Eksimer lazerdən sonra Yaxşı görməmək

Eksimer lazerdən sonra 5) Yaxşı görməmək

Yenə də, “Eksimer lazer əməliyyatından sonra gözləmədiyimiz nəticələr”. Bu seriyadan deyək artıq… Bu seriyadan növbəti rastlaşdığımız hal: “Yaxşı görməmək”

Bu nədir?

Əməliyyat öncəsi xəstə ilə danışdıq, əməliyyatdan sonra 100% bir görmə gözləyirik. Pasiyent də belə bir gözlənti içərisinə girdi və əməliyyatdan sonra 100% bir görmə istədi, amma əməliyyatdan sonra istədiyimiz görmə olmadı. Yəni görməmiz 100% deyil, 70% oldu, 60% oldu.

Bir anda pasiyent: 

  • Doktor, neçə faiz görürəm?
  • 60%.
  • Aaa… Doktor, axı 100% demişdiniz. Mən niyə 60% görürəm?

Depressiya başlayır həmən. 

100% deyilibsə, 100% görəcəklər

Depressiyaya başlamasınlar. Hər orqanizm birə-bir eyni deyil, fərqlidir. O qədər fərqlidir ki, bir əvvəlki videolarda da dediyim kimi istər regenerasiya prosesi olsun, istər sinir sisteminin vəziyyəti olsun, istər orqanizmin gördüyümüz işə cavab reaksiyası olsun, çox individualdır. 

Yəni əməliyyatdan sonra xəstənin, biz gözləyirik sıfır ərəfəsində bir rəqəmlər, amma bir də baxırsan ki, əməliyyatdan sonra “refraktometr” xəstəyə -1,5 astiqmat, -2 sfera… Belə bir rəqəmlər göstərir və xəstənin görməsi 50-60%. Sürpriz!

Panikləməməliyik. 

Yaxşı görməmənin səbəbi flebin altında toplanan mayedir

Burada ana səbəb bir öncəki videolarda da demişdim flebin altında maye qalır, o maye kimdəsə cüzi olur, kimdəsə bir az daha çox olur. Hə, cüzi olanlar sadəcə onu yüngül duman və dəqiqsizlik kimi hiss edir, amma ödemi, mayesi çox olan adamlar dumanlı görmə və keyfiyyətsiz görmə. Yəni görmələri 50%, 60%, 70%… Halbuki, birinci dediklərim 100% görür, sadəcə niyəsə “Elə bil ki bir az dumanım var” deyir.

Bu da problemli bir şey deyil. Bir neçə günə və ya bəzən bir neçə həftəyə tamamən ortadan qalxır. Yəni əməliyyatdan sonrakı qısa müddətdə 2 gün, 3 gün, 4 gün ərzində belə “yaxşı görməmək” – bunun adına belə deyəcəyik, yaxşı görməmə fleb altındakı, əgər flebdə qırışıqlıq yoxdursa, fleb altındakı mayeye bağlıdır. O mayeni orqanizm, onsuz da, soracaq. Onsuz da, onlar sorulsun deyə biz əməliyyatdan sonra dərmanlarını veririk.

Flebin altında toplanan maye maksimum 2 aya çəkiləcək

Dediyim kimi, orqanizmdən asılı ola bilər bu müddət. Orta hesabla 2 həftəyə sorulur. Çox nadir halda bəzən xəstə gəlir: “Doktor, axı yaxşı görmürəm maye var. Maye neçə həftəyə sorulacaq?” Orta hesabla 2 həftəyə sorulacaq. Çox-çox nadir hallarda o 2 həftə bəzən 2 aya qədər çəkə bilir. Yenə də bu da individualdır.

Yəni ona da əmin olsunlar ki, geci-tezi ya 2 həftəyə, ya da maksimum 2 aya bu problem tamamən ortadan qalxacaq və planlaşdırılan görmə əgər əməliyyatdan öncə 100% görəcəksiniz deyilirsə, həqiqətən də, o planlaşdırılan görməni əldə edəcəklər. Bu proses uzanmış olsa belə, yenə də illərin təcrübəsinə dayanıb narahat olmamalarını tövsiyə edirəm. Onsuz da, bu problemlər ortadan qalxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir