Şəkərli diabetdə göz problemləri öz-özünə düzələ bilərmi?

Şəkərli diabetli xəstələrin göz problemləri varsa, iynə vurulmadan və ya lazer olunmadan da problem düzələ bilərmi? Yəni, bir müdaxilə etməsək, problem düzələ bilərmi? Belə bir ehtimal varmı?

Əlbəttə ki, var. 

Daha öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, hər şeyin başında kontrolsuz şəkər gəlir. 

Əgər şəkərli diabeti olan xəstələrin göz diblərindəki proseslər, zədələnmələr həddən artıq çox pisləşməyibsə, yəni erkən mərhələlərdədirsə, əlbəttə ki, ciddi şəkər kontrolu, qan təzyiqi kontrolu, xolesterin, lipid spektri kontrolu və laxtalanma… Bunlara ciddi nəzarət edərlərsə, hətta gözün dibindəki o problemlər dəyişikliklərin yenidən düzəlmə, sorulma ehtimalı var.

Şəkər kontrolu artıq sahmana düşəndən sonra xəstələrin bəzilərində o proseslər əlavə bir müdaxiləyə iynəyəlazerə ehtiyac olmadan toparlana bilir. 

Endokrinoloq və oftalmoloq nəzarəti davam etməlidir

Belə xəstələrdə ayda bir dəfə göz həkimi müşahidəsi şərti ilə ciddi endokrinoloq nəzarətinə göndəririk. Əgər şəkərləri sahmana düşərsə, bunların bəzilərində gözündəki dəyişiklər əlavə heç bir müdaxilə olmadan, iynə vurmaq və ya lazer olmadan proseslər geriyə dönə bilir. Yəni yaxşıya doğru dəyişə bilir. 

Belə halda da əlbəttə ki, həm xəstə, həm həkim, biz razı qalırıq. Bu vəziyyətin də stabil qalması üçün yenə də ömür boyu şəkərə, qan təzyiqinə ciddi nəzarət tövsiyə edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir