Trifokal linzalar bulanmış və ya bulanmamış, refraktiv məqsədlə gözümüzdəki təbii büllurun çıxarılıb yerinə trifokal lenslərın implantasiyası ilə müxtəlif məsafələrdə aydın görməni təmin etmək üçün istifadə olunan linza növləridir və mövzumuzun adı da: Kimlər trifokallardan, yəni bu “akıllı lens”lərdən kimlər daha çox məmnun qalırlar?
Başqa bir yazımda belə bir şey danışmışdım: “Görmənin keyfiyyəti”.
Düşən işıq şüalarını trifokallar fərqli məsafələrə parçalayır.
Gözündə heç bir qüsur olmayan bir insan gözünə düşən işıq dəstəsini uzaq məsafəyə və ya yaxın məsafəyə maksimal dərəcədə istifadə etdiyinə görə mükəmməl bir görüntü keyfiyyəti əldə etmiş olur.
Trifokallar isə istər uzaq, istər yaxın məsafələrdə görməni təmin etsə də, görmənin keyfiyyətini, mükəmməlliyini və ya kontrastını bir az daha aşağı salırlar.
Əgər normal vaxtlarda “emetrop” olubsa, yəni uzağı 100 faiz görüb, yaxını 100 faiz görübsə və ya başqa cür deyək, keyfiyyətli görməyin nə demək olduğunu bilən birisi isə bu pasiyent, bu insanları trifokallarla məmnun etmək bir az çətin mövzudur.
Düşünün, görmə keyfiyyətini biz sıfırdan yüzə qədər, 100% düşünsək, emetropdur – görməsində heç bir refraktiv qüsuru yoxdur və adam “mükəmməl görmə keyfiyyəti”nin nə olduğunu bilir – 100%. Biz ona trifokal taxmaqla görmə keyfiyyətini… Düzdür, yaş gəlib artıq 50 yaş olub, məsafələrdə yaxın və orta məsafələrdə problemlər var, eynək taxmaq istəmir, amma bu nəzərə almalıyıq ki, bizim indiyə qədər alışdığımız 100 faizli uzaq görmə keyfiyyəti nisbətən aşağı düşəcək, 80 faizə düşəcək. Bu dediyim dəqiq rəqəmlər deyil, sadəcə mövzunu anlatmaqdan ötrü belə bir rəqəmlər ifadə eləyirəm. Və bu adam indiyə qədər 100 faizə alışmış bir adam 80 faiz bir görmə keyfiyyəti ilə qarşılaşınca çox da məmnun qalmır. Həmişə əvvəlki gördükləri yadında qalır və onu axtarır.
Amma 2-ci bir variant düşünək bir pasiyentdir, gözü müsbət 5-dir, müsbət 4-dür. Bu adam heç bir zaman 100% görmə keyfiyyəti yaşamayıb, görməyib, dadını bilmir. Bu adam həmişə görmə keyfiyyəti 10% olaraq yaşayıb. “Görmə faizi”ndən getmir söhbət “görmə keyfiyyəti”ndən gedir söhbət.
10% keyfiyyətli görən bir insan… Onun görmə keyfiyyətini 60 faizə, 70 faizə qaldıranda belə inanılmaz dərəcədə məmnun qalırlar.
Ona görə, əgər daha öncələr hər hansı bir refraktiv qüsuru olan bir insandırsa, yaşla əlaqədar prezbiopiya ortaya çıxıbsa, yəni yaxın görmə problemi ortaya çıxıbsa, bu insanlar trifokal lenslərdən çox məmnun qalırlar. Amma əvvəlki yaşlarda, cavan yaşlarda, gənc yaşlarda keyfiyyətli bir görməsi olub, daha sonra yaşla əlaqədar prezbiopiya ortaya çıxan insanlarda yaxıngörmə mövzusunda eynək taxmaq istəmirlərsə, bunlara trifokal implantasiyasından sonra əvvəlki görmə keyfiyyəti axtardıqlarına görə o qədər də, yəni digər refraktiv qüsurlu insanlar qədər də məmnun edə bilmirik.
Əlbəttə ki, insanlar seçim qarşısında qalırlar. Bunlara məsafələri görməkmi daha önəmlidir, yoxsa görmənin keyfiyyətimi daha önəmlidir? Elə insan var ki, aktiv insandır, baxmayaraq yaşı 60-dır, amma gün ərzində 50 dənə, 100 dənə telefon zəngi gəlir, saata baxır, yazı-pozu, davamlı yaxın-uzaq… Əlbəttə ki, bu insanlar eynək tax-cıxar, tax-cıxar, onlar çox bezərlər. Bu adamlar üçün qəbul oluna biləcək bir şeydir “akıllı lens”.
Amma gün ərzində elə çox aktiv bir həyat yoxdursa, dəqiqədə bir tez-tez eynək çıxardıb taxmaq ehtiyacı yoxdursa, emetrop olub, yəni cavanlıqda heç bir refraktiv qüsuru olmayan bir insanlar üçün monofokal lenslər daha doğru olar deyə düşünürəm.
Bu yenə də mənim şəxsi təcrübəm və şəxsi fikrimdir. Yenə də əlbəttə ki, başqa həmkarlarım, fərqli düşünə bilərlər. Və mən də həmişə pasiyentlərimə bu mövzunu danışıb müzakirə edib ondan sonra qərar veririk.
Digər xəstələrə də tövsiyəm, ümumiyyətlə, əgər “akıllı lens” düşünən insanlar varsa, bu mövzunu, məncə, həkimləri ilə danışsınlar, müzakirə etsinlər, müsbət-mənfi tərəflərini öyrənib ondan sonra qərar versinlər. Çünki bu əməliyyat elə bir şeydir ki, “əməliyyat olundum, bəyənmədim, məni geri qaytar” söhbəti deyil. Yəni atalar misalı var, “yüz ölçüb bir biçilməli” mövzudur.
Ümid edirəm, bu mövzuda da faydam toxundu. Hər kəsə gözəl günlər arzulayıram.
Baş ağrısi nədəndi
Salam. Gözdə fərqli qişalar var. Hansı qişanın yırtığı olduğunu bilməliyəm. Bilmədiyimə görə kömək edə bilməyəcəm.