Salam, hər vaxtınız xeyir olsun! Bugünü mövzumuz yenə 3Eksimer lazer əməliyyatından sonra gözləmədiyimiz nəticələr” və onlardan bir dənəsi də – “Gözlərin görmə sırasında fərq”.
Pasiyent gəlir: “Doktor, axı mənim sağ gözüm sol gözümdən yaxşı görür” və ya “Doktor, axı mənim sol gözüm sağ gözümdən yaxşı görür”.
İki göz arasında görmə fərqi, bunlar “görmədə dalğalanma”, “görmə flyuktasiyası” deyirik və pasiyentlərə əvvəlcədən məlumat veririk: “Əməliyyatdan sonra 6 ay müddətində iki gözün görməsi arasında kəskin fərq olacaq”.
Qoşa orqanlardan biri dominant olur
Bu kəskin sözünü bir az daha vurğulayıram.
Əvvəlki videolarda demişdik hər halda, yenə təkrarlayım: “Bütün qoşa orqanların biri dominant, digəri non-dominantdır”. Misal üçün, sağ əlim sol əlimdən daha güclüdür. İki burun dəliyi varsa, bir burun dəliyi digərindən daha çox işləyir, yəni dominantdır. Həmçinin də gözlərimizdə bir gözümüz digər gözümüzə nəzərən dominantdır.
Yəni beyin əsas mənbə olaraq məndə, Rafadarda sol gözüm dominant gözdür. Əsas mənbə olaraq sol gözü istifadə edir, sağ gözüm məndə fon əmələ gətirir. Əgər ikisi də eyni səviyyədə dominant olsaydı, mən hər şeyi qarışdırardım və kölgəli görə bilərdim. Hətta bəzən ikili görə bilərdim. Əslində bu, bizim üçün bir lütfdür, Allahın bir lütfüdür.
Qoşa olsalar da, gözlərin hər biri ayrı orqandır
Bu, dediyim dominantlıq mövzusu deyil, fərqli görmə, yəni kəskin fərq sağla sol.
Misal üçün, sağ 100 faiz görür, solumuz 90 faiz görür. Və ya bəzən olur ikisi də 100 faiz görür, amma xəstə kəskin fərq hiss edir sağla solun arasında.
İki göz olmuş olsa belə, ayrı-ayrı orqanlardılar. Yəni tutaq, sağ ayağımız yaralananda, zədələnəndə ola bilər 3 günə sağalar, sol ayağımız 5 günə sağa bilər, onun kimi. Və ya çox üzr istəyirəm, sarğı nahiyəsinə sağa iynə vuranda ağrıtmaz, amma sola iynə vuranda ağrıdar. Bu tipdə qəbul edəcəyik.
Gözlərdəki regenerasiya prosesi belə dəyişə bilir, ləngiyə bilir və ya sürətli gedə bilir. Ona görə gah sağ gözümüz daha yaxşı görür, sol gözümüz daha pis görür və ya sol gözümüz yaxşı görür, sağ gözüm daha pis görür.
Fərqi ölçməyi pasiyentlərə qadağan edirik
Biz pasiyentlərimizə qadağan edirik. Çünki bundan da depressiyaya düşürlər: “Aaa… sağım yaxşı görür, solum pis görür. Elə deyəsən solum mənim həmişə pis görəcək”. Artıq panikləmək və depressiyaya gedir.
Xəstələrimizə biz yasaq edirik ki, 6 ay müddətində gözlərini bağlayıb müqayisə etməyi. Biz ancaq onu vaxtaşırı kontrollara gəlirlər, kontrollarda ancaq biz onu edirik və qalıcı bir fərq olmur. Yekunda 6 aydan sonra bu şikayətlər tamamən ortadan qalxmış olur. O aradakı cüzi fərq də dediyim kimi, dominantlıq və ya non-dominantlıq hadisəsidir.
Gözlərdən biri tənbəldirsə
Bir hal istisna. Əgər bəzi xəstələr olur ki, hansısa gözünün biri tənbəl olur, yəni əməliyyatdan öncə xəstəyə xəbərdarlıq edirik: “Sizin sol gözünüz tənbəldir. Əməliyyatdan sonra sağ gözünüz 100 faiz görəcək, sol gözünüz 80 faiz görəcək.” Və hətta əməliyyatdan qabaq göstəririk:
- “Bax sağ belə olacaq, sol belə olacaq. Fərqi görürsünüz?”
- “Bəli”
- “İkisi açıq belə görəcəksiniz”.
O hallarda dəyişməz, yəni fərq düzəlməz. Fərq o fərq olaraq qalacaq. Amma onun xaricində əgər biz xəstəmizə “Əməliyyatdan sonra 100 faiz görəcəksiniz, ikisində də” deyiriksə, bir tənbəllik yoxdursa, 6 ay içərisində o görmədə dalğalanma tamamən ortadan qalxacaq və xəstə rahat olacaq.
6 ay səbr etmək lazımdır
6 aylıq periodu necə keçirtsinlər?
Onsuz da biz gəzəndə kim gözünün birini bağlayıb gəzir ki? Gözümüzün ikisi də açıq gəzirik və aradaki o fərq əslində iki gözümüz açıqkən bizi heç vaxt narahat etməz. O, sadəcə gözümüzü bağlayıb müqayisə edərkən onun fərqinə varırıq və tövsiyəmiz ona ciddi əhəmiyyət verməsinlər, zamanla öz-özünə keçib gedəcək.
Görmədəki flyuktasiya maksimum 6 aya keçib gedir.