Yuxusuzluq-gözdə-hansı-problemlər-yaradır

Yuxusuzluq gözdə hansı problemlər yaradır

“Yuxusuzluq, gözdə necə problemlər əmələ gətirər?” – kifayət qədər böyük bir mövzudur. Konkret olaraq “Yuxusuz qalanda gözümdə ağrı hiss edirəm və gözüm qızarır” şikayətinə görə bu mövzunu açdım.

Yuxusuzluq gözlə bağlı çoxlu problemlər ortaya çıxarda bilər. Bəzən yuxusuzluq gözdə ağrıya səbəb olur, bəzən qızartıya səbəb olur, bəzən qaşınmağa səbəb olur, bəzən yorğunluq, tez yorulmağa səbəb ola bilir, bəzən quruluğa səbəb ola bilir, bəzən görmə problemləri ortaya çıxarır, yəni spazm verir, xəstənin görməsi pisləşir. Qamaşmalara gətirib çıxarda bilər, işıqdan qorxmağa çıxarda bilər, günəşə baxa bilməmək kimi. Yəni saymaqla qurtara bilərik, amma kifayət qədər çoxlu əlamətlərlə özünü göstərə bilər. 

Bunlardan bugünkü mövzumuza uyğun olanı gözdə qızartı və yorğunluq. Bəzi pasiyentlər olur: “Doktor, yuxusuz qalanda”, əsas sürücülərdə daha çox olur, bir də gecə növbələrində işləyənlərdə olur, “Doktor, uzun yol sürəndə gözüm qızarır və ağrayır” və ya “Doktor, gecə smenlərinə çıxıram. Smendə olan periodda, növbədə olduğum dövrlərdə gözümdə dəhşət yorğunluq və qızartılar olur.” Bu hallardakı yorğunluq, qızartı əslində bir xəbərdaredici əlamətdir. Yəni bir şeylərin yolunda getmədiyinin bir əlamətidir. 

Nə yaxşı ki, bunlar var. Bunlar olmasaydı göz və ya orqanizm yorğunluğunu, yuxusuzluğundan narahat olduğunu necə bildirməlidir? Biz necə hiss etməliyik ki, biz yuxusuz qalanda narahat oluruq, yatmalıyıq.Yaxşı ki, bu əlamətlər var. 

Bu əlamətlər olunca, əlbəttə ki, işin kökdən həlli, ən doğru həlli, imkan daxilində yuxunu səhmana salıb problemi həll etmək lazımdır. Əgər, yox işimiz elədir ki,”Səhmana sala bilmirəm, amma bu şəkildə də davam etmək istəmirəm, məni narahat edir” deyirsinizsə, əlbəttə ki, bu anlarda artıq həkimlər dövrəyə girib kömək edir. İstifadə edəcəyimiz nəmləndirici dərmanlar və ya ağrını götürəcək dərmanlarla biz bu prosesi bir az daha yüngülləşdirə bilirik. Amma bir daha deyim bu problemin əsl həlli səbəbə bağlıdır. Yəni bu problemlər yuxusuzluqdan ortaya çıxıbsa, yatmaqla da həll ediləcək. 

O ki qaldı, bayaqkı sadaladığım digər səbəblər, bu yazı çox uzun olmasın, insanlarımız yorulmasın deyə daha sonralar inşallah imkan daxilində bu mövzu haqqında daha detallı məlumat verəcəyəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir