Qlaukoma nədir?

Mövzumuz qlaukoma. Qlaukomaya el arasında qara su deyilir və nəzarətsiz qalanda doğrudan da çox ciddi problemlər çıxarır.
Bəs niyə Qara su deyilir? Qara suya da xəstəlik çox pisləşəndə artıq gözün təzyiqi o qədər qalxır ki, bəbək həddindən artıq genəlmiş olur və qara rəngdə görsənir gözün içərisi.

‘Qlaukoma doğrudan da qara günə qoyur insanı, yəni kor edir.”

Tibdə Qara su gözdaxili təzyiqin yüksəlməsinə deyilir. Gözümüz dairəvi, yumru orqandır. Bunun dairəvi qala bilməsi üçün, yəni turqor gərginliyinin ola bilməsi üçün onun içərisində maye olmalıdır. O mayenin də özünün bir təzyiqi var. O təzyiq nəticəsində əlimizi gözə vururuq, göz batmır,olduğu yerdə qalır. Necə ki, düşünün bir şar, içərisinə hava üfürürük, şar o şəkildə qalır. İçində hava azalanda və ya hava çıxıb-girəndə şar başlayır balacalaşmağa. Gözün də bəlli bir turqoru var, o turqoru yerində olsun deyə, yəni ölçülər normal olsun deyə onun içərisində maye var. Maye kifli cisim dediyimiz gözün arxasında siliyer cisimdən ifraz olunur. Orada damarlar genəlir və durğunluq əmələ gəlir. Durğunluq olunca maye başlayır damarlardan sızmağa,həmin sızan maye gözün daxilindəki orqanların qidalanması üçün çox əhəmiyyətli qidalar gətirir özləri ilə. Həm şüşəyəbənzər cismin ön tərəfi, həm billur, həm də buynuz qişanın arxa tərəfi həmin maye ilə qidalanır. O maye siliyer cisim tərəfindən sekresiya olunur, ifraz olunur. Ön tərəfdə trabikulyar şəbəkədən sovrulub işləm kanalları ilə təkrar venoz sistemə gedir. Problem nə vaxt əmələ gəlir? Gözün daxili təzyiqinin yüksəlməyinin bir neçə halı mövcuddur.
Bir – ifraz olunan, sekresiya olunan yerdə sekresiya normadan həddindən artıq çoxdur, amma trabikulyar şəbəkədə, yəni bunu kanalizasiyamı deyək, kanalizasiya daşıyan sistemdə normaldır. Bu səfər gözdaxili təzyiq çoxalır və göz gərginləşməyə başlayır.
İkinci hal – sekresiya normaldır, amma trabikulyar şəbəkə daralmış olur və mayeni tam sovurub apara bilmir, yenə gözdaxili təzyiq yüksəlmiş olur. 
Üçüncü halda qarışıqdır -həm trabikulyar şəbəkə daralmış olur, həm sekresiya çoxalmış olur.
Bir də dördüncü hal var ki, əslində, sekresiya da normaldır, atım da, yəni çıxma da normaldır. Fəqət ortada bloq var. Hər hansı bir şəkildə, yəni arxa kameradan ön kameraya mayenin axmağına maneçilik törədilir və bunun nəticəsində də gözdaxili təzyiq yüksəlmiş olur. İstənilən halda, nə olur olsun, səbəbi, mənbəyi və ya mənşəyi nə olur olsun, gözün daxilində təzyiq çoxalır.

”Gözdaxili təzyiq norma qəbul olunur 10-dan 21-ə qədər. ”

Əgər təzyiq 10-dan aşağı düşərsə, bu səfər gözün daxilindəki orqanların bayaq dediyim turqor qəbul olunan gərginlik azaldığından qidalanma pozulur, toxumalar qidasız qalır. 21-dən çox olunca da gözün daxilində təzyiq yüksəlmiş olur və sinirlərin ən önəmli hissəsi, sinirləri, gözün arxasındakı sinirləri sıxır, onları zədələyir və onların ölümünə səbəb olur. Məlumdur ki, sinir toxuması elə toxumadır ki, bərpa olunmur, regenerasiyası olmur. Yəni ölmüş sinir hüceyrələri bir daha bərpa olmur. Digər toxumalarda bərpa olmaq  qabiliyyəti var, amma sinir toxumasında bərpa olmaq qabiliyyəti yoxdur. Qlaukomanın da ən qorxduğumuz hissəsi torlu qişadakı sinirlərin sıxılıb məhv edilməsidir. Bunun nəticəsində başda görmə sahəmiz yavaş-yavaş daralmağa başlayır və sonra da tamamilə itir. Yəni görmə olmur. Mirvari suyu ilə qara su ikisi də xəstəlikdir, ikisi də patologiyadır. Bunların fərqi mirvari suyuna görə itirilmiş görmə əməliyyat vasitəsi ilə bərpa oluna bilir sinir sağlam qaldığına görə. Amma qara suya görə itmiş görməni geri qaytarmaq mümkün deyil. Çünki artıq sinirlər ölmüş olur. Ona görə də biz qara sudan daha çox narahat oluruq, daha çox nigaran oluruq.

Bu qara suyu biz həmişə böyüdürük. Böyüdülməli mövzudur. Niyə?

Bu qara suyu biz həmişə böyüdürük. Böyüdülməli mövzudur. Niyə? Nəzarətsiz qalarsa. Bəzi xəstələrimiz gəlir. Daha çox erkən mərhələdə qlaukoma diaqnozunu qoyuruq. Xəstə: “Həkim, məndə qlaukoma var? Nə danışırsan?”. Depressiyaya düşür, panikləyir. Qlaukoma nə vaxt təhlükəlidir? Nəzarətsiz qalarsa. Əgər vaxtında üstünə düşüldüsə və o insan xəstəliyinin fərqindədirsə, yəni bizim 15 il, 20 ildir təqib etdiyimiz qlaukomadan xəstələrimiz var. Görmələrində bütün protokollara uyğun müayinələr davam olunur, müalicələr davam olunur. Zərrə qədər belə neqativ bir dəyişiklik yoxdur. 2008-ci ildən müşahidə etdiyimiz xəstəmiz var, hələ də bu gün belə bir dənə də, yəni qlaukomaya görə bir dənə belə hüceyrə ölməyib. OCT vasitəsi ilə biz sinirlərin qalınlığını, hüceyrələrin sayını təqib edirik 6 aydan bir, ildə bir dəfə. Yəni qlaukoma nəzarətsiz qalarsa, risklidir, təhlükəlidir. Amma ağlı başında adam üçün qlaukoma o qədər də qorxulu deyil. Necə ki, şəkər xəstəliyi bir yaşım tərzidir. Xoş deyil, amma məcbursaq, qəbullanarıq. Hipertoniyanı qəbullanırıq, qlaukomanı da o şəkildə qəbullanmalıyıq. “Məndə qara su var, mən kor olacam” qəbul olunacaq şey deyil. Əgər mövzumuzu yekunlaşdırası olsaq, qlaukoma nəzarətdə olduğu müddətcə qorxulduğu qədər də təhlükəli xəstəlik deyil. 

One thought on “Qlaukoma nədir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir