Katarakta əməliyyatından sonra istifadə olunan dərmanlar

Katarakta əməliyyatından sonra istifadə olunan dərmanlar [Katarakta: 38]

Kontrakt əməliyyatından sonra istifadə olunacaq dərmanlar hansılardır?

Biz son neçə ildir əməliyyatdan sonra istifadə olunacaq dərmanları, imkan daxilində özümüz xəstələrə təmin edirik. 

Niyə belə bir qərara gəldik? 

Əslində, bu da imkan daxilində xidmət səviyyəmizi artırmaq, xəstələrin komfortunu təmin etməkdən ötrüdür. Çünki düşünün, xəstə əməliyyatxanadan çıxıb, özünə görə stressli bir period keçirdib, həm xəstə, həm xəstə yaxınları, ondan sonra da əllərinə bir dənə resept yazırsan, düşürlər apteklərin canına. Bilmirlər, xəstələri ilə məşğul olsunlar, xəstələrini evə aparsınlar, yoxsa aptek-aptek gəzib dərmanlarımı tapsınlar. 

Bu problemlərlə qarşılaşmamaqdan ötrü biz imkan daxilində əməliyyatdan sonra lazım olacaq: istəyir onun antibiotiki olsun, istəyir onun steroid dərmanları olsun, istəyir onun ağrıkəsici dərmanları olsun, istəyir onların yuxu ilə bağlı problemləri olarsa, həyəcanı götürməkdən ötrü, stressi azaltmaqdan ötrü, yəni ən azı bir günlük dərman ehtiyaclarını biz klinikada təmin edirik.

Yəni xəstə əməliyyat otağından çıxdıqdan sonra həm qulluq başa salınır, necə qulluq olunmalıdır, həm də dərmanları onlara təqdim olunur ki, gedib təkrar bir də aptek-aptek şəhərdə gəzib dərman axtarmasınlar. 

Belə bir xidməti göstərmək, həqiqətən də, bizim üçün xoş olur. Çünki xəstələrimiz məmnun qalırlar. Yekunda bütün işlərimizin mahiyyəti onların, pasiyentlərimizin məmnunluğudur. Bu işi də sırf bu məqsədlə yerinə yetiririk. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir