hamilelik-ve-eksimer-lazer

Hamiləlik və Eksimer lazer

Bu gün sizə danışmaq istədiyim mövzu: “Hamiləlik və Eksimer lazer.” Burada 2 mövzu var:

Birinci, “Hamiləlik periodunda Eksimer lazer əməliyyatı icra oluna bilərmi?”

İkinci mövzu da, “Eksimer lazer əməliyyatı olmuş insanlarda hamiləlik vaxtı nəticə dəyişərmi?”

Birinci mövzu. Əgər hamiləlik varsa, hətta nəinki hamiləlik, hətta südəmər perioddursa, bizim pasiyentlərə tövsiyəmiz əməliyyat olunmasın. Yəni hamiləlik periodunda və südəmər periodda Eksimer lazer əməliyyatı olunmaz.

Amma mövzunun ikinci hissəsi, daha əvvəllər Eksimer lazer əməliyyatı olub, amma hamiləlik keçirərsə daha sonra, hamiləlik Eksimer lazerin nəticələrinə təsir etməz.

Bəzi pasiyentlərimiz bəlli yaşa, 34, 35 yaşına gəlib: “Doktor, bəs indiyə qədər mən əməliyyat olmadım, çünki mən elə bilirdim ki, hamiləlik periodu görməni pisləşdirir. Və mən dedim ki, əməliyyatı artıq bu etaplar qurtarandan sonra elətdirim.” Eksimer lazerdən sonrakı hamiləliyin görmə dərəcəsinə, görmə faizimizə heç bir mənfi təsiri yoxdur. Yəni pasiyentlər istədikləri vaxt Eksimer lazer əməliyyatı ola bilərlər. Eksimer lazer əməliyyatı olandan sonra istənilən müddətdə hamilə qala bilərlər və hamiləlik əməliyyatın nəticəsinə, effektivliyinə heç bir zaman mənfi təsir göstərməz.

Ümumiyyətlə, hamiləlik periodunda ümumi bədəndə maye yığını toplanır, ödem əmələ gəldiyinə görə istəyir Eksimer lazer olmuş olsun, istəyir heç əməliyyat keçirməmiş olsun     bütün insanlarda hamiləlik periodunda, xüsusilə də, hamiləliyin son aylarına doğru görmədə nisbi azalma müşahidə olunur.

Pasiyentlər bu periodda daha öncələr, əgər Eksimer lazer əməliyyatı keçiriblərsə, bu periodda narahat olmamalıdırlar. Çünki hamiləlikdən azad olandan sonra bir neçə ay içərisində, maksimum 2 aya o problemlər tamamən ortadan qalxır və əvvəlki vəziyyətə geri qayıtmış olurlar.

Yəni hamiləlik əməliyyat olunmuş Eksimer lazerin nəticəsinə mənfi təsir göstərməz.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir