Əvvəlki yazıda qeyd etmişdik: “Kataraktanın diaqnozunun qoyulması.”
Bu dəfə bir az daha fərqli bir mövzu “Katarakta diaqnozu qarışdırıla bilərmi?”
Əlbəttə, katarakta diaqnozu qoyulmasının çox asan olduğunu orada qeyd etmişdik. Yəni sadəcə bəbəyi böyüdüb keyfiyyətli bir biomikroskopik müayinə vasitəsilə katarakta diaqnozu asanlıqla qoyula bilər.
Amma bəzi nüanslar var.
Praktikada biz rast gəlirik. Xəstə gəlir, müayinə edirsən, arada belə bir dialoq keçir:
– Doktor, məndə nə var?
– Yəni, o var, bu var.
– Katarakta?
– Yox, sizdə katarakta yoxdur.
– Ay doktor, axı mənə başqa yerdə katarakta demişdilər. Hətta əməliyyat demişdilər.
Təəccüblü qalıram. Amma ola biləcək şeylərdir. Çünki ola biləcəyini niyə görə gətirirəm?
Bəbək böyüdülmədən müayinə edilmiş ola bilər
Əslində, bəbək böyüdülmədən müayinə aparılmamalıdır. Amma ola bilər xəstə elə bir yerə getmiş ola bilər ki, bir az tələskənlik olub, ya həkim bir az diqqətsiz olub, hər hansı bir səbəbdən bəbək böyüdülmədən, büllurun bulandığını düşünüb və xəstəyə o şəkildə məlumat verib.
Bu hallar ola bilər. Yəni xəstə bəbəyi böyüdülmədən müayinə olunmuş ola bilər.
Bizim də işdə çox rast gəlirəm:
“Doktor, bir dənə bax gör mənim büllurum bulanıb? Kataraktam var, yoxsa yoxdur?”
Elə bilirlər ki, o qədər asan bir şeydi ki… Yəni həkimləri bu hala salan səbəblərdən biri də elə pasiyentlərin hövsələsizlikləri və ya hadisəyə dırnaqarası baxmalarıdır.
Yəni deyirsən ki, “Müəllim, vallah üzr istəyirəm, bəbək böyüməyib, yəni bir katarakta mövzusunda fikir yürüdə bilməkdən ötrü – ‘Var, yoxsa yoxdur? Varsa nə dərəcədədi?’ yəni detalı müayinə edib bəbək böyüdülüb elə baxılmalıdır.”
Bəziləri başa düşür, bəziləri başa düşmür.
Elə bilir ki, sən onları müayinə eləmək istəmirsən, başdan sovdu yanaşırsan, başdan eləməyə çalışırsan. Amma əsla bu belə deyil.
Müayinə aparatı köhnə ola bilər
İkinci hissəsi, istifadə etdiyimiz aparatlar. Yenə də ola bilər ki, hal-hazırda haradasa tam görüntü keyfiyyəti çox yüksək olmayan bir biomikroskop istifadə oluna bilər, o da bir az aldada bilər, həkimi yanılda bilər.
Amma həkim artıq istifadə etdiyi cihazın imkanlarını biləndən sonra keyfiyyətsiz olsa belə, artıq standartları onun üzərində qurur və namaqramma, alqoritma, bu istiqamətdə qurub davam eləməlidir.
Düzdür, yəni hər kəsdə keyfiyyətli cihaz olacaq deyə bir qayda yoxdur. Ola bilər, elə bir həkim olsun ki, onun cihazı keyfiyyətli olmasın. Amma həkim onu nəzərə alıb işini planlaşdırmalı, qurmalıdır. Ona görə xəstələrin diaqnozu dəqiqləşdirməlidir.
Başqa bulanıqlıqla səhv salına bilər
Bir də üçüncü mövzu, bəzi başqa problemlər özünü büllurun bulanması kimi göstərə bilər. Misal üçün, buynuz qişada yüngül bulanma.
Öndən arxaya gedəndə buynuz qişadır, sonra ön kamera boşluğudur, bəbəkdir, bəbəyin arxasında büllurdur.
Katarakta, büllurun bulanmasıdır.
Büllura qədər olan mühitlərdə hər hansı bir bulanıq olarsa, bəzən bu da çox nadir olur, həkim yanıla bilər və ön tərəfdəki bulanıqlığı büllurda bulanıqlıq kimi qəbul edib pasiyentə o şəkildə məlumat verə bilər. Yəni bir yanılma ola bilər.
Və ya bəzən də büllurun arxasında arxa kapsulu var, arxa kapsuldan daha arxada, yəni şüşəyəbənzər cismə doğru hər hansı bir şəkildə bir bulanma, ona biz “vitrit” deyirik. Yəni iltihab nəticəsində bir membranın əmələ gəlməsi, bu da bəzən həkimləri çaşdıra bilər və yanlışlıqla katarakta diaqnozu qoyula bilər.
Səhv katarakta diaqnozu 5 faizdən azdır
Gündəlik praktikada rast gəldiyimiz yanlış qoyulmuş diaqnozlar sayına baxanda, yəni ümumiyyətlə, bəlkə də, 5 faizi keçməz. Yəni o qədər də böyüdüləcək bir mövzu deyil.
Yəni günümüzdə istifadə etdiyimiz diaqnostik cihazların inkişaf etməsi ilə yanlış diaqnoz mövzusu da günü-gündən getdikcə daha da azalmaqdadır.