“Mirvari əməliyyatı” – katarakt əməliyyatı olunduq, həmin günümüzü keçirdik. Artıq səhər oldu, səhər yuxudan qalxdıq. Nə eləməliyik?
Qalxınca ilk öncə normal qaydada əl üzümüzü yuyuruq.
Pasiyentlərimiz yenə də bəzən qorxurlar:
– Doktor heç üzümü yumamışam.
Üz yuyula bilər. Qaydası:
Ovucumuza suyu doldururuq gözlərimizi yumuruq, bu şəkildə rahat üzümüzü yuyuruq. Rahat üzlərini yusunlar, orada bir sıxıntı yoxdur. Sadəcə üzü yuyarkən ovuşdurmasınlar və ya bir möhkəm, möhkəm, çox ovxalamasınlar. Onsuz da, istənilən halda biz üzümüzü yuyarkən suyu yaxınlaşdıranda reflektor olaraq gözlərimizi yummuş oluruq. Bu şəkildə üzümüzü yuyub, təmizləyirik.
Üzün yuyulmağı bizə niyə lazımdır?
Tökdüyümüz damcılar effektini verir. Onların bir hissəsi kirpik diblərinə yığışıb qalır və kirpik diblərində quruyurlar. Bir, kirpiyi sərtləşdirmiş olurlar. O sərtlik istər-istəməz göz yumulub açıldıqca cızır, konyunktivamızı cızır, yeni bir infeksiya riskini artırmış olur.
İkinci, həmin o qurumuş damcı dərman qalıqlarının üstünə bakteriyalar otura bilərlər, ikincili bir infeksiya mənbəyi olmuş ola bilər. Ona görə tövsiyəmiz narahat olmasınlar. Əməliyyatdan sonra ehmallı şəkildə üzlərini yusunlar.
Yuxudan qalxdılar, üzlərini yudular və dərman tökməyə başlayırıq. Bir gün əvvəl dediyimiz o iki dənə damcılarımızı, bu gün də eyni qaydada həkimə gedilənə qədər…Həkim bir randevu saatı verir. Saat 10-mu, 11-mi, 9-mu neçəsə… Həkimə gedənə qədər eyni qaydada dərmanlar istifadə olunur. Bir və ya iki saatdan bir damızdırılır.
Normal səhər yeməklərini yeyirlər.
Hər şey qaydasında, yəni fərqli bir şey olunmur. Həkimə gəldikləri zaman yenə əməliyyat sonrası müayinələrimiz var. Nəyə diqqət edirik?
Birinci gözdaxili təzyiq. Çünki o xəstələrdə bəzən, demişdim bir əvvəlki videoda gözdaxili təzyiq qalxma ehtimalı var, Viskoelastiklər gözün içində qalanda bəzən. Gözdaxili təzyiqə baxırıq, gözün dərəcəsinə baxırıq.
Ondan sonra ilkin müayinəmizi eləyirik. Biomikroskopiya. Əməliyyat sahəmiz normaldırmı, əməliyyatla bağlı bir problemimiz yoxdur? Görməmiz təxminən əgər çox sərt katarakta deyildirsə, ödəm əmələ gəlmir və görməmizi yoxlayırıq elə əməliyyatın səhərisi günü. Əksər hallarda əməliyyatın səhərisi günü istədiyimiz görməni əldə edirik. Çox nadir halda ödem əmələ gəlir. Bu ödemin çəkilməsi bir neçə gün davam edə bilər. Elə olanda da əgər ödem varsa, xəstəmizə əvvəlcədən məlumatımızı veririk. “Ödem var, narahat olmayın, bir neçə günə bu ödem keçəcək”. Panikləməsinlər deyə…
Tapşırıqlarda nəyə diqqət edirik? Yenə gözü möhkəm ovuşdurmaq qadağandır.
Yanımızda mümkün qədər siqaret çəkilməsin.
Ümumiyyətlə, buradan bir təbliğat işi də aparaq. Bilmirəm nə qədər işə yarıyar? Qapalı məkanda, heç yanımızda əməliyyat olunan insan olmasa belə, yəni istənilən halda qapalı məkanda siqaret qadağandır. İstər ev olsun, istər iş yeri olsun, istər avtomobil olsun.
Hələ-hələ xəstələrin yanında siqaret qətiyyən çəkilməməlidir. Tüstüdən uzaq qalmalıdırlar.
Qidalanmaqla bağlı heç bir problemimiz yoxdur.
Əksəriyyəti, xəstələrin 99 faizi əməliyyatın səhərsi günü normal işlərinə geri dönə bilirlər. İşə getmək istəyirlərsə, işlərinə gedə bilərlər. Evdarlıqdırsa, evdarlıq işlərini görürlər. Bununla bağlı da bir sıxıntı yaşanmır.
Katarakta əməliyyatdan sonra kontrol müayinələr
Kontrolumuz əməliyyatın səhərisi günü, əməliyyatdan 3 gün sonra.
Statistikalar göstərir ki, ilk 3 gün içərisində hər hansı bir səbəbdən əməliyyatda yara sahəmizin ağzı açıla bilər deyə, ilk 3 gün infeksiyalaşma riski yüksəkdir. Ona görə ilk 3 günü biz təqib edirik.
Əməliyyatın səhərsi günü, bir də 2 gün sonra kontrola çağırırıq. Hər iki gün kontrolda da hər şey qaydasındadırsa, artıq bir də növbəti kontrolumuz 1 ay sonra olur.
Yəni əməliyyatın səhəri günü bir də nə eləyirik?
Bir gün əvvəlcədən dərmanlarımızı sıx istifadə edirdik, 1 saatdan bir, 2 saatdan bir. Artıq həkim müayinə etdikdən sonra vəziyyət stabildir, hər şey qaydasındadırsa, dərman sayımızı seyrətməyə başlayırıq. Gündə 4 dəfə 4 saatdan bir istifadə edirik. Və ya çox nadir halda ola bilər əlavə yeni gözləmədiyimiz problemlərlə qaşılaşmış ola bilərik. O zaman ya dərman sıxlığını artırırıq və ya əlavə dərmanlar istifadə etmə ehtiyacı doğa bilər.