İş prosesində bəzi mövzular aktuallaşır. Hansı ki, baxıram bu mövzular 1-2 nəfərə bağlı deyil. Yəni daha geniş kütləyə bağlıdır. Ona görə, bunları işin gedişatında mən özümə görə qeyd aparıram. Nə vaxtsa bunlara aid bir paylaşım edim və fikrimi sizinlə bölüşüm.
Bunlardan bir dənəsi hal-hazırda “mixed asatigmatism” – “qarışıq astiqmatizm” olan xəstələrdir.
Bu mövzu niyə paylaşmaq istəyirəm?
“Uşağın görməsi 1 günə 40% pisləşib?!”
Xəstələr gəlir.
– Doktor, mənim uşağım neçə faiz görür?
– Sənin uşağın 40% görür.
– Yox, doktor. Dünən biz getmişdik başqa bir həkimə. O həkim bizə demişdi ki, ‘Sənin uşağın 20% görür.’ Bu nə təhər olur, ay doktor? Dünən 20% deyirlər, sən də burda 40% deyirsən.
Bu bir anlaşmazlıqdır və buna görə də bəzən xəstələr pasiyentlər həkimlər haqqında şübhəyə düşürlər. Amma əslində problem həkimin problemi deyil. Problem xəstəliyə aid bir problemdir.
Nə deməkdir?
Həm latent hipermetropu olanlar, yəni gözündə müsbət dərəcəsi onlar, həm qarışıq astiqmatı olanlar, yəni gözündə həm müsbət dərəcə, həm də astiqmatı olanlar…
Misal deyim. Xəstənin gözü müsbət 3-ə mənfi 4 astiqmatı var. Bu xəstələrdə hələ hələ erkən yaşlarda 4 yaşda, 5 yaşda, 6 yaşda, yəni akkomodasiya gücü yaxşı olan, əzələsinin gücü yaxşı olan pasiyentlərdə gün ərzində görmə itiliyi dəyişir. Beynin yorğunluğundan asılı olaraq görmə faizləri dəyişə bilir.
Uşaq səhər tezdən qalxıb, axşam rahat yatmışdı, dünən gecə telefonla oynamayıb, özünü yaxşı hiss eliyir, axşam saat 10-dan yatıb, səhər saat 8-də qalxıb, hər şey əladır, rahat dincəlib! Həkimə gedirik. Həkim bu uşağı yoxlayır, Eyni uşaq 80% görür. Valideyn həkimdən soruşur,
– Doktor, mənim uşağım neçə faiz görür?
– Sənin uşağın 80% görür.
Eyni uşağı eyni həkim 2 saat sonra yenidən müayinə edir. Tutaq ki, uşaq həkimin yanından ayrıldı, getdi, 2 saat telefonla oynadı, təkrar bir də gəldilər. Həkim yoxlayır. Uşağın görməsi 40 faizə düşüb.
– Doktor, mənim uşağım neçə faiz görür?
– Sən uşağın 40% görür.
– Səhər 80% görürdü, indi 40% görür?!
Həmin uşaq yenə də gedir, bir az həyətdə oynayır, yenə də bir az telefonla məşğul olur, kitab oxuyur, dalaşır kiminləsə, axşam saat 4-də gəlir. Yenə eyni həkim eyni uşağı müayinə eliyir. Görməsi 20%.
– Doktor, mənim uşağım neçə faiz görür?
– 20%!
Eyni uşaq, eyni həkim, amma günün fərqli vaxtlarında yorğunluq dərəcəsi ən asılı olaraq 80% də görə bilər, 60% də görə bilər, 20% də görə bilər.
Dünən heç bir şey oxumamışdı, rahat idi. Amma bu gün axşam çoxlu oxuyub və ya telefonla oyun oynayıb gərgindir və ya müayinə sırasında dünən əhvalı yaxşı idi, heç nə bunu yormamışdı. Amma bu gün elə müayinədə, o bir saatlıq müayinə sırasında uşaq gərginləşdi, stressə düşdü, görmə faizləri aşağı düşdü.
Demək istədiyim mövzu nədir?
“Latent hipermetroplar” və “qarışıq astiqmatlar” – bunlarda daha çox olmaqla, normal “mioplarda” da olur, amma daha çox bunlarda, çılpaq gözlə görmə itiliyi stabil rəqəm deyil, dəyişkən rəqəmdir. Valideynlərdən xahişim budur ki, heç vaxt o rəqəmləri yaddaşlarında saxlamasınlar, yaddaşlarına həkk etməsinlər.
– Keçən səfər yoxlamışıq 60% idi, bu səfər 20%! Uşağın görməsi 40% pisləşib!
– Xeyr! Elə deyil!
Yəni uşağın görməsi, nömrələri gün ərzində onsuz da 100 dəfə dəyişir. Yəni qarışıq astiqmatı olan insanlarda, xüsusilə də uşaqlarda görmə faizi dəyişir.
Böyüklərdə necə olur?
Böyüklər bunu daha yaxşı təsvir edirlər.
– Doktor, səhər yuxudan qalxıram. Heç bir problem yoxdur, hər şey əla! O ki gedirəm işə, başlayıram işləməyə… Artıq saat 11-12-dən sonra yavaş-yavaş yoruluram və bir müddətdən sonra baxıram ki, hərflər ekranda və ya gözümün qabağında oynamağa başladı, yayılmağa başladı. Artıq saat 3-də, 4-də artıq işləyə bilməyəcək vəziyyətə gəlirəm. Hətta…
qəşəng cümlə deyirlər,
– …axşam saat 8-9-a doktor, bu dərmandan sonra necə görməyim dumanlaşır, axşam 8-9-da bax, bu vəziyyətə düşürəm!
Yuxudan qalxmışıq, göz əzələləri dincəlib, səhər tezdən akkomadasiyamızı yaxşı eliyirlər, görmə qabiliyyətimiz yaxşı olur. Yorulduqca əzələlər daha da yorulur, gözə kömək eləyə bilmirlər. Axşam saat 7-yə, 8-ə tamamən “sikloplegiya” hadisəsi deyirik…
Biz müayinə vaxtı bəbəyi böyüdürük. Bəbəyi böyükməkdə də məqsədimiz nədir? Görmə funksiyası sadəcə gözün özünə aid bir şey deyil. Gözün ətrafında əzələlər var, onlar da gözə kömək eləyib görməni artıra bilirlər. Kimdə ki, akkomodasiya çox güclüdür, onlar çox yorulurlar.
Bir az daha detallandırım.
Xəstənin gözü müsbət 4-dür…
Elə dünən gəlib. İsti-isti, həmin pasiyent haqqında…
Sağ göz müsbət 3.75 sol gözümüz müsbət 4.25. Xanımdır, 32, ya 33 yaşı var.
– İllərdir, doktor, mən əla görürdüm. Mənim heç bir problemi yox idi. Yaxşı görməyimlə fəxr eliyirdim Amma axır vaxtlar günortadan sonra görməyim pisləşməyə başlayıb.Hətta işləyirəm… İşdən sonra gedirəm evə, artıq evdə mən imtahana hazırlaşmalıyam. Mən dərs oxuya bilmirəm, kitab oxuya bilmirəm, o vəziyyətə gəlirəm, neyləməliyəm?”
Müayinəyə baxıram, görürəm bunda müsbət 3.75, müsbət 4.25.
– Xanım, sizdə doğuşdan bu dərəcələr var idi.
– Axı, doktor, indiyə qədər mən yaxşı görmüşdüm?!
– Bəli, yaxşı görmüşdünüz. Amma nəyin hesabına? Əzələlərin yükünün hesabına!
Düşünün… 32 -33 yaşında bir insan. Əgər gözündə ortalama müsbət 4 dərəcəsi varsa, bu adam 5, maksimum-maksimum 10-ca faiz gözün özü görər. Amma xəstə, həmin xəstə ilk müayinə girəndə bəbəyi böyütmədən 100% görürdü. Onun 10 faizi gözdür, 90% əzələlərin hesabınadır, akkomodasiya əzələlərinin hesabınadır. O 90 faizi ortaya çıxartmaqdan ötrü akkomodasiya əzələləri anormal dərəcədə işləyirlər və bu insanlar bəli görürlər. Amma o görüntünü ortaya çıxartmaqdan ötrü inanılmaz dərəcədə güc sərf eləyirlər. Çox yorulurlar! İş görürlər, amma dəhşətli yorulurlar!
Belə adamların həyat yükünü azaltmaqdan ötrü 100% görmələrinə baxmayaraq, mütləq eynək taxmalıdırlar. Əksəriyyəti etiraz edir:
– Doktor, onsuz da mən yaxşı görürəm. Bu eynəyi niyə yazırsan?!
Eynək həmişə görməni artırmaqdan ötrü deyil. Bəzən eynəkləri yorğunluğumuzu azaltsın deyə yazırıq. O, çox önəmlidir. Yəni bu yaşda, 32 yaşında səhərdən axşama qədər işlə bağlı kompüterdəyik, “Axşamlar da imtahana görə dərs oxumalıyam.” Belə adamın həyat rahatçılığını komfortunu artırmaqdan ötrü mütləq eynək taxmalıdır.
Bəlkə yazı bir az uzanacaq, amma mövzunu yenə də davam eləmək istəyirəm.
“Eynək taxmağa başladım, görməyim ona görə zəiflədi”
Bu xəstələrdə yaşadığımız ən böyük problem.
– Doktor, 2 il bundan qabaq sənin yanına gəldim. Mən onda 100% görürdüm. Sən mənə eynək yazın. Sağ ol, eynəkdə daha yorulmuram, rahatam. Amma indi mənim görməyim 80 faizə düşüb. O eynəyi taxmasaydım, bəlkə də mən yenə də 100% görərdim.
– Əsla! Onsuz da, əzələlərin gücünə görə siz 100% görürdünüz.
Əzələlər bütün ömür boyu eyni gücdə, eyni tonusda qalası deyil ki?! Yaş artdıqca istər-istəməz əzələlərin gücü, tonusu, bacarığı, performansı düşür aşağı. Yəni eynək taxmasaydınız da, sizin yaş artdıqca görmə faizləriniz düşəsi idi.
O pasiyentləri bəri başdan mən nə deyirəm,
– İndi 100% görməyinizə baxmayın, vaxt keçdikcə görmələriniz azalacaq!
– Hara qədər azalacaq?
– İndi bəbəyi böyüdəndən sonra, sikloplegiya eliyəndən sonra nə qədər görürsünüz, görmə qabiliyyətiniz budur. Nə vaxtsa da çılpaq gözlə görməniz buraya qədər düşəcək!
– Doktor, nə danışırsan?!
– Bəli.
Yəni illərin keçməyi, illər keçdikcə görmələrin azalmağı kiminsə günahı deyil. Yəni,
– Getdim filan vaxtı kimsə mənə eynək yazdı, o eynəkdən sonra mənim gözümü daha da pisləşdi.
– Xeyr!
Bəs həkimə niyə getmişdin? Gözündə problem olmayan adam həkimə niyə getməli idi? 3 il bundan qabaq niyə getmirdin? Çünki 3 il bundan qabaq nisbətən daha rahat idi. Hə. indi iş yükü çoxaldı, yaş artdı, həkimə getdin. Həkim də sənə gerçəkləri dedi. Məncə, barışmaq lazımdır.
Belə pasiyentlər çox vaxtımızı aparır.
Dünən mən o xanıma anlada bilmədim ki, “Sizin gözünüzdə problem var!”
Axırı mövzunu nə ilə bağladıq? Dedim ki,
– Mənim xətrimə siz bu eynəyi 2 həftə mütəmadi taxın, eynək sizə nə verəcək, onu düşünün, ondan sonra artıq özünüz qərar verərsiniz. İstəyərsiniz taxarsınız, istəməsiniz taxmasınız.
Orada qərara gəldik, elə söhbəti bağlaya bildik.
Bu mövzuda hipermetroplar qəbul etmək istəmirlər və qarışıq astiqmatı olan xəstələr də qəbul etmək istəmir. Çox təəssüf ki, mövzu belədir.
Tövsiyəm nə olar?
İnadkarlıq eləməsinlər, həkimlərinə güvənsinlər, həkimin dediklərini eləsinlər.
Bizim məqsədimiz onların rahatlığını, komfortunu artırmaqdır.