanizmdən asılı olaraq bu allergiyanın saydığım, sadaladığım əlamətləri başqaları ilə eyni cür getməyə bilər. Bəziləri var ki, orada qaşınma daha dominant olar, daha üstün olar, bəzilərində sulama daha üstün olur, bəzilərində qızartı daha çox olur, bəzilərində işıqdan qamaşma daha çox olur. Ona görə dəqiq, 100% bu əlamətlərin hamısı hər kəsə eyni cür gedəcək deyə bir qayda yoxdur. Nə olur olsun, elə xəstə olur, bəzən saydığımız əlamətlərin sadəcə bir dənəsi olur:
“Doktor, heç bir şikayətim yoxdur, sadəcə qaşınır”
və ya
“Sadəcə sulanma var.”
Nə olur olsun, belə olan hallarda göz müalicəsi ilə yanaşı ən azından qulaq, burun, boğaz həkiminə gedib qulaq, burun, boğaz mövzusunu da, allergik bir mövzular varsa, onları da həll eləmələrini tövsiyə edirik. Əksər hallarda bu mövsüm olduğuna görə pasiyentlər hər il eyni vaxtda bu şikayətlərlə narahat olurlar. Ona görə o dövrlərdə hətta dövr gəlmədən həkimə müraciət edibü mumi bir check-up olunub, problem başlamadan üstünə düşüb müalicələrini almağını tövsiyə edirik.
Ev şəraitində mövsümi göz allergiyalarının müalicəsi
Bəzi hallarda xəstə uzaqda olur, həkimə əli çata bilmir, şikayətləri daha çox olur. Allergik konyunktivitlərdə ən çox basqın əlamət, gözə qaşınma xəstələri daha çox narahat etdiyinə görə qaşınmanı azaltmaq üçün belə hallarda soyuq kompress tövsiyə edirik. Soyuq kompressi, ya “umıvarnik”dən üzlərinə gözləri açıq şəkildə sərin su vurmaq və ya hər hansı bir marla şəklində bez parçasını isladıb, soyuducuda soyudub, onu soyuq şəkildə gözün üstünə qoyub bir neçə dəqiqə gözün üstündə saxlamaq, yəni orada bir sərinlik, sərinlik vazokonstruktiv damarları daraldacaq sulanma azalacaq, qaşınma azalacaq. Yəni ilkin olaraq bunu istifadə edə bilərlər və ya əllərinin altında anti-allergik tabletlər varsa, onları istifadə edə bilərlər və ya əvvəllərdən evdə burun spreyləri, allergiya üçün zəif kortizonlu burun spreyləri varsa, burun spreyləri istifadə edə bilərlər. Əksər hallarda bunlar effektiv olur, xəstələrin şikayətləri ortadan qalxır.
Allergik konyunktivitlərdə xəstəliyin, prosesin vəziyyətinə görə sağalma periodu dəyişə bilir. Elə xəstə var ki, dərman istifadə edir, iki gün-üç günə şikayətlər tamamən ortadan qalxır. Elə xəstə var ki, biz konyunktivada follikullar görürük. Yəni böyük qabarıq, böyük follikullar olunca biz allergiya üçün dərmanları, göz damcılarımızı daha uzun müddətdə vermək məcburiyyətində qalırıq. Yəni bir həftə -10 günə o follikulları yox eləmək, əritmək mümkün olmur.
Yenə də söhbəti yekunlaşdırmaq üçün əgər sizdə mövsümi allergik konyunktivit və ya allergik rinit varsa, proses başlamadan öncə prosesi söndürmək… Çünki başlayandan sonra daha yüksək dozalar lazım olur müalicə üçün. Amma daha profilaktika və ya başlamadan daha aşağı doza ilə bu problemi həll edə bilirik.
Dərmanların əksəriyyətinin əsas təsirindən başqa əlavə təsirləri, yan təsirləri də olur. Yan təsirlə qarşılaşmayaq deyə daha aşağı doza ilə əlbəttə ki, davam etsək, daha gözəl olar.
Özünüzə yaxşı baxın.
Salam. Həkim yaxın, uzaq görmə və plus xamelion, yəni üçü birində olan eynəklər var. Belə eynəklərdən istifadənin gözə faydası və yaxud ziyanı barədə nə məsləhət verərdiz?
Salam. Bu üçü birində eynəklərin üstünlüyü istifadəsindədir. Yəni iki eynək daşımırsınız, işinizi bir eynəklə görürsünüz. Bəzi adamlar bu cür eynəklərə gec alışır.