eksimer lazer emeliyyatindan qorxanlar

Eksimer lazerdən qorxanlar

Bəziləri gəlir, əməliyyat olmamaq üçün… Tutaq ki, baxırsan əslində əməliyyat ola bilər və əməliyyatdan sonra doğrudanda çox məmnun qalacaq pasiyentlər. İstər-istəməz bir az sual soruşursan “Əməliyyat olmaq istərdinizmi?” deyə. 

Normalda çox sevdiyimiz sual deyil bu. Amma bəzi pasiyentlər – çox ünsiyyətim yaxşı olan pasiyentlərə belə bir sual soruşursan: “Əməliyyat ağlından keçirdirsənmi?” Baxıram bəzi çəkildikləri nöqtələri var və ona görə onu danışmaq istəyirəm. Hansı ki, o çəkindikləri nöqtələr əsaslı nöqtələr deyil. 

Kompüterlə işləyənlər

Misal üçün elə fikirləşirlər ki, əməliyyatdan sonra uzun müddət bunlar kompüterlə işləməməlidirlər. Halbuki tam tərsi – əməliyyatın səhərisi günü normal iş şəraitinə geri dönə bilərlər. Hətta səhərisi günü istədikləri qədər kompüterlə işləyə bilərlər.

Hamiləlik planlaşdıranlar

Bəziləri fikirləşir ki, əməliyyatdan sonra hamilə qalmamalıdırlar, təbii doğuş olmamalıdır. Əməliyyatın heç bir əlaqəsi yoxdur nə hamilə qalmaqla, nə doğuşda heç bir əlaqəsi yoxdur.

“Birdən geri qayıdar?!” deyənlər

Bəziləri zamanla təkrar pisləşər deyə qorxurlar. Bu pisləşmə… Elə bir ehtimalımız var. Amma standart, orta hesabla 2 faizdir əməliyyatdan sonra gözdə görmənin təkrar pisləşmə ehtimalı. 100 nəfərdən ikisində. Amma mən şəxsi təcrübəmdən deyə bilərəm. Bizim 21 mini keçib artıq. “21 min” deyirəm, daha saymırıq. Bəlkə də 22, bəlkə 23 min… Onların içərisində 80 nəfər deyil, yəni mənfi geri qayıdan. Bunu bəzən pasiyentlərə bu şəkildə izahat verirəm:

  • Təyyarəyə niyə minmirsən?
  • Təyyarə qəza eləyə bilər.

Düz deyir. Əslində təyyarə qəzası ola bilər. Amma neçə min nəfərdən biri… Nə qədər doğru olar, yəni “Təyyarə qəza eləyə bilər, o ehtimal var” deyə, mən təyyarəyə minmirəm? 

Bu şəkildə…

Hətta bir yenə haşiyə çıxım… Heç bir zaman qayıdan nömrələr başdakı nömrə qədər, daha böyük olmur. Yəni o dərəcəyə çatmır. Daha az və ya cüzi olur. Əgər bu qayıdan nömrə də pasiyenti narahat edirsə təkrar əməliyyat ola bilir.

Xaricə gedənlər

Vaxt baxımından “Doktor…” misal üçün, “2 həftə sonra, 1 ay sonra mən başqa xaricə gedəcəyəm işləməyə və ya təhsilə. Müayinələrə gələ bilməyəcəyəm.” 

Əməliyyatın belə deyim əsas kritik periodu bir gündür. Səhərisi gün əgər hər şey qaydasındadırsa tamamən işimiz bitmiş olur. 

Orta hesabla mən pasiyentlərə “2 həftə yetərlidir əməliyyatdan sonrakı o period, qorunma periodu və ya kontrol periodu” deyirəm. 2 həftədən sonra bütün dosyalarını hazırlayırıq veririk özlərinə hara getsələr, getdikləri yerdə mütləq göz həkimi var, rutin konturlarını orada etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir