Nə vaxt katarakta əməliyyatı olunmalıyam? [Katarakta: 27]

Xəstə müayinə olundu, katarakta diaqnozu qoyuldu. Nə vaxt əməliyyat olmalıyam? 

Çox önəmli bir mövzudur. 

Gün ərzində ən azı 10 xəstə müraciət edir. Hansı ki, ilk gələndə məlumat vermirlər: 

– Şikayətiniz nədir? 

– Sadəcə yoxlanmağa gəldik. 

Müayinə olundu, ya eynək yazıldı, ya dərman yazıldı. 

– Doktor, məndə mirvari suyu yoxdur? 

– Yox. 

– Amma mənə axı filan yerdə mirvari suyu deyilmişdi. 

Baxış tərzi bir az fərqlidir. Əslində, yazıların birində demişdik. Yəni katarakta diaqnozu qoymaq çox çətin bir diaqnoz deyil. Əslində, o yazılarda bunu nəzərə alıb demişdim. Narahat oluram, açığı. Yəni varsa var, yoxdursa yoxdur?! 

Kataraktada elə bir şey yoxdur ki, bu gün var, sabah yoxdur, o biri gün təzədən oldu. Üzr istəyirəm, yəni büllur şəffafdırsa, mən ona necə katarakta deyə bilərəm? 

– Doktor, başqa yerdə mənə katarakta deyilmişdir. 

Bu mövzulardan irəli çıxıb: Nə vaxt əməliyyat olmalıyıq? 

Əgər büllurdakı bulanıqlıq bizim görmə keyfiyyətimizi aşağı salırsa və bizi narahat etməyə başlayıbsa, onda əməliyyat olmalıyıq. Bu işin birinci hissəsi. 

İşin ikinci hissəsi, yenə əvvəlki yazılarda qeyd etmişdik: Bəzi katarakta növləri var ki, onlar qaldıqca fərqli problemlərə çevrilə bilər. Belə olan kataraktalarda biz həkim olaraq diaqnozu qoyduqmu artıq onun təhlükəlilik dərəcəsini bildiyimizə görə, xəstəni məlumatlandırırıq. 

– Sizdə filan növ katarakta var. Bu kataraktalar zamanla problemə çevrilmə ehtimalı çox yüksəkdir. Tövsiyəmiz odur ki, vaxt itirmədən və ya imkan olan ən qısa müddətdə əməliyyatınızı olasınız. 

100 katarakt xəstəsindən 80-də təhlükəli problem olmadığına görə biz əməliyyatın vaxtını xəstəyə həvalə edirik. 

– Siz nə vaxt narahat olsanız, onda əməliyyat ola bilərsiniz. 

Yəni “mirvari suyu” əməliyyatındakı vaxtı yenə dediyim kimi iki hissəyə bölürük. Birinci, həkim təhlükəlilik dərəcəsini dəyərləndirib, təhlükəlidirsə, vaxtı həkim deyir, yox, təhlükəli deyilsə, o zaman pasiyentə buraxırıq. Pasiyent nə vaxt istəsə, onda da əməliyyat olur.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir