[Qlaukoma 7] Gözdaxili təzyiqin ölçülmə metodları

Əvvəlki yazımızda qeyd eləmişdik: gözdaxili təzyiq norması

Bu gözdaxili təzyiq necə ölçülür? 

Birinci ondan bəhs edək, sonra da ölçülmək yolları variantlarından. Hansı variantlar var, onların müsbət-mənfi tərəfləri nələrdir? 

DAVAMI

[Qlaukoma 6] Gözdaxili təzyiqin norması neçədir? 

Qlaukomadan bəhs etdik, amma qlakomanın norması haqqında məlumat vermədik. 

Yəni qlaukoma nə idi? Gözdaxili təzyiqin yüksəlməsi idi. Yəni gözdaxili təzyiqin normasının nə olduğunu bilməliyik ki, artıqda xəbərimiz olsun. 

Çünki gələcək yazılarda rəqəmləri qeyd edəcəyik. Oxuyanlar ən azından normanın nə olduğunu bilsinlər ki, biz rəqəmləri görəndə onlar da işin fərqində olsunlar – nə qədər çoxdur, nə qədər azdır deyə. 

DAVAMI

[Qlaukoma 5] Qlaukoma (qara su) müalicəsində görmə arta bilərmi?

Bir əvvəlki yazımızda qeyd etmişdik ki, qlaukoma xəstəliyinin müalicəsində xəstələrin görməsi artmaz. Yəni xəstələr belə bir gözlənti içərisinə girməsinlər. 

“Mənim görməyim pisləşdi, qlaukoma diaqnozu qoyuldu, müalicə eliyəcəyəm, görməyim artacaq?” 

Çox-çox özəl hallarda, çox nadir hallarda, bəli. Bəzən qlaukoma xəstəliyindən sonra müalicə periodunda görmədə cüzi də olsa fərq ola bilər. Hansı hallarda? 

DAVAMI

[Qlaukoma 4] Göz görmürsə qlaukomanı niyə müalicə edirik?

Əvvəlki yazımızda qeyd etmişdik, axırıncı cümləmiz belə olmuşdu: “Qlaukoma xəstəliyinin müalicəsi görməni bərpa etmək üçün deyil”. Bəs onda biz niyə müalicə olunuruq? 

Bəzən xəstələr gəlir, deyirik ki, bəs bu dərmanları tökməlisiniz. Bu dərmanlar ondan ötrüdür ki, mövcudu qoruyaq. 

DAVAMI

[Qlaukoma 3] Gözdə qara su xəstəliyi – Qlaukoma niyə kor edir?

Bu gün belə bir sualın cavabını verməyə çalışacağam. Qlaukoma nə vaxt kor edir? 

Qlaukoma konkret… Bir az qorxuram, cümlələri ürəyimdən gələn kimi deyə bilmirəm ki, onlar yanlış anlamasınlar. Qlakoma kor edir! 

DAVAMI

[Qlaukoma 2]  Qlaukomanın növləri: açıq bucaqlı və qapalı bucaqlı qlaukoma

Bir əvvəlki yazımızda Qlaukoma nədir? – onu qeyd etmişdik və bizi kor eləyən səbəb nədir? 

Bu gün isə qlaukomanın növləri haqqında qısa məlumat vermək istəyirəm. 

DAVAMI

[Qlaukoma 1] Qlaukoma, qara su xəstəliyi nədir?

Qlaukoma nədir? El arasında ona qara su deyilir. 

Ana səbəb, yəni əgər fiziologiyasından danışsaq, gözümüzün içərisində bir neçə toxuma var ki, o toxumalar şəffafdır. Toxumanın şəffaf qalması üçün onun damarı olmamalıdır. Damar olan yerdə şəffaflıq itir. Bəs bu orqanlar şəffaf orqanları olduğu üçün necə qidalanmalıdırlar, axı bunlar canlıdırlar? Bunların qidalanması üçün fərqli bir sistem Allah tərəfindən düzəldilib. 

DAVAMI

Optik eynək çərçivəsi və şüşəsini necə seçməli?

Belə bir sual gəldi: Eynək çərçivəsinin ölçüsü və şüşənin qalınlığı əhəmiyyətlidirmi? Əlbəttə ki, əhəmiyyətlidir. 

Elə yerlər var ki, əhəmiyyəti yoxdur, amma elə yerlər var ki, əhəmiyyəti var. 

Nə barədə? 

davamı

[Müşəhidələrim 2]: Eynək şüşələrini dəyişdirmək 

İşin gedişatında, müşahidələrim əsasında bölüşmək istədiyim mövzulardan birini sizlə paylaşacağam. Əslində, bəlkə də gün ərzində ən çox narahat edən mövzulardan biridir məni. Bu mövzu nədir? Eynək, şüşələrinin dəyişdirilməsi. 

Pasiyent gəldi, eynəyini yazdıq, daha çox da uşaqlarda bu baş verir… Çünki böyüklər ehtiyatlı, səliqəli saxlayırlar deyə, bunların problemləri olmur eynəklərlə. Bir eynək alırlar, 1 il-1,5 il onu istifadə edirlər. Amma uşaqlar çox hərəkətli olurlar. 

Valideynlər də maddi olaraq zərərə girməməkdən ötrü… Neynirlər? 

DAVAMI