Buna yaxın bir mövzu, bir səfər yenə əvvəllər danışmışdıq. Amma təkrar biliyin anasıdır və hər səfər məlumatlar yenilənə bilir. Bu səfər, bir fərqli bucaqdan…
Ana xəttimiz yenə də eynidir. Gözü qorumaq üçün xüsusi bir vasitələr yoxdur. Əgər həyat tərzimiz, həyat şəraitimiz standartdırsa, orqanizm gözü özü-özünü qoruyur. Yəni göz orqanizmin bir parçasıdır, orqanizm öz toxumasını, parçasını qoruyacaq, müdafiə edəcək.
Həyat tərzimiz marginallaşıb
Amma hal-hazırda vaxt keçdikcə bəzi ekstrim hallara girə bilirik. Misal üçün, anormal monitor işiylə məşğul olmaq, soyuq havalarda çox gəzmək, çox günəşli havada olmaq, çox quru havada olmaq və ya çox nəmli havada olmaq, çox yuxusuz qalmaq. Artıq bu “margin” həyat tərzi çox təssüf ki, hamımızın da həyatımıza girdi. İstər-istəməz bu mövzularla bağlı sıxıntılar yaşamağa başlayırıq.
Göz üçün konfort zona yaratmaq lazımdır
Göz üçün komfort zona dar olanda bir sıxıntı yoxdur, göz özünü müdafiə edə bilir. Normal göz yaşı var, göz yaşının tərkibindəki qoruyucu maddələr, lipidlər var. Gözü ultrabənövşəyi şüalardan qoruyacaq qədər büllurda proteinlər var, göz kirpiklərimiz var, göz qapaqlarımız var, buynuz qişanın epitel qatı var, günəş şüalarından normal halda qoruyacaq…
Amma həddindən artıq çox monitor işi ilə məşğul oluruqsa, bu zaman gözdə quruluq əmələ gələcək, qoruyucu eynək və ya nəmləndirici damcılardan istifadə edəcəyik. Monitorların ayarlarını sahmana salacağıq, çox parlaqlıq olmasın, imkan daxilində mavi işıq az olsun. Bunları əgər idarə edə bilsək, nə gözəl.
Anormal, həddən artıq çox günəşli havada gəziriksə, mütləq qoruyucu günəş eynəklərindən istifadə edəcəyik. Ultrabənövşəyi şüaların pik olduğu vaxtlarda, əgər günəş altında gəziriksə, həm günəş eynəklərimizin içərisində UV filterlər olmağını istəyəcəyik.
Anormal soyuq havalarda əgər gəziriksə, yaşayırıqsa, belə olan hallarda nəmləndirici damcılardan istifadə edəcəyik.
Küləkli havalar varsa, bu səfər yenə də qoruyucu və ya xamilyon eynəklər istifadə olunub, yenə dəstəkləmək üçün nəmləndirici damcılardan istifadə edəcəyik.
İmmuniteti yüksək saxlamalıyıq
Bu tədbirləri görməklə yanaşı ən önəmli şeylərdən bir dənəsi də orqanizmin immunitetini (müdafiə funksiyasını) tam formada saxlamaq məcburiyyətindəyik. Bunun da yolu keyfiyyətli yuxu, keyfiyyətli və ya normal qidalanma, maksimum dərəcədə emosional rahatlıq, yəni psixoloji gərginlik, stress, bunlardan uzaq qalmaq.
Əgər bunları təmin etmiş olarıqsa, əlbəttə ki, bu gözlərimiz bizə daha uzun müddət xidmət edər.
Salam ,həkim, H.Mahirə (1972)mənim 2 il öncəyə gözlərim cox yaxsi görurdu, bir dəfə çöldə tūlku yuvasindan birələr ustumə darasdi , stress keçirdim ,iki ay oyaq qaldim,elə bildim quduz olacam, həm dərim allergiya oldu,bir də baxdim yaxingörməm zəifləyib, kitabı oxuya bilmirəm, ən qəribəsi həkim mənə allergiyaya qarsi sistem yazmisdi –NaCl da həll olan bir kapsula idi,sistemi vurub ayaga duran kimi gözūmdən sanki isiq cıxdi ,baxdim yrnə əvvəlki kimi görurəm ,amma bu işıqlanma cəmi 20 gun cəkdi , yenə gözumun isıģi azaldi, həkim dedi ət yemədiyin ūçūn qanın duzu azalib , basqa həkim dedi B catmir və s.indi eynək taxiram , gozum get-gedə zəifləyir , ailəmizdə agir goz xəstəliyi olanlar var , anam da sizdə muayinədə olub ,mənim gözūmū muayinə edə bilərsinizmi?
Salam. 050 391 94 22, 051 555 58 50 – qeydiyyat nömrələrimizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.