Katarakta əməliyyatdan sonra gözləmədiyimiz mənfi hallar – naxoş sürprizlər. Nə ilə qarşılaşa bilərik?
Əksər hallarda əməliyyatdan sonra xüsusi gözlədiyimiz sürpriz olmur və ya ola biləcək, qarşılaşa biləcəyimiz mövzuları xəstələrə əvvəlcədən xəbərdarlıq edirik. Ona görə də problem yaşamırıq, demək olar ki…
Amma nəzəri olaraq nələr ola bilər?
Gözdaxili təzyiqin yüksəlməsi
Əməliyyatdan sonra ola biləcək ən böyük problemlərdən bir dənəsi gözdaxili təzyiqin yüksəlməsidir. Çox hallarda ciddi problem yaratmaz. Amma nadir halda anormal ağrı verə bilər, dumanlaşma verə bilər, qızarma verə bilər.
- Belə olanda istənilən halda həkimlə əlaqə saxlamağa çalışılmalıdır və o sidikqovucu tabletka ki, yazmışdıq içməyə, ondan həkim ola bilər bir dənə yazmış olsun, siz təkrar ondan alıb istifadə edə bilərsiniz.
- Həkimlə əlaqə saxlanılır, həkim vəziyyətə uyğun olaraq suallarını verəcək, ona uyğun bir çıxış yolu göstərəcək.
- Əgər heç cürə həkim və klinika ilə ünsiyyət qurmaq, əlaqə qurmaq alınmırsa, o zaman təcili yardım xidmətinə müraciət etmək. Bununla da əksər hallarda təcili yardım xidməti lazım olan köməyi eləmiş olurlar.
Gözdaxili iltihablanma – endoftalmit
İkinci hal çox nadir ola bilər: gözdaxili iltihablanma – gözün içində infeksiya.
Bir göz həkiminin kabusudur endoftalmit. Göz daxilində infeksiyanın başlamağı. Bu, erkən saatlarda da başlaya bilər, gec saatlarda da başlaya bilər.
İnfeksiya nə qədər erkən saatda başlayarsa, onu idarə eləmək, kontrol eləmək daha asandır, nə qədər gec saatlarda başlayarsa, idarə eləmək və onun zərər vermə ehtimalı daha çoxdur və idarə etmək daha çətindir.
Amma infeksiyanın olduğunu xəstə necə hiss eləyə bilər?
- Yenə də anormal ağrı… Anormal! Hətta ağrı kəsicilərlə belə belə keçib getmir.
- Görməsi qısa müddətdə itməyə yaxın olur, dumanlaşır və itir.
- Gözün rəngi dəyişir, normal rəng bozarmağa başlayır və anormal dərəcədə qızartı olur.
- Göz, göz ətrafı, hətta qapaqlar şişir, qızarır.
Belə olan hallarda
- Təcili, zaman itirmədən həkimlə əlaqə saxlayırlar.
- Ən pis ehtimal əgər heç cürə həkim və xəstəxana ilə ünsiyyət qura bilməsələr, təcili yardım xidmətini istifadə etməlidirlər.
Gözdə tromb
Bunun xaricində başqa nə ilə qarşılaşıla bilər?
Tromb halıyla. Gözün özündə tromb söhbəti olmur, amma əksər hallarda əməliyyatdır, xəstə həyəcan keçirtdi, qan təzyiqi qalxdı, onsuz da, ideal adam yoxdur. Haralardasa damarda tromb olur, təzyiq qalxınca həmin tromb yerindən oynayır, qopur və ən incə damarlardan birini tutur.
Ya xəstə paris keçirdə bilər və yaxud da ki, ani göz tutulması ola bilər, göz damarını tutar, tromboz verə bilər.
Xəstə əməliyyatdan sonra evə gəldi, sarğısını açdı, görməsi yaxşıdır, anidən görmə itdi. Belə olan hallarda da yenə də dediyim kimi ya həkim, ya təcili yardım mütləq bunlarla əlaqə saxlanmalıdır.
Bunun xaricində açığı mənim ağlıma gələn bir mövzu yoxdur.
Psixoloji gərginliyə bağlı problem
Çox şükür, bu dediklərim heç birisi ilə qarşılaşmamışam. Amma əksər hallarda psixoloji gərginliyə bağlı problem yaşanır.
Çünki elə xəstələr var ki, onların dözümlüyü çox azdır, qıcıq qapıları çox aşağıdır. Çox balaca problemləri belə qabardırlar, qabartdıqca daha da qabardırlar və hətta nə bilim mən, ağzı əyildi, təzyiqi qalxdı, qolu tərpənmədi.
Hə, baxırsan, görürsən ki, tamam psixogen mənşəlidir.
Bir balaca sakitləşdirici verilir, hər şey qaydasına düşür.
Yəni mənim rast gəldiyim bunlardır. Başda danışdıqlarım nəzəri olaraq ola biləcək bir mövzudur. Əgər pasiyentlər kimlərsə bu mövzu ilə əlaqədar qarşılaşarlarsa, mütləq həkim və ya təcili yardımla əlaqə qursunlar.