tembel-gozde-eksimer-lazer-emeliyyati

Tənbəl göz və eksimer lazer

“Gözündə tənbəllik olan insanlarda Eksimer lazer əməliyyatı icra etmək olarmı?” 

Yenə də burada baxır gözdəki tənbəlliyin dərəcəsinə. 

Əgər tənbəllik, onun elmi adı ambliopiyadır, ambliopiya var, amma az da olsa korreksiya edirsə, yəni xəstənin görməsi 1 gözü 100 faizdir, digər gözü 20 faizdir. Elə hallar olur ki, o 20 faizin dərəcəsi (dioptriyası) nədirsə, müsbət 2… Müsbət 2 korreksiyanı qoyduqda, şüşəni qoyduqda görməsi 60 faizə qalxır… Bu da tənbəllik adlanır. Və ya dərəcəni qoysaq belə, görmə faizi dəyişmir. Bunlar hamısı tənbəllikdir, ambliopiyadır.

Ambliopiyanın əmələgəlmə səbəbi anizometropiyadır – gözlər arasında dioptriya fərqidir. Bir göz emetropdur, yəni tam 100 faiz görür, heç bir refraktiv qüsuru yoxdur. Amma sol gözdə hər hansı bir dərəcə var. Əksər hallarda hipermetroplarda olur bu tənbəllik. Məsələn, sağ gözdə görmə müsbət 2-dir. Bu dərəcəni ortadan qaldırmaq şərtdir – ya eynəklə, ya kontakt linza ilə və ya əlbəttə ki, qalıcı olaraq, daimi problemi həll eləmək istəyiriksə, Eksimer lazer ilə.

Eksimer lazerlə əgər əməliyyat etmiş olarıqsa, tənbəl gözlərdə əldə edəcəyimiz nəticə:

Bir –  görmənin tənbəlləşməyi davam etməz. Əgər əməliyyat olmasa idi, həmin göz korreksiya oluna bilmədiyinə görə tənbəllik getdikcə daha da dərinləşəcək. Yəni görmə faizi daha da aşağı düşəcək. Çəplik yoxdursa, tənbəllikdən sonra getdikcə çəpləşmə də ortaya çıxmağa başlayacaq. Belə olan hallarda hətta Eksimer lazer belə xəstələrə birbaşa göstərişdir.

Əlavə bir mötərizə açım, bir qeyd: Bəzi hallarda xəstənin dioptriyanı gözünə qoyduğunuz halda görməsi artmır. Xəstənin görməsi 40 faizdir, refraktometriyada xəstədə müsbət 3 dərəcə çıxır. Müsbət 3 dərəcəni gözün önünə qoyduğu zaman görmə faizi artmır. Hətta belə hallarda belə, yenə də əməliyyat olmağın faydası var. Fayda mövcud görmə daha da aşağı düşməsin və gələcəkdə çəpləşmə riskimizi azaltsın deyə eksimer lazer əməliyyatı olunmalıdır.

Əgər 2 gözdə gözdəki dərəcələr eynidirsə, bunlardakı əməliyyatın mahiyyəti, məqsədi estetikdir. Yəni pasiyent eynək taxmaq istəmir, kompleksi var eynəkdən azad olmaq istəyir. Amma ambliop olan insanlarda, tənbəllik olan gözlərdə bu kosmetik məqsədlə deyil, tibbi məqsədlə əməliyyat olunur. 

Necə ki, bir insanda appendisit var və orada artıq ondan soruşulmur sən əməliyyat olmaq istəyirsən, yoxsa yox. Əməliyyat həyati əhəmiyyətlidir, əməliyyat olmasa, insanın həyatı bahasına başa gələ bilər. Eyni şəkildə də gözdə əgər tənbəllik varsa, belə xəstələrdə əməliyyat həyati əhəmiyyətlidir.

Qeyd etdiyim kimi 2 mövzu:

Bir, ən pis halda mövcud görmə qorunub saxlanacaq – daha pisləşməsin.

İki, gələcəkdə çəpləşmə riskini azaldacaq. Tam ortadan qaldıra bilmirik, amma riski dəfələrlə, hətta 10 dəfə riski azaltmış oluruq.

Əksər hallarda praktika olaraq, təcrübə olaraq deyim, əksər hallarda o, korreksiya etməyən gözlər, yəni şüşəni qoyduq görmə faizi artmayan gözlər əməliyyatdan sonra bir neçə müddətə təkrar canlanır və görmə faizi artmağa başlayır.

Yekunlaşdırım videonu. Ambliop olan gözlərdə, yəni tənbəl gözlərdə Ekzimer lazer birbaşa göstərişdir.

Əgər gözdə ambliopiya varsa, yəni tənbəllik varsa, biz əvvəlki videolarda qeyd etmişdik bizim aşağı yaş sərhəddimiz 18-dir, gözü qurtarmaqdan ötrü, tənbəllikdən qorumaqdan ötrü daha aşağı yaşlarda da əməliyyat etmək olar. Və buradakı işin mahiyyəti nə qədər erkən yaşda əməliyyat olmuş olarıqsa, tənbəl gözlər üçün deyirəm, nə qədər erkən yaşda əməliyyat olmuş olarıqsa, əməliyyatın nəticəsi, effektivliyi o qədər yüksək olar.

2 thoughts on “Tənbəl göz və eksimer lazer”

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir