Eksimer lazerdən sonra: Nəmləndiricilər

Eksimer lazerdən sonra: 10) Nəmləndiricilər

Bu gün eksimer lazer əməliyyatından sonra rast gəldiyimiz arzuolunmaz nəticələr…

Düzdür, tam o mövzuya aid deyil, amma bir hissəsi buraya aiddir. Yəni mövzumuz nədir? “Doktor, əməliyyatdan sonra mən nə qədər damcı istifadə etməliyəm?” və ya biz pasiyentə “Əməliyyatdan sonra 6 ay nəmləndirici göz yaşı istifadə edəcəksiniz, bəzi hallarda 6 aydan sonra da ehtiyac doğa bilir.” “Axı Doktor sən 6 ay demişdin, niyə daha çox?” Bu mövzuya aid bir az aydınlıq gətirmək istəyirəm.

Eksimer lazer əməliyyatından sonra gözdə quruluq

Ümumiyyətlə, eksimer lazer əməliyyatından sonra 6 ay müddətində quruluq gözlədiyimiz bir narahatçılıqdır və pasiyentlərə əməliyyatdan sonra nəmləndiricilər mütləq yazılır və onlar istifadə edirlər. 

Günümüzdə monitor işlərinin çoxalmağından asılı olaraq əməliyyatdan sonrakı periodda əgər monitor işi, kompyuter işi və ya telefon işi günlərinin böyük hissəsini təşkil edirsə, istər-istəməz bu pasiyentlərdə quruluq davam edəcək. 

Hətta əməliyyat olmayanlarda da, bu işlə məşğul olan və əməliyyat olmayanlarda da bu problem olur.

Yəni 6 aydan sonrakı nəmləndirici istifadəsi əməliyyata bağlı deyil. O işimizə, sənətimizə bağlıdır. Yəni gündəlik işimizlə əlaqədardır. 

Ekranlarla işləyənlərdə də gözdə quruluq problemi olur

Əməliyyat olmayan, gözündə heç bir problem olmayan insanlarda belə əgər gün ərzində 6-8 saat kompyuter qabağında iş görürlərsə, biz onlara mütləq nəmləndirici yazırıq və pasiyentlər də kompyuterlə işlədiyi müddətcə nəmləndirici tökmə məcburiyyətindədirlər.

Niyə nəmləndirici? Bəlkə, bir haşiyə çıxım… Kompyuterlə işləyənlərdə nəmləndirici niyə lazımdır?

İş vaxtı göz qırpmalarının sayı azalır, buynuz qişa quruyur və buynuz qişa quruduğuna görə kənardan nəmləndiriciyə ehtiyac olur. Yoxsa, gözlərdə göynəmə, yorğunluq və hətta görmənin keyfiyyətinin aşağı düşməsi kimi hallarla qarşılaşa bilərik.

Göz üçün nəmləndiricilər artıq gündəlik tələbata çevrilib

Yəni biz əgər pasiyentə əməliyyatdan sonra standart hal olaraq “6 ay nəmləndirici istifadə edəcəksiniz” dediyiniz halda 6 aydan daha sonra, daha çox da istifadə edirlərsə, o onların sənətləri ilə, işləri ilə, elə hal olur quru mühitdə – ofislər quru olur, quru mühitdə işləyənlər belə yenə də və ya isti mühitdə işləyənlər belə yenə də nəmləndirici istifadə etmək məcburiyyətində qalırlar.

Hal-hazırda kifayət qədər konservantsız nəmləndiricilər var və məncə, artıq günümüzün tələbidir, yəni biz onu dərman qrupuna salmırıq, dərman deyillər onlar. Nəmləndirici və qidalandırıcı qrupdadır və rahatlıqla da konservantsızları rahatlıqla istifadə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir