Yenə də danışmaq istədiyim mövzu: “Eksimer lazer əməliyyatlarından sonra gözləmədiyimiz nəticələr.” Bunlardan bir dənəsi də quruluqdur.
Əslində quruluq gözlədiyimiz haldır. Amma quruluğun uzanması gözləmədiyimiz haldır.
Normalda biz əməliyyatdan sonra bütün pasiyentlərimizə xəbərdarlıq edirik ki, “Əməliyyatdan sonra gözünüzdə 6 ay müddətində quruluq ola bilər.” Bu sözü deməyimizə baxmayaraq, amma bizim ortalama quruluqla bağlı şikayətlərimiz 3-4 həftə çəkir normalda, 3-4 həftədən sonra quruluqla bağlı şikayəti qalan çox nadir xəstə olur.
İlk dövrdəki quruluğun səbəbi, əməliyyat olunan sahədə sağalma prosesinin, oradakı sinirlərin tamamən özünü bərpa etməsi, toxumaların özünü bərpa etməsi periodu ilə əlaqədardır və əksər hallarda xəstələrin bəlkə də 96-97 faizi o ilk 1 ay içərisində quruluqla bağlı şikayətləri itir, gedir.
Çox nadir halda quruluqla bağlı şikayət 1 aydan daha çox davam edir. 2 ay, 3 ay, hətta 6 aya qədər davam edə bilir.
Eksimer lazer əməliyyatından sonra gözdə quruluğu səbəbləri
Bunun da ana səbəbləri – ən birinci səbəb: keyfiyyətsiz yuxu. Çünki bizim göz yaşımız – o da bir orqandır. Necə ki, beynimiz yatır, istirahətə ehtiyacı var, göz yaşı vəzisinin də istirahətə ehtiyacı var. Əgər bizim yuxumuz düzənli olarsa, vaxtında yatıb, vaxtında qalxarıqsa, daxili biyoritmimiz düzgün işləyərsə göz yaşının keyfiyyəti və kəmiyyətinə bağlı problem yaşamırıq. Yəni quruluqla bağlı çox problem yaşamırıq.
Kimlərdə ki, yuxu ilə bağlı problemi var, bu hallarda bu proses uzanır.
İkinci işimiz və istifadə etdiyimiz vasitələr: əgər monitorla – kompüter olsun, telefon olsun, televizor olsun gün ərzində çox vaxt keçiririksə, bunlar da quruluğu əmələ gətirirlər.
Üçüncü, gözümüzdə olan yanaşı digər xəstəliklər: konyuktivit ola bilər və ya daimi işlətdiyimiz bir göz damcıları varsa o göz damcılarının əlavə təhsiri olaraq quruluq prosesi uzana bilər.
Gözdə quruluq daimi deyil, keçəcək
Yekunda nə olur? Ən geci 6 aya bu problem tamamilə ortadan qalxır.
İndiyə qədər quruluq davam edən, yəni bir tək pasiyentim var. Bir tək pasiyentim hələ də qulluğu davam edir və quruluq üçün nəmləndirici istifadə etmək ehtiyacı davam edir.
Normalda ilk 6 ay içərisində biz pasiyentlərə nəmləndirici onsuz da veririk. 6 aydan sonra pasiyentlərə belə bir xəbərdarlıq edirik: “Əgər sizin işiniz, kompüterlədirsə və ya telefonladırsa nəmləndirici istifadə etməyə davam edin.”
Buradan digər insanlar üçün də, əməliyyat olmayan insanlar üçün də belə bir tövsiyə: “Əgər işləri monitorladırsa şikayətləri oldu-olmadı konservantsız göz yaşı damcılarından istifadə etməyi tövsiyə edərik”. Çünki bu gün şikayəti yoxdursa da, bu işlə bağlı gələcəkdə quruluğa aid sıxıntılar ortaya çıxa bilər. İndidən tədbirlərini görsünlər deyə.
Gözdə quruluq probleminin tez həll olması üçün tövsiyyələr
Yekunlaşdırım videomuzu. Əgər quruluq davam edən pasiyentlər varsa da, rahat olsunlar, bilsinlər ki, geci-tezi bu problem həll olacaq. Problemin daha sürətli həll olmasını istəyirlərsə:
1) Yuxularını sahmana salacaqlar
2) İmkan daxilində monitor işlərini azaldacaqlar.
Hə, ola bilər kiminsə işi kompüterdən asılıdır. Tamam onu işlətsin. Amma gəlib evdə bir də əlavə telefonla vaxt keçirməsin. Ən azından o quruluq keçənə qədər. 1 aymı, 2 aymı?.. Quruluq keçəndən sonra istədikləri şəkildə işlərini, həyatlarını qura bilərlər.
3) Bir də o periodda, quruluq periodunda həkimlərin tövsiyə etdiyi nəmləndiriciləri istifadə etməyə davam etsinlər.