Eksimer lazerdə yaş məhdudiyyəti varmı?
Eksimer lazer üçün bir neçə kriterilər var. Əlbəttə, onlardan bir dənəsi yaşdır. Bizim əsas yaş sərhədimiz 18 yaşdır.
18 yaş niyə önəmlidir?
Eksimer lazerdə minimum yaş 18 yaşdır
Əksər hallarda insanların 80 faizində 18 yaş ərəfəsində artıq orqanizm inkişafının formalaşmağı tamamlanmış olur. Əgər orqanizmin formalaşması tamamlandısa, bu, o deməkdir, artıq bundan sonra gözün ölçülərində, dioptriyalarında bir dəyişiklik olmayacaq. Amma çox nadir hallarda 18 yaşı keçmiş olsa belə pasiyentlər, rəqəmlər dəyişə bilir.
Hüquqi yaşımız bizim 18 yaşdır. Yəni, 18 yaşın altında eksimer lazer əməliyyatları tövsiyə etmirik.
Eksimer lazerdə maksimum yaş məhdudiyyəti
Yuxarı sərhədi yoxdur. 18 yaşdan yuxarı: 30 yaş, 35 yaş, 40 yaş… Əlbəttə ki, orada əlavə kriterilər baxımından nəticə dəyişə bilir, amma yuxarı sərhəd baxımından bizim dediyim kimi, yaş məhdudiyyəti yoxdur.
18 yaşdan əvvəl edilən Eksimer lazer əməliyyatları
Çox nadir hallarda yaş 18 olmadan da əməliyyat icra etmək məcburiyyətində qalırıq. Bunun ana səbəbi “anizometropiya”dır. Yəni, 2 göz arasında dərəcə fərqi. Xəstənin bir gözündə mənfi 2-dir, bir gözündə mənfi 11-dir, misal üçün. Belə olan hallarda bu pasiyentlər eynək taxa bilmirlər. Eynək taxmaq üçün eynəkdə 2 gözün bərabər işləyə bilməsi üçün 2 göz arasında fərq 2 dioptriyadan artıq olmamalıdır.
Yəni sağ gözdə, məsələn, mənfi 2-dirsə, sol gözdə 11 olduğu halda belə mən ancaq 4-4,5 ancaq verə bilirəm. 4,5 verincə bu göz yenə də işləmir. Yəni, 11 olan bir göz 4 yarımla yenə də işləməyəcək.
Biz eynəyi taxırıq, bizə elə gəlir ki, eynək taxdıq sanki müalicəmizi alırıq, amma eynəkdə belə yenə də sol göz işləmir, yatır, tənbəlləşir və çəpləşir.
Digər halda, məsələn, bəzən oldu bir göz mənfi 2, bir göz mənfi 7, eynək yazdıq, uşaq eynəyi taxır mənfi 2-ni, mənfi 7-ni. Belə halda belə yenə də, sağ gözü bağlayanda sol göz işləyir, amma sağı açanda sol yenə də işləmir. Beyin 2 gözü bir yerdə işlətmədiyinə görə sol göz yenə də tənbəlləşir və çəpləşmə ilə nəticələnə bilər.
Belə olan hallarda əgər kontakt linza istifadəsinə əks göstəriş varsa və dediyim kimi iki göz arasında fərq 2 dioptriyadan çoxdursa, 18 yaş tamam olmadan da uşağın gələcəkdə “binokulyar görmə pozuntusu” olmasın deyə Eksimer lazer, bu, əlbəttə ki, xüsusi hallardır, Eksimer lazer əməliyyatı icra etmək olur.
Belə bir problem yoxdursa, biz 18 yaşı keçib, ondan sonra əməliyyatı planlaşdırırıq.
Ən az neçə yaşda eksimer lazer əməliyyatı olar?
Nə qədər aşağı yaşlar ola bilər?
Buradakı sərhəd, əlbəttə ki, əməliyyat bizdə damcı ilə icra olunur, narkoz olmur… Ona görə bu əhəmiyyət vaxtı uşağın anlaqlı olması, yəni həyəcanlı olmaması, hadisəni başa düşməsi və əməliyyat vaxtı bizim əmrlərimizi yerinə yetirməsi: “Qırmızı işığa bax, yaşıl işığa bax, düz bax…” bu şəkildə əmirlərimizi icra etməsi önəmlidir.
Əlbəttə ki, yenə də hər uşağın inkişaf periodu və psixoloji sağlamlığı fərqli olur. 9, 10 yaşlardan sonra da bu əməliyyatları dediyim kimi, belə xüsusi hallarda bu Eksimer lazer əməliyyatları icra oluna bilir.
Salam həkim. Mənim gözüm +7.75-di əməliyyata yararlıdır ?
Salam. Sadəcə refraksiyanı bilmək əməliyyat qərarı vermək üçün yetərli deyil.
Salam menim 17 yaşım var fevralda 18 olasaq sol goz -6 sag -5.5 goz emelyati olar 17 yasda eltdirim
Salam. Hər vaxtınız xeyir olsun. Əksər hallarda belə dərəcələr üçün biz 18 yox 19 yaşı gözləyirik. Bir də sadəcə gözün mənfiliyi yetərli deyil, mənfi 6, mənfi 5 yarım. Digər parametrlər var, onlara baxıb ondan sonra qərar verilir əməliyyat olub-olmayacağına. Allah şəfa versin.
Salam həkim 17 yaşım var hərbi İnustuta qəbul olmaq istədiyim üçün əməliyyat olmalıyam mütləq
buna rəsmi qadağa yoxdursa əməliyyat olar ?
Gözün parametrlərinə baxmadan bir fikir söyləmək mümkün deyil.
Salam həkim,18yaşı olmuş gözü zəif uşağın göz əməliyyatı oluna bilər eləmi??
Bəs əməkiyyatdan sonra neçə vaxtdan sonra idmanla məşğul ola bilər?
Öncədən təşəkkürlər
Salam. Göz parametrləri uyğun və stabildirsə əməliyyat ola bilər. İdmanla məşğul olmaq əsas gözün tor qişasının vəziyyətinə bağlıdır . Hər şey normaldırsa iki həftə sonra rutin həyata davam edə bilər.
Salam həkim.mənim qızımın gözünün biri mənfi 4.5 biri isə mənfi 6 dır.yaşı isə 13 dür.məniç qorxduğum budur ki birdən 18 yaşa kimi gözü təmiz tutular.bu yaşda onu əməlyat etmək məqsədəuyğundurmu
Salam. Yalnız 18 yaşdan sonra . Ona qədər göz həkimi kontrollarını axsatmayın.