Lattice degenerasiyası

Əvvəlki yazıda qeyd etmişdik, “Torlu qişa incəlməsi” adı altında 5 patologiyanı biz danışacağıq. Bunlardan ən geniş yayılmış Lattice Degenerasiyasıdır. 

Lattice Degenerasiyası əksər hallarda yüksək dərəcə miopiyası olan insanlarda torlu qişanın ekstrim perifirində rast gəlinir. Yəni çətin müayinə olunan, bəbəyə ən yaxın olan hissədə, yəni qaranlıq hissəsində olan patologiyadır. 

DAVAMI

Torlu qişa incəlmələrinin növləri

Torlu qişada incəlmələr və bu incəlmələrə nələr daxildir?

Qısa bir məlumat vermək istəyirəm. Əvvəlki yazılarda qeyd etmişdik ki, torlu qişalardakı incəlmələr ciddi patologiyalara, ciddi problemlərə gətirib çıxara bilər. Bu torlu qişa incəlmələri, nazikləşməsi deyəndə biz hansı nüansları, hansı xəstəlikləri nəzərdə tuturuq? 

DAVAMI

Torlu qişa incəlmələri niyə əhəmiyyətli mövzudur?

Gündəlik müayinə sırasında patologiyalarla çox qarşılaşırıq və əksəriyyəti… Biz artıq alışmışıq göz dibində incəlmələr olur, xəstəyə məlumatlar verilir, tapşırıqlar verilir, kimisi yerinə yetirir, kimisi yerinə yetirmir. Yerinə yetirilmir, fəsadlarla geri qayıdırlar və bu fəsadlar necə ortadan qaldırılır? Rutin biz işimizi görürük. 

Amma bu yaxınlarda avqust ayının 25-də bir xəstə ilə bağlı bir problem yaşadım və o problem artıq məni vadar elədi ki, bu gün bu mövzunu paylaşım. Nə idi yaşadığım problem?

DAVAMI

Torlu qişa incəlmələri

Azərbaycan dilində “torlu qişa” dediyimiz retina gözümüzün daxilində, ən daxildəki bir qatdır. Torlu qişa işıq şüalarının sinir impulsuna çevrilməsi işini, prosesini yerinə yetirir. Yəni işığın qavranılması üçün lazım olan bir toxumadır, qatdır, qişadır.

DAVAMI

Şəkərli diabetdə göz problemləri öz-özünə düzələ bilərmi?

Şəkərli diabetli xəstələrin göz problemləri varsa, iynə vurulmadan və ya lazer olunmadan da problem düzələ bilərmi? Yəni, bir müdaxilə etməsək, problem düzələ bilərmi? Belə bir ehtimal varmı?

Əlbəttə ki, var. 

Daha öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, hər şeyin başında kontrolsuz şəkər gəlir. 

DAVAMI

Şəkərli diabet xəstələrinin gözdibi problemlərində Lazer Fotokoaqulasiya

“Şəkərli diabetli xəstələrinin gözdibi problemi olarsa, bu xəstələrdə lazer… Belə deyilir – “lazer”, amma əslində onun “Lazer fotokoaqulasiya”dır prosesin adı. Xüsusi cihazlar, lazer cihazları vasitəsi ilə icra olunur.

DAVAMI