Gündəlik praktikada çox rast gəlirik. Pasiyentlər zəng edir və ya müayinəyə gəlirlər: “Doktor, gözüm dəhşət ağrayır!” O “dəhşət ağrıyır” sözünü elə vurğulayaraq deyirlər ki?!
Düzdür, dəhşət göz ağrısı verəcək göz patologiyaları var. Əslində, bir az danışmışıq vaxt olduqca gələcəkdə də danışacağıq. Amma bu “dəhşət göz ağrıları” şikayətinin təxminən 80 faizinin altında, əslində, göz problemi yatmır, sinir problemi yatır. Bu mövzunu paylaşmaqdakı məqsədim, pasiyentlər bu ağrı mövzusu olunca onu fərqləndirə bilsinlər, differensasiya etsinlər.
Gözdə qızartı yoxdursa nevropatoloqa müraciət edin
Ümumiyyətlə, “dəhşətli göz ağrısında” mütləq göz qızartısı olmalıdır. Əgər gözdə ağrı varsa, amma gözün özünə baxırıq güzgüdə qızartı yoxdursa, böyük ehtimal bu gözə bağlı deyil. Yəni pasiyentlər bu ağrının səbəbini başqa yerdə axtarmalıdırlar.
Pasiyentlər boş yerə vaxt itirməsinlər
Əksər hallarda nə olur: “Doktor, gözüm dəhşət ağrıyır. Bir həftədir vaxt tapıb müayinəyə gələ bilmirəm.” Bir həftədən sonra müayinəyə gəlir, baxırsan ki, gözə aid bir mövzu deyil, fərqli bir mövzudur. Əsas da fərqli mövzu nə olur? Nevrogen mənşəli olur. Xəstə bir həftə göz həkimi müayinəsi üçün gözləyir. Ağrıları təkrar nevropatoloqa getməyə ehtiyacı doğurur. Bir neçə gün də nevropatoloqu gözləyir. Yəni belə olan hallarda əgər gözdə qızartı yoxdursa, tövsiyəmiz birinci nevropatoloqa müraciət etmələridir.
Səbəb adətən “üçlü sinir ağrısı” olur
Nevroloji ağrıların səbəbi əksər hallarda yenə “üçlü sinir ağrıları” olur. Üçlü sinirin üç şaxəsi var: birincisi, gözə gələn qaş tərəfdən, kəllədən çölə çıxır, üst damaq və alt damaq şaxələri var. Həmin bu şaxələr iltihablanır, iltihablanma nəticəsində dəhəqiqətən də dözülməz ağrılar verir.
Belə hallarda ilkin olaraq ağrıkəsici, isti kompres və vaxt itirmədən nevropatoloqa müraciət etmələrini tövsiyə edirik.
Gözdəki problemlərin əksəriyyəti qızartı ilə müşahidə edildiyinə görə qızartı yoxdursa, birinci nevropatoloqa müraciət etmələrini tövsiyə edirik.
Salam,kitab oxuyarkən gözlərim çox yorulur onun üçün nə məsləhət görərsiz?
Salam. Bəlkə eynəyə ehtiyacınız ola bilər.
salam isimle elaqedar gun erzinde cox kompyuterden isdifade etdiyim ucun gozlerimde agri olur bunun ucun eynek ve s. ne meslehet gore bilersiz ?
Salam. Hər vaxtınız xeyir olsun. Belə hallarda bir müayinə lazım olur. Müayinə nəyə görə lazımdır? Onsuz da siz qoruyucu eynək taxmalısınız. Əgər gözünüzdə az da olsa astiqmat və ya refraktiv qüsur varsa onları eynək ilə tamamlamaq onun özü də yorğunluğunuzu azaldacaq, ondan sonra qoruyucu filterli eynək şüşələri və əlavə nəmləndirici istifadə etmək. Bu 3 dənə şərt, bir də gigiyenik qaydalara riayət etmək. Arada 45 dəqiqədən bir, 10-15 dəqiqə fasilə vermək, istirahət etmək.
Ətraflı məlumat üçün təşəkkür edirəm.
Çox sağolun.