Kolbacıq distrofiyası

Kolbacıq distrofiyası nədir?

Kolbacıq distrofiyası nədir?

Kolbacıq distrofiyası genetik xəstəlikdir. 

Torlu qişada işığı qavrayan 2 tip hüceyrə qrupu var: çöpcüklər və kolbacıqlar. 

Çöpcüklərin vəzifəsi – periferiyada yerləşir və toran görməni təmin edir. Rəngli görməli deyil, toran görməni. Yəni gecə vaxtı nə görürüksə, o çöpcüklərin hesabına görürük. 

Amma kolbacıqlar gündüz və rəngli, keyfiyyətli görməni təmin eliyən hüceyrələrdir. 

Tək-tək çöpcük distrafiyası, kolbacıq distrofiyası, bəziləri var həm çöpcük, həm kolbacıq disrafiyası olan xəstələr olur. 

Çöpcüklərdə problem varsa, bunlar gecələr yaxşı görmür. Kolbacıqlarda problem varsa, bunlar gündüzlər yaxşı görmür. 

Kolbacıq distrofiyası genetik xəstəlikdir. Gündüz görməsi keyfiyyətsiz olur. 

Hüceyrələrin sayısına görə səviyyəsi dəyişir. Bəzi xəstələr var ki, diskomfortları olur, amma çox ciddi problem yaşamır. Amma bəzi insanlar var ki, hüceyrə sayı çox az olduğuna görə onlar hətta gündüz vaxtı hərəkət eliyə bilmirlər. 

Belə xəstələr üçün işlərini bir az rahatlada bilməkdən ötrü tünd eynəklər, günəş eynəkləri və özəl qoruyucu filtrli eynəklər yazırıq. O eynəklərlə bir az daha gündüz vaxtı daha sərrast hərəkət edə bilirlər. 

Bu xəstəlik genetik xəstəlikdir. İndi səthin keçirəm, amma gələcəkdə bu mövzulara böyük ehtimal girmək lazım olacaq. Əsas girmə məqsədimiz nədir bu mövzulara? 

İndiyə qədər belə xəstələrə deyirdik ki, bu xəstəlik müalicəsi olmayan, çarəsi olmayan və getdikcə pisləşməyə davam edən xəstəlikdir. Amma axır vaxtlar yeni müalicə metodları çıxır, yeni dəstək metodları çıxır. Bunlarla əlaqədar gələcəkdə məlumatlandırıcı yazılar yenə paylaşacağıq. 

Bu xəstələrdə onsuz da hər birimizdə normal insanlarda da, illər keçdikcə bu hüceyrələrdə azalma, ölüm hadisəsi – apoptoz hadisəsi olur. Bizdə hüceyrələrin sayı çox olduğuna görə illərcə o hüceyrələrin azalması bizdə hiss olunacaq dərəcədə olmur. Hüceyrə sayı çox az olduğuna görə illərcə normal gedişatda hüceyrə ölümü onlar üçün ciddi problemlərə gətirib çıxardır, hətta bəzən konkret korluğa qədər gəlib çıxa bilir. 

Hüceyrə ölümünü azaltmaqdan ötrü günümüzdə kök hüceyrə eksozom müalicəsi, qidalandırıcı müalicələr, əlavə dəstək müalicələri artıq belə bir şeylər var. 

Düzdür bunların heç birisi hələ tam protokollaşmayıb, amma ən azından belə bir xəstələr üçün həqiqətən də böyük bir ümid yeridir, ümid mənbəyidir. Günümüzdə də bir şeylər eləyirik.

Gələcəkdə böyük ehtimal bu iş daha da təkmilləşəcək və pasiyentlər üçün işə yarıyan artıq tədbirlər görə biləcəyik.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir