Eksimer lazerdən sonra Dağınıq görmə

Eksimer lazerdən sonra 4) Dağınıq görmə

Eksimer lazer əməliyyatlarından sonra gözləmədiyimiz nəticələr… Onlardan bir dənəsi də “dağınıq görmədir”. 

Əksər hallarda bu dağınıq görmə əməliyyatının səhərisi günü və ya bir neçə gün sonradan başlayır. “Doktor, görürəm, amma niyə isə rahat görmürəm. Sanki bir az yayılır. Görüntü yayılır, dağılır.”

Bu şikayətlər əslində gözləmədiyimiz bir haldır. Yəni, gözdəki quruluqdur, qamaşmadır… Bunlar bizim gözlədiyimiz hallardır, sadəcə uzananda pasiyentlərdə problem və ya güvənsizlik, panik ortaya çıxardır. 

Amma bu – görmənin dağılması və yayılması – bu bizim də gözləmədiyimiz bir haldır. Amma bəzən rast gəlirik və son zamanlar buna daha da sıx rast gəlməyə başladıq.

Eksimer lazer əməliyyatından sonra dağınıq görmənin səbəbləri

Bunun ana səbəbi əməliyyat vaxtı istifadə etdiyimiz buynuz qişadan qaldırdığımız fleb əvvəllər, o vaxtları 2000-ci illərdə 180 mikronluq bir fleb qaldırırdıq. O vaxt bizim alətlər mikrokeratomlar ancaq o qədər fleb qaldıra bilirdi, amma texnologiya inkişaf etdikcə 160 mikron, 140 mikron, 120 mikron… Hal-hazırda standard 90, çox nadir halda hətta 85-in altına qədər düşə bilirik. Yəni daha incə fleblə işləyirik.

Daha incə fleblə işləməyin müsbət tərəfi odur ki, xəstəyə daha az zərər veririk əməliyyat vaxtı. Yəni daha az buynuz qişa buxarlandırılır. Xəstənin özünə “yataq” dediyimiz hissəsi daha çox qalır. Amma mənfi tərəfi odur ki, fleb çox nazik olduğuna görə xəstə əməliyyatdan sonra gözünü möhkəm sıxanda və ya bəzən yatır, xəbəri olmur, yan üstə yatır, yastığın kənarı, yorğanın kənarı dəyir, fleb “qırışa” bilir.

Fleb qırışmasın deyə tədbir görə bilərik

Əməliyyatdan sonrakı birinci və ikinci günlər bu mövzularda xəstələrə xəbərdarlıq etməyimizə baxmayaraq, insandır, bəzən yatanda artıq tam kontrol edə bilmirlər deyə yan tərəflərdən yastıq sıxır və ya dərman tökəndə gözləri göynəyir deyə gözlərini çox möhkəm sıxırlar. Bu hallarla qarşılaşa bilirik. 

Bu önəmli bir şey deyil. Əgər doğrudan da flebdə bir qırışıqlıq varsa, bu qırışıqlığı 2-3 dəqiqəyə təkrar əməliyyatxana ortamında alıb təkrar onu hamarlaşdırıb, yerinə otuzdurub, xəstəni yola salırıq. Yəni o qalıcı bir şey deyil, balaca bir qısa bir müdaxilə ilə onu tamamən ortadan qaldıra bilərik.

Fleb qırışmasına kimlərdə rast gəlinir?

Bir daha deyim kimlərdə daha çox rast gəlirik fleb qırışmasına:

  1. Birinci, dərəcələri yüksək olan pasiyentlər istər miyop olsun, istər astiqmat olsun, istər hipermetrop olsun. Dərəcələri yüksək olan -5, -6, -7…
  2. Buynuz qişası incə olub və biz məcburi daha incə fleb yaratmaq ehtiyacı doğan hallarda.
  3. Digərini az öncə qeyd etdim, əgər gözlərini ovuşdurarlarsa və ya dərman tökərkən gözlərini möhkəm sıxarlarsa və yatanda belə şeylər olur.

Narahat olmalı bir şey deyil, panikləməli bir şey deyil. Balaca, 2 dəqiqəlik bir müdaxilə ilə təkrar ortadan qaldırırıq və heç bir izsiz problem tamamən həll olunur. 

Ona biz “fleb ütüləmə” deyirik. Fleb ütülənir və hər şey qaydasına düşür. 

Əgər belə bir hal da olarsa, panikləməsinlər, bilsinlər ki, həkimləri o problemləri həll edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir