lazer emeliyyatindan sonra gözü qorumaq

Eksimer lazer əməliyyatından sonra gözü qorumaq

Əməliyyatdan sonrakı periodda yenə bəzi suallar. Bunlardan biri “Qorunmalıyıqmı? Necə qorunaq? Əməliyyatdan sonra gözümüzü necə qoruyuruq?”

Əslində xüsusi bir qorunma metoduna ehtiyac yoxdur. 

Sadəcə ilk günlərdə polaroid günəş eynəyi istifadə etmələrini tövsiyə edirik. Gözlərini ovuşdurmurlar və imkan daxilində tüstülü mühitlərdən uzaq qalırlar. Xüsusi bir qorunmağa ehtiyac yoxdur bunun xaricində.

Əvvəlki videoda da qeyd etmişdik: kosmetika, dəniz, “basseyn”… Bunlar da orta hesabla 1 həftə sonra istifadə oluna bilər və ya gedilə bilər.

Xəstəxanada nə qədər qalınır?

Əməliyyat dediyim kimi orta hesabla 10 dəqiqə çəkir. 10 dəqiqədən sonra pasiyent əməliyyatxanadan çıxır, dincəlmə otağına gedir. Orada istifadə edəcəyi dərmanlar, bu dediyim qaydalar onlara izah olunur və ondan sonra pasiyent gedir. Yəni əməliyyatdan sonra orta hesabla 10 dəqiqəlik bir işləri qalır, evlərinə gedirlər. Yəni xəstəxanada qalmağa ehtiyac olmur. 

Sadəcə, həmin günü, əməliyyat olduqları gün evlərində istirahət etmələrini tövsiyə edirik. Nə olur? Bəzi adamlar: “Yox, mənim çox vacib işlərim var. Onları görə bilərəmmi?” Bəli. 

Gedirlər. Düzdür, tam rahat olmur. Avtomobil idarə edə bilmirlər, amma işlərini görə bilirlər. Hətta həmin gün belə işlərini görə bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir