Trifokal təcrübəm

Trifokallar 2011-ci ildən bizim təcrübəmizə girdi. Amma 2007-ci ildən biz trifokal öncəsi nəsil – bifokal, o vaxtlar onun ismi multifokal olaraq gedirdi… Yaxın və uzaq məsafəni aydın göstərirdi, orta məsafədə görüntü dumanlı idi. 

Yəni multifokal təcrübəmiz 2007-ci ildən, trifokal təcrübəmiz 2011-ci ildən var. 

İndiyə qədər səkkiz yüzə yaxın multifokal, trifokal pasiyent əməliyyat etmişik. Və qürurla deyə bilərəm ki, hələ indiyə qədər peşman olduğum və ya ən azından bildiyim qədərilə peşman olan pasiyentim yoxdur. 

Bunu nəyə borcluyam?

Birinci: müayinənin çox ciddi və ən xırdalıqlarına qədər aparılması. 

İkinci: vaxt ayırıb pasiyentlə bu mövzunun bütün detallarının eninə-boyuna müzakirə olunması.

Hətta bəzi hallarda, inandırım sizi, sadəcə pasiyent deyil, pasiyentin ailə üzvləri ilə, yaxınları ilə, həyat yoldaşı, övladları, eyni evdə yaşadığı insanlarla belə… Adətən, mən təklif edirəm, onlar da gəlsin, bu işi birlikdə edək. Ağlımızda taxılacaq nə suallarınız var, onların hamısını bir kağıza yazın, gəlin onların hamısını danışaq. Bəzən əməliyyat olan insanların razılığını alıb, əməliyyat olunmuş insanların telefon nömrəsini veririk. Bizdən kənarda, özünüz zəng edin, o insanlarla danışın, dərdləşin. 

Səkkiz yüzə yaxın pasiyentin hələ də indiyə qədər, bir dənə də olsun narazı olub da lensini çıxartdığımız pasiyentimiz olmayıb. İstənilən halda xəstələrimizin hamısının istəkləri tam qarşılanıb. 

Bununlada qürur duyuram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir