Bəzən pasiyentlərdən baxıram, əməliyyat qərarı verdik, amma “Əməliyyatdan sonra nələr olacaq?” – məlumatları az olur deyə narahat olurlar. Müayinə vaxtı da bizim çox vaxtımız olmur, tam detallı məlumatlar verə bilmirik pasiyentə, ona görə istəyirəm ki, “Eksimer lazer əməliyyatlarından sonra pasiyentlər nəyi yaşayacaq?” – o periodu anlatım, onlar rahat olsun.
Birinci – eksimer lazer daha əvvəllər qeyd etmişdim, fərqli növləri var. Ən çox rast gəldiyimiz LASIK haqqında danışmağı düşünürəm, birinci. LASIK əməliyyatına qərar verildi və “Əməliyyat günü, əməliyyatdan sonra nələr yaşayacaq pasiyentlər?” – əvvəlcədən bilsinlər deyə.
LASIK əməliyyatından öncə
Əməliyyat günü orta hesabla 1,5 – 2 saat klinikada vaxtları gedir. Bu vaxt nə üçün lazımdır bizə? Onsuz da, əməliyyata qərar verməmişdən bütün müayinələri hazır olmuşdu, sadəcə təkrar yenə son vizyonları alınır, rəqəmlər təkrar bir kontrol olunur. Yenə pasiyentin özü ilə danışırıq, məlumatlandırırıq: “Bax, necə olacaq bu görüntü. Əməliyyatdan 1 ay sonra belə olacaq, 2 ay sonra belə olacaq. Bu görüntülər sizi qane edir, yoxsa yox?”
Ondan sonra pasiyentlərə sakitləşdirici dərman veririk, bir az onun nəticəsini gözləyirik bir 25 dəqiqə, yarım saat. Bu həyacanı götürməkdən ötrü dərman istifadə edirlər. Ondan sonra əməliyyata qalxırıq.
LASIK əməliyyatı vaxtı
Əməliyyat orta hesabla bir pasiyent üçün 10 dəqiqə çəkir. Əməliyyatdan öncə də yenə dərman damızdırırıq. Dərmanın mahiyyəti, yerli keyləşdirici, ağrını götürməkdən ötrüdür. Əgər əməliyyat vaxtı ağrı hiss edirsə, bu, həkimin səbəbindən deyil, pasiyentin özünün səbəbindən ağrı olur. Nə deməkdir bu?
Tutaq, əməliyyat vaxtı bizə lazımdır ki, xəstənin gözü açıq qalsın. Bir “blefarosta” dediyimiz qapağı aralamaqdan ötrü belə bir dəmir alətimiz var – yerləşdiririk. Normal, belə olanda mənim qapağım ağrayarmı? Yox, ağrımaz. Amma pasiyentlərin bəziləri çox gərgin olur, gözlərini çox sıxır. Gözünü sıxınca istər-istəməz artıq o dəmir alət onun gözlərini incitməyə başlayır.
Və ya ı tutaq, 10 dəqiqəlik bir əməliyyat çəkir, əməliyyat vaxtı o qədər özlərini gərgin saxlayırlar ki, hətta bəzən əməliyyatdan sonra qalxır başları hərlənir. Bəziləri yıxılır. Hətta bəziləri ürəkbulanma, qusma belə ola bilir. Yəni o həddə gəlir.
Bu şeylərlə qarşılaşmayaq deyə əməliyyat öncəsi həyəcanı götürmək üçün bir həb veririk, sonra əməliyyata girmədən təkrar yerli keyləşdirici damcı damızdırırıq və əməliyyat başlayır.
Orta hesabla əməliyyat 10 dəqiqə çəkir və əməliyyatın gedişatı az öncə qeyd etdiyim kimi, ağrısız olur, pasiyent özü-özünü gərginləşdirməsə.
Narkozla LASIK əməliyyatı olarmı?
Bəzi pasiyentlər sual verir: “Doktor, narkozla olmazmı? Mən gərgin adamam, qorxuram.”
- Bir, əməliyyatın özü, onsuz da, 10 dəqiqə çəkir,
- İki, ağrı yoxdur,
- Üç pasiyentin huşu aydın olmalıdır. Çünki əməliyyat vaxtı biz: “Yaşıl işığa bax, qırmızı işığa bax, sağa bağ, sola bax.” Yəni belə əmrlər edirik. O, yerinə yetirilməlidir. Yəni pasiyent özündə olmalıdır ki, bu əmirləri yerinə yetirsin, hədəfi təqib edə bilsin.
Əməliyyat 10 dəqiqə çəkir. Əməliyyatdan sonra əksər hallarda biz incə fleblə işlədiyimizə görə əksər hallarda kontakt linza qoyuruq, bir günlük bandaj kontakt linza. Və əməliyyatdan sonra pasiyentlərdə diskomfort hissini azaltmaqdan ötrü bir də sikloplegik dərmanlar damızdırırıq. Bunlar bəbəyi bir az genəldirlər..
LASIK əməliyyatından sonra
Tökdüyümüz keyləşdirici damcılar yarım saatlıq təsir göstərir. Əməliyyatdan yarım saat keçəndən sonra pasiyentlərin o keyləşməsi tamamən ortadan qalxmış olur. Həmin gün ərzində bəbəyi genəltdiyimizə görə dumanlı görmə olur və cüzi “sanki kiprik düşüb” – belə bir hissiyat olur, ağrıları olmur.
Həmin günü istirahət etmələrini istəyirik, mümkün qədər damcılar damcıladanda gözlərini möhkəm sıxmasın deyirik. 2 gün arxası üstə uzanmaqlarını tövsiyə edirik, yatanda belə imkan daxilində. Çünki bəzən yan üstə yatanda istər-istəməz yastığın kənarı dəyir, bəzən o flebimizi qırışdıra bilir. Ona görə imkan daxilində 2 gün arxası üstə yatmağa diqqət etmələrini istəyirik.
Ondan sonra, həmin günü istirahət elədilər, vaxtaşırı dərmanlar töküldü… Hətta onu da xırdalayım. Dərmanlar, 2 cür dərmanımız var: biri kortizonlu antibiotik damcımızdır, bir də nəmləndirici damcımızdır. Kortizonlu antibiotikimiz 2 saatdan bir tökülür yatana qədər həmin günü, nəmləndirici isə saatbaşı tökülür. Yatdığı vaxtlar dərman tökülmür. Xəstə oyandı, həkimin yanına təkrar kontrola gələnə qədər yenə dərmanlarlar o qaydada tökülür.
Əlavə qeyd edim, əgər bəzi çox nadir halda olur ki, qoyduğumuz kontakt linza hər hansı bir səbəbdən düşür. Və burada da bir qeyd: əgər kontakt linza hər hansı səbəbdən gözdən düşərsə, həmin kontakt linzanı təkrar gözlərinə qoymağa cəhd etməmələrini istəyirik. Çünki o artıq steril deyil, onu gözə qoymaq olmaz. Çünki yaşamışıq bir pasiyentimizdə yerə düşən kontakt linzanı təkrar gözünə qoyub və infeksiya salmışdı gözünə. Ona görə bu qeydi, haşiyəni qeyd elədim.
LASIK əməliyyatının sonrası günü
Səhərisi gün kontrolu – gün ərzində hər hansı bir vaxt olaraq pasiyentlərə uyğun bir vaxtda kontrola çağırırıq. Kontrolda yenə keyləşdirici damızdırırıq, kontakt linzanı çıxardırıq və flebimizin hamarlığına/nahamarlığına baxırıq. Fleb hamardırsa, hər şey qaydasındadırsa və kobud şəkildə görməmizi alırıq. Yəni xəstə əməliyyatdan sonra 100 faiz bir gözləmə gözləyirik görək nə qədər görür, 80-90 faiz görür. Bu nə deməkdir? Xəstə gündəlik işlərini görə bilər, əgər kompüterlə işləyirsə, kompüterdə davam eləsin və ya başqa rutin işlərdən nə varsa, onları görsün deyə.
Çox nadir halda kənar çıxmaq olur, istədiyimiz görməni əldə etməmiş oluruq, bu da individual olur, flebdə qırış olarsa və ya flebin altında maye olarsa. Onların da özünə görə bir çıxış yolları olur.
LASIK əməliyyatından sonra göz damcısı istifadəsi
Müayinəyə gəldi, kontakt linzamızı çıxartdıq və xəstə işinə davam elədi. Növbəti gündən sonra damla istifadəsini dəyişdiririk. Antibiotikimizi əməliyyatdan sonra 2 həftə boyunca gündə 4 dəfə, amma göz nəmləndiricilərimizi isə 6 ay istifadə eləmələrini tövsiyə edirik.
Əgər günlərinin böyük hissəsini telefon və ya kompüterlə keçirirlərsə, bu pasiyentlərə 6 aydan sonra da nəmləndirici də istifadə etmələri məsləhətdir, ehtiyac olur.
Nəmləndirici istifadəsini necə xəstəyə məlumatlandırırıq? İlk 2 ay minimum gündə 4 dəfəyə, yəni orta hesabla 4 saatdan bir. 4 dəfədən əlavə bir şikayətləri olarsa, yenə daha sıx istifadə edə bilərlər. Çünki əməliyyatdan sonrakı ilk dövrlərdə gözdə quruluq olur deyə daha sıx-sıx tökmə ehtiyacı doğa bilir. 2 aydan sonra isə 4 dəfə məcburiyyəti ortadan qalxır, ehtiyac hiss elədiklərində: göynəmə, acışma, yanma, batma, yuxuluq, quruluq, yorğunluq. Bu kimi şikayətləri olarsa, nəmləndiricilərdən istifadə edirlər.
Bizim xəstələrimizə tövsiyə etdiyimiz nəmləndiricilər konservantsızdır. Ona görə gün ərzində istədikləri qədər istifadə edə bilərlər. Çox istifadə etməyin heç bir zərəri yoxdur.
2 həftəyə diskomfort keçib gedir
Nə ilə qarşılaşırlar? Biz əslində əgər xəstənin gözünün dərəcəsi əməliyyatdan öncə mənfi 5 və ya mənfi 6 idisə, əməliyyatdan sonrakı hədəfimiz yaşdan asılı olaraq müsbət 0,50 və ya müsbət 0,75. Belə bir dərəcəyə çeviririk.
Bu müsbətə çevirdikdə istər-istəməz pasiyentlər uzaq görmədən razı qalırlar, amma yaxın görmədə bir balaca əziyyət çəkirlər. Onu da biz yenə deyirik, 1 ay boyunca yaxından cüzi narahatçılığınız olacaq günü-gündən bu şikayətləriniz keçəcək. Gözdəki, plyus (müsbət) dərəcənin olmağı bizim yaxın işi görməyimizə bir maneə deyil. Tam tərsinə nə qədər yaxın işi çox görəriksə, o qədər bu şikayətlərimiz yaxın görmədəki sıxıntı daha sürətli keçər. Və orta hesabla 2 həftəyə bu xəstələrdəki diskomfort hissi keçib getmiş olur.
LASIK əməliyyatından sonra gigiyena və kosmetika
Nə vaxt çimə bilərlər? – Ən çox verilən sual. Əməliyyatın səhərisi günündən normal bütün gigiyenik işlər görülür: əl-üz yumaq, çimmək.
Nə vaxt kosmetik vasitələrdən istifadə edə bilərlər? – Orta hesabla bir həftə sonra.
Nə vaxt dənizə, saunaya, “basseyn”ə gedə bilərik? Yenə də orta hesabla 1 həftə, daha yaxşı olar 2 həftə sonra. İdman – yenə bir həftə sonra.
Əməliyyatın səhərisi günündən xüsusi bir qidalanma tələbi yoxdur, xüsusi bir həyat tərzi yoxdur. Normal çərçivədə həyatlarını davam etdirirlər.
Salam aleykum həkim, eksimer əməliyyatında qoyulan linza həmişə gözdə qalır, yoxsa sonradan çıxarılır?
Salam. Əgər Lasik-sə 1 gün sonra şıxardılır, PRK-sa 3, 4 gün sonra çıxardılır, gözdə qalmır.
Salam mən sentyabrın 18də excimer lazer əməliyyatı oldum. 5 gün tamamında yoxlanışda sağ gözümdə qırış əmələ gəldiyi deyildi. Növbəti müayinə tarixi təyin olundu. O vaxta qədər dərmanlar töküləcək. Dərmanlarla qırışların açılması mümkündümü
Salam. Bəzən o mikroqırışlar zamanla bir az açıla bilir, bəli. Kəskin qırışlar heç vaxt düzəlməz, onları rahatlamaq lazımdır, təkrar flebi qaldırıb. Amma mikroqırışlar zamanla düzəlmə ehtimalı var. Ona görə gözlənilə bilər.
Salam men 2 gozumden emeliyat oklmusam lazer ekzemer lakin sag gozum super gorur amma sol gozum. Evvelkindende pis hekime yaxinlasdim dedi ki. Fleo seffafdi bir sey yoxdu men kor ola bilerem onnan qorxuram. Ve bu kecicidimi?
Salam. Gözünüzdəki problemi görmədən və müayinə etmədən əsla bir fikir bildirmək mümkün deyil. Həkiminizə narahatlığınızı bildirin.
Salam doktor ıl yarım once mene lasık examer lazer etmısınız .Indı her ıkı gozumde qasıntı olur ve batmalar olur arada ne ede bılerem?Qeyd edımkı goz damcısından ıstıfade edırem(nemlendırıcı)xeyır etmır batmalar nedendır?
Salam. Gözünüzdə son zamanlar yaşından asılı olmayaraq çox rast gəlinən konyuktivit problemi ola bilər. İstənilən halda gözü müayinə etmədən dəqiq söz demək çətindir.
Salam emeliyyatdan ne qeder muddet sonra sexsi baxim etmek olar? Mes sac keratin, kiprik ucun laminasiya ve s.
Salam. 1 həftə sonra saç keratin, vəziyyətdən asılı olaraq 2-6 ay sonra kirpik laminasiya mümkündür.
Salam doktor. Mənim gözüm -4,5- 5 idi. Amma yaxını çoooox yaxşı görürdüm. Uzağı görməni də eynəklə, linza ilə 100% görürdüm. 4 gündür eksimer lazer əməlliyatı eləmişəm. Nə uzağı normal görürəm nə də yaxını. Mən düşündüm ki, uzaq görməni eynəkıə 100% görürdümsə, yaxını da eynəklə 100% aydın görərəm. Amma yaxına eynək yazdırmışam yaxşı, aydın görmürəm. Çoox peşman olmuşam əməlliyyat etdirməyimə. 49 yaşım var. İnanın əvvəllki gözlərimə qayıtmaq üçün elə bir damcı və ya əməlliyyat mümkün olsaydıbir an belə düşünmədən qayıdardım.Ürək bulanma, baş giccələnmə, təzyiq, yuxusuzluq məni üzüb bu 4 gün ərzində. Mənə bir moral verin. Ya dəli olacam, ya da beynimə qan sızacaq. Deyin ki, düzələcək hər şey.
Salam. Gözünüzün vəziyyətini əyani dəyərləndirmədən sualınıza professional cavab vermək mümkün deyil.
Salam göz qişası incə olarsa ağır bir yük götürəndə zəifləmə baş ve bilərmi?əməliyyatdan sonra nəzərdə tuturam
Salam. Göz qişası dedikdə gözün hansı qişasını nəzərdə tutursunuz? Ağırlıq qadağası gözün torlu qişasında nazilmə və digər degenerativ dəyişikliklər olduqda keçərlidir.
Torlu qişa idi
Salam əməliyyatdan 2 gün keçib
Sol gözüm bir damcı torlu görür
Bu normaldırmi?
Salam. Nə əməliyyatı olmusuz?
Salam emeliyyatdan sonra her iki gozede qan gelmesi normaldirmi?
Salam. Gözün ağlı qişadına qansızmanı nəzərdə tutursunuzsa, bu əməliyyat zamanı gözə qoyulan vakuum cihazına görə ola bilir, qorxulu bir şey deyil.
Salam Men fitnessle məşğulam ağır çəkilərlə məşq edirəm men eksimer əməliyyatı etsem neçə gün sonra idmana başlaya bilərəm?
Salam. Gözün tor qişasında problem yoxdursa, Ekzimer Lazer əməliyyatının növündən asılı olaraq, 1-7 gün ərzində idmana qayıda bilərsiniz.