“Şəkərli diabetli xəstələrinin gözdibi problemi olarsa, bu xəstələrdə lazer… Belə deyilir – “lazer”, amma əslində onun “Lazer fotokoaqulasiya”dır prosesin adı. Xüsusi cihazlar, lazer cihazları vasitəsi ilə icra olunur.
İşemik zonalar və nevaskulyar qlaukoma
Şəkərli diabetli xəstələrdə kontrolsuzluq davam edərsə, göz dibində problemlər əmələ gəlir. Torlu qişada əvvəlcə nevaskulyar damarlar əmələ gəlir, daha sonra qan problemi olduğuna görə troblaşma gedir. Həm tromblaşmağa bağlı və yaxud da ki, “hiperqlikemiya”ya bağlı torlu qişanın bəzi hissələrində, sektoral hissələrində işemiya dediyimiz qidasız zonalar əmələ gəlir.
Həmin qidasız zonalar gələcəkdə baş bəlamıza çevrilir. Həmin hissədə nevaskulyar damarlar əmələ gəlir. Nevaskulyar damarlar da artıq “vəhşi” damarlardır. Bunların idarə olunması çox çətindir.
Bir müddətdən sonra həm gözdaxili qanaxma, daha sonra isə “nevaskulyar qlaukoma”ya qədər gətirib çıxardır ki, artıq orada heç bir şey edə bilmirik. Göz itir. Görmə də gedir, göz də itir. Ona görə vaxtında düzgün taktika seçilməlidir.
İşemik zonalar necə təyin olunur?
Birincisi, nə olur olsun yenə də, hər videomuzda dediyimiz kimi, başda durur ciddi şəkər kontrolu, ciddi qan təzyiqi kontrolu və xolesterin, lipid və laxtalanma. Onlar bir yana.
Gözlə əlaqədar bütün müayinələr aparıldı…İşemik zonaları biz necə təyin edə bilərik?
Əksər hallarda işemik zonanı təyin etməkdən ötrü FFA dediyimiz “floresen angioqrafiya” – venadan xüsusi boyayıcı maddələr yeridilir və torlu qişanın damarlarla təchiz olunma səviyyəsi müəyyən edilir. Onun nəticəsində işemik zonalar bəlli olmuş olur və oradakı hüceyrələr lazerlə yandırılır.
Gözün hüceyrələrini yandırırıq
Əslində o hüceyrələr bizim hamımıza lazımdır. O hüceyrələr görmək üçün yaradılmış hüceyrələrdir. Amma ciddi şəkər kontrolsuzluğu nəticəsində artıq o hüceyrələr bizə xeyirdən daha çox zərərə səbəb olur və məcbur – daha çox zərərdən qorunmaqdan ötrü daha az zərərə razı oluruq və o, həmin hüceyrələr lazer vasitəsi ilə yandırılır.
Əlbəttə ki, həkim kimi imkan daxilində biz həmin hüceyrələri mümkün qədər qorumağa çalışırıq. Elə hallar olur ki, bizim əlimizdən, çox təəssüf ki, lazer etməkdən başqa bir şey qalmır və məcbur lazer olunur.
Lazer proseduru ağrılıdırmı?
Lazer proseduru elə ağrılı bir prosedur deyil. Çox vaxt aparan prosedur da deyil. Orta hesabla 10-15 dəqiqəlik bir vaxt aparır.
Xoşagəlməz hissəsi proses vaxtı gur işıqdan istifadə olunur və o gur işıq insanı bir az narahat edir. Məcbur hədəf yönlü işığa baxa bilmirsən. Onun xaricində əməliyyatxanada olunmur, normal müayinə otağında icra olunan bir prosedurdur.
Proses panretinal fotokoaqulasiyaya qədər davam edir
Biz sadəcə işemik zonaları lazerlə işləmiş oluruq.
Vaxtaşırı kontrol olunur. Əgər gələcəkdə proses davam edərsə, yeni işemik zonalar əmələ gələrsə, o zaman həmin yerlərdə yenə lazer koaqulasiya olunur.
Yekunda artıq “panretinal fotokoaqulasiya”ya qədər gətirib çıxardır.
Bu prosesin özü qorxulu bir proses deyil. Amma əlbəttə ki, istəməzdik ki, bir xəstə o etapa qədər gəlib çıxsın. O etapa gəlib çıxandan sonra da məcbur elə bir iş görülməli olur.