Katarakta ilə yanaşı xəstəliklər Göz qapağı problemləri

Katarakta və göz qapağı [Katarakta: 23]

“Kataraktası olan xəstələrdə qapaq problemləri varsa, necə davranmaq lazımdır?” 

Qapaqlarda ola biləcək ana problemlər:

  1. Kirpik diblərində iltihablanma, yəni blefarit, dermatit, bu mövzular. 
  2. Ptoz dediyimiz – qapağın sallanması mövzusu.
  3. Qapaqlarda çapıqlaşma. 

Əgər bunlardan hər hansı biri varsa, bunlar əməliyyatımızın gedişatına və əməliyyatdan sonrakı dövrdə xəstənin komfortuna maneçilik törədəcəksə, hər hansı bir şəkildə həll olunmalıdır. 

Blefarit və katarakta əməliyyatı

Əgər blefarit varsa, istənilən halda əməliyyat öncəsi o səhmana salınacaq. Məlhəmləri yazılır, isti kompressləri olunur, onunlada əksər hallarda toparlanır. 

Göz qapağı sallanması və katarakta əməliyyatı

Amma mövzumun əsas maraqlı hissəsi qapaq sallanması olan xəstələrdə necə davranacağıq? Üst qapaq sallanması, alt qapaq sallanması bunlar bir az fərqlidirlər. 

Üst göz qapağının sallanması varsa

Üst qapaq sallanması əksər hazırda katarakt əməliyyatının gedişatında heç bir problem yaratmaz. Sadəcə: 1) estetik mövzu, 2) görmə. Əgər bəbəyin böyük hissəsini tutursa, görmə keyfiyyətini aşağı salır, görmə sahəsini daraldır. Xəstələr məcbur çənəsini, yəni başlarını qaldırıb bu şəkildə baxma ehtiyacı duyurlar. Belə olduqda da boyun ağrıları çoxalır. Və ya bəzən üst qapağın dərisi həddindən artıq çox boşalmış olur, qatlanır və bir ağırlıq verir. Xəstə deyir, 

– Elə özümdən asılı deyil, elə istəyirəm ki, gözümü yumum. 

Belə olan hallarda bu hal katarakt əməliyyatına bir maneçilik törətməz, əksər hallarda istəyərik ki, əvvəlcə katarakt əməliyyatı olsun, katarakta sağalandan bir müddət sonra təxminən bir ay, bir aydan o yana qapaq əməliyyatları icra olunsun ki, xəstə istədiyi komforta çatmış olsun. 

Alt göz qapağının sallanması varsa

Amma alt qapaqlar bir az daha fərqlidir. Alt qapaqlarda daha çox torbalanma olur. Normalda alt qapaqların bir sərtliyi olmalıdır, onlar göz almasını gərməlidir, sıxmalıdır və göz yaşı kanalı gözümüzə gələn maye qapaq kənarları ilə göz yaşı kanalına doğru yönləndirilməlidir ki, orada göz yaşı kanalı suyu sorub aparsın, xəstənin gözü yaşarmasın. 

Yaşla əlaqədar əgər alt qapağın sərtliyi pozularsa, dermatoxalazis (qapaq sallanması) olarsa, qapaq göz almasından aralanır. Orada bir boşluq əmələ gəlmiş olur və göz mayesi həmin boşluqda göllənir. Bəzən çölə axmaya bilər, amma o göllənmə insanı narahat edir. İnsanlar davamlı nə isə hər hansı bir şeylə, salfetka ilə qurulama ehtiyacı hiss edirlər. Və ya bəzən hətta göz çölə də damcılaya bilir. 

İstənilən halda o göllənmənin özü də bir infeksiya mənbəyi idi və əməliyyatdan sonra bizə problem yarada bilər. Belə olan hallarda hətta bəzən xəstələr əməliyyatdan öncə o problemin fərqində olmurlar, əməliyyatdan bir müddət keçəndən sonra: 

– Doktor, keçən il əməliyyat eləmişdiniz, bu il gözüm sulanır niyə?

Baxırsan ki, əvvəllər karta not atmısınız, əvvəllər də dermatoxalazis olub – dəri sallanması, indi, yaşına qədər daha da problemimiz artıb, artıq yaşarma xəstələri ciddi narahat edir. 

Belə olan hallarda da onun əməliyyatı var, əməliyyat vasitəsilə alt qapaq dərisi gərilir və normal göz yaşı axarı yolları təbii fizioloji hala salınır və problem ortadan qalxır. 

Göz qapağında çapı və katarakta əməliyyatı

O ki, qaldı çapıq mövzusuna, əgər qapaqlarda hər hansı bir çapıq varsa, o çapıq daxildən buynuz qişanı zədələyəcəksə, əməliyyat üçün problem yaratmaz, amma o çapıq gələcəkdə buynuz qişanın çapıqlaşmasına, şəffaflığının pozulmasına gətirib çıxara bilər. 

Əgər mümkündürsə, o çapığın ortadan qaldırılması, mümkün deyilsə, nəmləndirici dərman vasitələrinin istifadə olunması tələb olunur. 

Göz qapağı tam bağlanmayan xəstələrdə katarakta əməliyyatı

Bir də bir özəl hal var. Bəzi iflic gedən xəstələr və yaxud da ki, tiroid xəstəliyi olan insanlarda göz qapaqları tam qapana bilmir. Belə olan hallarda buynuz qişa daha çox quruyur və problemlər yaşanır. 

Haradan ağlıma gəldi? Bir xəstə gəlib, qapaqla bağlı problemi var. Bu xəstəyə normal katarakt olunması, onsuz da, çox məsuliyyətli bir şeydir monofokal lenslərlə, xəstəyə trifokal lens taxılıb. Yəni təsəvvür edin, qapaq hərəkəti normal olmayan bir pasiyentə trifokal lens taxılır və xəstə çox ciddi görmə keyfiyyəti qalsın bir qırağa, “ayağımın altını görə bilmirəm” deyir. Yəni o qədər narahatçılıq yaşayır. 

Belə olan hallarda da mütləq qapağı fizioloji hərəkəti hər hansı bir şəkildə bərpa olunmalıdır. Əgər parez və ya paraliç nəticəsində olubsa, reabilitasiya gözlənilməlidir ən azı 6 ay. Zoba bağlı bir şey olubsa, onun özünün əməliyyatı var, ya altın plak taxıb qapağı sallamaq və yaxud da ki, divar dekompressiyası deyib gözü bir az da arxaya çəkib qapaqların normal qapanmasını təmin eləmək. Bunlar səhmana salındıqdan sonra əməliyyat icra olunmalıdır. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir