El arasında”toyuq korluğu”, elmi adı “retinitis pigmentoza”. “Retinitis pigmentoza” nədir?
Torlu qişada işığı qəbul edən hüceyrələr var.
İki ana hüceyrəmiz var: çöpcüklər, kolbacıqlar. Kolbacıqlar işıqlı havada, gündüz görməni təmin edir. Çöpcüklər dumanlı havada, qaranlıqda görüntünü təmin edir. Ona görə kolbacıqların sayı azdır və sahəsi daha dardır. Çöpcüklərin sayı daha çoxdur və torlu qişada daha geniş sahəni əhatə edir. Bu iki reseptor işləri fərqli-fərqlidir.
Bəzi insanlarda genetik olaraq çöpcüklər, yəni gecə görməni təmin edən, qaranlıq və dumanlı havada görməni təmin edən reseptorların sayı normadan az olur və bu insanlar loş işıqda, qaranlıq havada, qaranlıq məkanlardar ahat hərəkət edə bilmirlər, hətta bəzən heç hərəkət edə bilmirlər.
Toyuq korluğu genetik problemdir
Toyuq korluğu, “retinitis pigmentoza” genetik bir problemdir. Əksər hallarda yaş artdıqca patologiya daha da dərinləşir və hətta ola bilər erkən dövrlərdə yola verilə biləcək bir görmə olursa da, yaş artdıqca tamamilə görmənin itməsinə qədər gedir. Yəni sadəcə işıq duyğusu qalır. Özlərini tanımadığı yerlərdə rahat hərəkət edə bilmirlər.
Toyuq korluğunun müalicəsi varmı?
Tibbi olaraq belə pasiyentlərə oluna biləcək nə var?
- Toyuq korluğu olan insanlarda hüceyrə sayı çox azdır deyə o hüceyrələri qorumaq. Hüceyrələr niyə qorunmalıdır? Həyat dövründə insanlar yaşlaşdıqca, onsuz da, o hüceyrələr normal digər insanlarda da sayı azalır. Toyuq korluğu olan pasiyentlərdə, onsuz da, bu sayı azdır, yaş artdıqca oradakı hüceyrələrin sayı daha sürətlə azalmasın deyə, bir, antioksidant içilməlidir “apoptoz” hadisəsini ləngitsin deyə.
- Ətraf mühitdə olan ultrabənövşəyi şüalar və mavi şüalar həmin hüceyrələrə dağıdıcı, öldürücü zərbə yetirdiklərinə görə qoruyucu eynəklər taxmalıdırlar.
- Daha sonra damarın daralmasına səbəb olacağı siqaret çəkməmələrini tövsiyə edirik və damar genəldici qoruyucu vasitələrdən istifadə etmələrini tövsiyə edirik.
- Son zamanlar belə pasiyentlərdən ötrü əlavə kök hüceyrə nəqli ilə, yəni sütun hüceyrələr vasitəsilə “apoptoz” hadisəsini ləngitməkdən ötrü hüceyrə köçürtmək əməliyyatları təklif edilir. Düzdür, bu hələ ümumi qəbul olunmuş bir metod deyil. Hal-hazırda eksperimental olaraq davam etdirilir. Amma gələcəkdə bu sahədən həmin pasiyentlər üçün faydalı mövzuların, faydalı vasitələrin, müalicə metodlarının ortaya çıxacağına əminəm.
- Hal-hazırda bu pasiyentlərin görmə keyfiyyətini artırmaqdan ötrü müxtəlif vasitələr, tutaq ki: kamera ilə təchiz olunmuş eynəklər və ya monitora bərkidilmiş eynəklər, böyüdücü eynəklər, ətrafa işığı artırmaqla yenə də görmə keyfiyyətini artıran fərqli-fərqli dəstəkləyici vasitələr var. Düzdür, bizim ölkəmizdə hal-hazırda bu sahə pasiyentlərin əli çatacağı bir yer yoxdur. Amma xaricdə bu mövzuda əgər bir az araşdırsalar internetdən, xüsusilə də, Amerikada bu mövzuda kifayət qədər yardımçı vasitələr var və onlardan istifadə edə bilərlər.
Toyuq korluğu olanlar ildə 1 dəfə həkim müayinəsində olmalıdırlar
Bu pasiyentlər nə olur olsun, ildə bir dəfə həkim müayinəsində olmalıdırlar.
“Retinitis pigmentoza” olan xəstələrdə əksər hallarda yanaşı gedən problemlər olur, patologiyalar olur.
- Onların əksəriyyətində qarışıq astiqmatizm olur, yəni görmə dərəcəsi olur. Onsuz da, qoruyucu eynək taxmalıdırlar, onlara həm də dərəcəli qoruyucu eynək taxmaq tövsiyə edirik.
- Mirvari suyu (kataraktaları) olur. Əgər kataraktaları həkimlərin belə ən çox çaşdığı mövzulardan bir dənəsi, qarışdırdığı mövzulardan bir dənəsi – “Katarakta var, əməliyyat edək!” Bu pasiyentlərin əksəriyyətində katarakta onların görmə keyfiyyətinə çox da maneçilik törətmir. Kataraktaları olmuş olsa belə əməliyyata tələsməmək lazımdır. Çünki o pasiyentlər sanki katarakta əməliyyatı eləsək, görməyim düzələcək gözləntisinə girirlər, amma əməliyyatdan sonra onu əldə etməyincə depressiyaya düşürlər. Yəni həqiqi mənada xəstənin görmə keyfiyyətini aşağı salmırsa, kataraktaları əməliyyat olunmamalıdır.
- Bunların gözlərində görmə mərkəzlərində torlu qişada makulada “kistoz makular ödem” olur. Əgər “kistoz makular ödem” varsa, bunlarda da yenə görmə keyfiyyəti çox aşağı olur. Digər pasiyentlərdə gözdaxili iynə vurmaqla bu problemi həll edə biləriksə, bu pasiyentlərdə gözdaxili iynə vurmaqla da patologiya, proses ortadan qaldırıla bilmir.
Əlavə patologiyalar üçün toyuq korluğundan əziyyət çəkən xəstələr ildə bir dəfə müayinə olunmalıdır. Əgər onların hər hansı birində həkimin müdaxiləsinə ehtiyac varsa, vaxtında müdaxilə olunsun və onlara bir faydamız toxunsun.