Eynəyin böyüklüyü və qalınlığı

Optik eynək çərçivəsi və şüşəsini necə seçməli?

Belə bir sual gəldi: Eynək çərçivəsinin ölçüsü və şüşənin qalınlığı əhəmiyyətlidirmi? Əlbəttə ki, əhəmiyyətlidir. 

Elə yerlər var ki, əhəmiyyəti yoxdur, amma elə yerlər var ki, əhəmiyyəti var. 

Nə barədə? 

Astiqmatizm üçün geniş çərçivə yaxşıdır 

Birincisi, əgər pasiyentin astiqmatı varsa, eynək çərçivəsi nə qədər geniş olarsa, o qədər daha rahat göstərər və daha geniş sahəni, yəni görmə sahəmiz daha geniş olar. Eynəyin çərçivəsinin kənarlarını daha az görmüş olarıq. 

Böyük nömrəli eynəklərdə kiçik çərçivə yaxşıdır

Amma eynək nömrəsi yüksək olarsa, bu səfər mümkün qədər daha kiçik ölçülü çərçivələr seçirik. 

Niyə? 

Çərçivə böyük olduqca məcbur şüşə də böyük olmalıdır. Yüksək dərəcələrdə şüşələr ağır olur və ağırlıq uzun müddətdə onu istifadə edən insanları narahat edir. Həm burun üstünə iz buraxır, ağırlıq verir, həm tez-tez başımızı hərəkət etdirdiyimiz zaman çərçivə tez-tez yerindən oynayır, hətta sürüşür aşağı. 

Ona görə gözün ölcüləri, gözün dərəcələri, sifətin quruluşu, başın ölçüləri – ona görə, ona uyğun şəkildə eynək seçilməlidir. 

İncə yoxsa qalın kənarlı eynək çərçivəsi?

Məsələn, gözün dərəcəsinə uyğun olaraq: gözün dərəcəsi çox yüksəkdir, -14 dərəcə var, amma çox incə, nazik kənarlı çərçivə seçilib. O şüşəni o çərçivəyə yerləşdirə bilməyəcəklər. Yerləşdirsələr də kənardan şüşənin qalınlığı hiss olunacaq və istər-istəməz estetik olaraq pasiyentləri narahat edəcək. 

Ona görə eynək ölçülərinin əhəmiyyəti var və bu mövzuda da bəzən ola bilir pasiyent. 

“Bu çərçivəni çox xoşlayıram” deyir, amma optikadakı satıcılar onlara fərqli bir çərçivə seçmələrini tövsiyə edirlər. İstəyərəm ki, optika əməkdaşlarına qulaq assınlar. 

Eynək şüşəsinin qalınlığı və incəlmə indeksi

İkinci, şüşənin qalınlığı. 

Yüksək nömrələrdə şüşələr daha qalın olur. Şüşə nə qədər qalınlaşarsa o qədər daha ağır olur. Ağırlaşdıqca da onu istifadə edən zaman narahatçılıqlar artmağa başlayır. 

Ona görə şüşələrin incəlmə indeksləri var, o incəlmə indekslərinə görə şüşələrin ağırlıqları da azalır. 

İncəldilmiş şüşələrdə görüntünün təhrif olunması

Amma bir şeyi unutmamaq lazımdır ki, incəlmə indeksi nə qədər artarsa, yəni şüşə nə qədər incəldilmiş olarsa, görüntü bir o qədər təhrif olmağa başlayır. 

Bunu niyə vurğulayıram? Bəzi pasiyentlər çox kaprizlərindən – 3 eynək var, onu 1.67 incəltmək istəyirlər. Yəni 1.67 incəltmə -3 üçün çox da önəmli bir hal deyil. Yəni – 3 onsuz da nazik şüşədir, 1.67 daha da nazikləşəcək. Naziklik qalsın bir qırağa görmənin təhrif olunmuş hissəsi ortaya çıxmış olacaq. 

Çox yüksək nömrələr isə, -14, -15… Belə hallar üçün bəli, incəldilmiş olmalarını tövsiyə edərik. 

Asferik və double asferik eynək şüşələri

İncəldilmiş olmanın yanında bir işin estetik hissəsi ki var: kənardan eynək taxan insana kimsə baxanda eynəyin arxasında gözün ölçüləri çox dəyişməsin. 

Bunun üçün də asferik xüsusiyyəti çox önəmlidir. Tək tərəfli və “double aspheric”lər olur. Bu mövzularda optika əməkdaşlarından pasiyentlər əgər məlumat alsalar, onlara kifayət qədər informasiya veriləcək. 

Niyə bu mövzunu vurğulayıram? 

Bəzi pasiyentlər baxıram, eynək yazırıq, eynək taxmırıq. 

– Eynəyi niyə taxmırsınız? 

– Yox, doktor! Kənardan baxanda gözüm eynəyin arxasında yaxşı görsənmir. Gözüm çox böyüdülmüş görsənir (və ya “çox kiçildirmiş görsənir”). 

– Bunun həlli var! 

Əgər belə bir nigarançılığın varsa, bu mövzunu səni narahat edirsə, bu mövzunun həlli də var. 

Bunu sən optikadakı əməkdaşa söyləsən ki, 

– Mən istəyirəm ki, eynəyin arxasında gözümün ölçüləri çox da dəyişməsin. 

Onun üçün də həll yolu var, çıxış yolları var. 

Yəni eynəklə bağlı pasiyentlərin ola bilər burada toxunmadığım mövzuları da ola bilər. Hər hansı bir narahatlıqları varsa, optika əməkdaşlarına onların istəklərini desinlər. Optika əməkdaşları onların əllərindən gələn qədər köməklik göstərəcəklər.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir