İlk öncə bir az daha səthi, yəni, giriş olaraq “bütün şəkərli diabet xəstələrində göz problemi olurmu?” Xeyr. Kontrollu şəkərli diabetlərdə, yəni şəkərə bağlı göz probleminə rast gəlmərik.
Şəkərli diabeti olan xəstələrdə şəkərli diabet diaqnozu qoyulduqdan sonra ilk 7 ildə, ildə 1 dəfə göz müayinəsi tələb olunur. 7 ildən sonra ildə 2 dəfə göz müayinəsi tələb olunur.
Göz müayinəsinin içərisində də ən əsas şəkərli diabetlilərdə gözün bütün orqanlarında problem çıxa bilər, amma ən əsas torlu qişadır.
Şəkərli diabetdə mikrokapilyarlarda problem çıxdığına görə torlu qişanın kapilyarı həddindən artıq incədir və ən böyük problemi biz torlu qişada yaşayırıq və şəkərli diabetin kontrolsuzluğuna bağlı olaraq gözün dibindəki – torlu qişadakı patalogiyalar da o qədər səthdən dərinə doğru dərinləşmiş olur.
Əlbəttə ki, əgər bir şəkər xəstəsi şəkərini vaxtı-vaxtında, düzgün kontrol olunursa, düzgün kontrolda əsas şəkərin normada olması şərt deyil, “acqarına şəkərim 100-dür”. Bu, yetərli olmur.
Toxqarına şəkər, 24 saat gün ərzində sutkalıq şəkər amplitudası çox dəyişməməlidir. Misal üçün, “Səhər ölçdük, 5,5 oldu, axşam ölçdük 21 oldu”. Həddindən artıq, uçurum fərq var. Bu dalğalanmanın olmasını istəmirik. Stabil bir… Tutaq ki, acqarına 100 ərəfəsində, toxqarına 180-200 ərəfəsində stabil bir şəkər.
Ondan sonra mütləq xolesterin yoxlanılmalıdır, mütləq lipid spektr yoxlanmalıdır, qanın laxtalanmasına baxılmalıdır, qaraciyər sınaqları vaxtaşırı olmalıdır (ALT, AST, kreatinin), böyrək funksiyalarına baxılmalıdır.
Yəni, “Doktor, şəkərimi yoxlayıram, şəkərim normaldır, daha mən həkimə getmirəm.” Yox! Mütləq hər 6 aydan bir endokrinoloqlarına müraciət etməlidirlər və o qan analizi olunmalıdır.
Bir daha deyirəm, sadəcə “Şəkərim 100-dür və ya 5,5-6-dır”, bu şəkərli diabetin kontrolda olduğu anlamına gəlmir.
Bir də işin fərqli tərəfi – diabeti qabardan faktorlar var: hipertoniya, stres.
“Mən nə edim? Özümü ələ ala bilmirəm. Dieta saxlaya bilmirəm. Dərman içirəm, şəkərim normadadır, amma əsəbiləşən kimi şəkərim qalxır.” Artıq ikinci bir ixtisasa müraciət etmək lazım olur – bir nevropatoloq və ya psixoterapevtə. Antidepressant və ya sakitləşdirici yazılmalıdır.
“Doktor, şəkərim yaxşıdır, amma təzyiqim qalxır, təzyiqim qalxanda şəkər yenə də oynayır.” Demək ki, təzyiq də kontrolda saxlanılmalıdır.
Yəni, bu dediyim hadisələr bir kompleks şəkildə dəyərləndirilərsə, təkcə gözdə yox, digər orqanlarda da, heç birində problem yaşanmaz.
İşin davamı, əgər bir kontrolsuzluq yaşanıb və ya şəkərli diabet gec aşkar olunub və ya təzyiq problemi var, düzgün kontrol olunmazsa, artıq gözdə dəyişikliklər gedir.
Suallar və Cavablar