Çox maraqlı bir mövzu gəldi ki,
“Doktor, əvvəl əməliyyat olan pasiyentlər sizin bu mövzulardan sonra sizcə nə düşünəcək? İnsanların ürəklərindən keçərmi ki, görəsən, Bəs, məni niyə əvvəlki aparatla əməliyyat elədilər?'”
İllərdir bu cihazın üstündə işləyirik. Yəni bunun əldə olunması, gətirib buraya çıxması inana bilməzsiniz, bəlkə 2 illik, 3 illik bir zəhmətin bəhrəsidir. Yəni mən bu gün
“Yeni bir cihaz istəyirəm!”
dediyim zaman həmən, o cihazı sabah gətirib qoymurlar. O cihaz gələnə qədər də tələblər olur. O tələbləri yerinə yetirməlisən. Mən
“3 il sonra təzə bir cihaz çıxar… 3 il sonra çıxan cihaz bu cihazdan daha üstün olacaq… Ona görə mən bu gün əməliyyat olmayım. 3 il sonra əməliyyat olaram…”
Məntiqli deyil. Elə bir məntiqi mən qəbul etmirəm. O ki qaldı iş ciddiləşəndən sonra… Bəzi xəstələr var ki, açığı, təzə ilə köhnənin arasında o pasiyentlər üçün çox az fərq olur.
Amma elə xəstələr, elə pasiyentlər var ki, mən bilirəm ki, əvvəlki cihazla yeni cihazın arasında o pasiyent üçün çox fərq olacaq və 4 aydır, 5 aydır gözlətdiyim pasiyentlərim var. Hətta ötən ilin oktyabrından gözlətdiyim pasiyentlərim var ki,
“Bizim planda belə bir şey var. Hal-hazırda bu cihazla eləyə bilərəm. Amma bu cihazdan əməliyyat eləsək, bu mövzularda sizdə əldə eləyəcəyinizin altında nəticələri əldə eləyəcəyik. Hə, bu gün üçün Azərbaycanın ən yüksəyini verə biləcəyəm sizə. Amma hövsələniz varsa, istəyərəm ki, gözləyək. Təzə cihaz gələndən sonra… Təzə cihazda eyni işlə daha çox şey əldə etmiş olacaqsınız.”
Sağ olsunlar! Elələri deyib,
“Ay doktor, bu məni artıqlaması ilə qane eləyir. Məni əməliyyat elə. Mənə bəsdir.”
Bəziləri də, sağ olsunlar, qulaq asıblar, dinləyiblər və hal-hazırda da artıq yavaş-yavaş onları əməliyyat edirik. Yəni o qədər də insafsız deyilik.
Həyatda əldə etmiş olduğum ən böyük təcrübə səmimiyyətdir.
Bu detalların hamısını pasiyentlərlə danışıram.
İkinci də pasiyentlərimin hər birini ən yaxınım kimi bilirəm. Böyük ehtimalla bunu pasiyentlərim də hiss eləyir. Amma bunu süni eləmirəm. Doğrudan da orada oturan pasiyent atam yaşında olanda –
“Atam olsaydı, neyləyərdim?”,
“Anam olsaydı, neyləyərdim?”,
“Bacım olsaydı, neyləyərdim?”
“Qardaşım olsaydı, neyləyərdim?”…
Əmin olun, o şəkildə empati qurub bir şeylər tövsiyə eləyirəm, danışıram və o şəkildə…
Bəzən pasiyentlər gəlir,
“Filankəs belə demişdi?..”
Bəli, o da olar. Amma mən qardaşıma onu eləmərəm. Başa düşürsünüzmü? Teorik olaraq elə var, o əməliyyat növləri var… Fikirləşirəm ki, mən qardaşıma onu eləyərdimmi? Əgər bu oturan mənim qardaşım olsa, eləyərdimmi? Xeyr.
Yəni dolayısı ilə o pasiyentlərim əmin olsunlar ki, onlar üçün də ən mükəmməlini, əlimdən gələnin ən mükəmməlini eləmişəm.
