retina-problemi-eksimer-lazer

Göz dibində problem olan insanlarda Eksimer lazer əməliyyatı icra etmək olarmı?

Göz dibində problem olan insanlarda Eksimer lazer əməliyyatı icra etmək olarmı?

Göz dibi dediyimiz bizim tibbdə – retina və ya Azərbaycan dilində torlu qişa. Torlu qişadakı dəyişikliklər. Torlu qişadakı dəyişikliklərin dərəcəsinə görə, səviyyəsinə görə, əlbəttə ki, nəticə dəyişir, verəcəyimiz qərar dəyişir.

Əgər torlu qişada yüngül, səthi dəyişikliklər varsa: sadəcə incəlmə varsa və yaxud da ki, yapışıqlıq, VRT dediyimiz vitreomakulyar traksiya varsa və çox təhlükəli olaraq qiymətləndirmiriksə, belə olan hallarda hətta əlavə bir iş, prosedur görmədən də birbaşa Eksimer lazer əməliyyatı icra oluna bilir.

Amma bəzi incəlmələr, artıq dəlinməyə yaxındırsa və ya torlu qişada artıq dəliklər əmələ gəlibsə, belə olan hallarda mütləq həmin o incələn və dəlinən sahələrin ətrafı lazer ilə bərkidilir, onu lazerdə Fotokoaqulyasiya deyirik. Göz dibi bərkidildikdən sonra lazer əməliyyatı olur.

Burada bir haşiyə çıxım. Əgər göz dibi bərkidilməlidirsə, vurulan lazer şüaları göz dibində təxminən 10 günə piqmentləşmə, çapıqlaşma əmələ gətirir. Yəni effektivliyi 10 günə ortaya çıxır. Yəni bizim torlu qişada koaqulyasiya etdikdən 2 həftə sonra Eksimer lazer əməliyyatı etmə imkanımız var.

Praktikada əgər xüsusi bir tələskənliyimiz yoxdursa, pasiyentimiz harasa bir başqa bir yerə getmirsə, vaxtla bağlı məhdudiyyəti yoxdursa, mənim seçimim koaqulyasiyadan 1 ay sonra Eksimer lazer etməkdir. Əlbəttə ki, Eksimer lazerlərin, biz daha danışmadıq daha sonrakı videolarda növləri haqqında danışacağıq. Əgər keratonla icra edəcəyimiz, yəni dərin flepli cərrahiyyə edəcəyiksə, bu zaman gözün dibi mütləq bərkidilməlidir, amma bəzi hallarda göz dibində problem olmuş olsa belə, əgər səthi cərrahiyə icra olunacaqsa, no-touch, PRK və ya LASEK kimi bu əməliyyatlar… Bunlar Eksimer lazerin növləridir. Bu tip əməliyyatları icra edəcəyiksə, bu əməliyyatların göz dibinə heç bir maneəçiliyi yoxdur. Yəni hətta göz dibi bərkidilməsə belə, torlu qişadakı problemlər səhmana salınmadan belə Eksimer lazer əməliyyatı icra etmək olur.

Bəzi hallar var ki, artıq torlu qişadakı dəlik havaya qalxıb, altına maye keçib və ya artıq dəlik böyüyüb yırtıq halını alıb və ya torlu qişada qopma var. Belə olan hallarda artıq bu xəstələr torlu qisanın qopması riski daşıyan xəstələrdir və mütləq göz dibi səhmana salınmalıdır.

Göz dibinin səhmana salınması göz dibində lazer fotokoaqulyasiya etməklə mümkün olur. Belə olan xəstələrdə əvvəlcə torlu qişada fotokoaqulyasiya aparılır, sonra dinamik müşahidələr 1 həftə, 2 həftə, 1 ay, 2 ay… Əgər nəticələr stabil olarsa, ondan sonra Eksimer lazer əməliyyatı düşünülə bilər.

Torlu qişada qopma varsa, bu qopma da təhlükəsiz hala gətirilib çıxarılıbsa, belə olan hallarda əgər səthi əməliyyatlar olacaqsa, bəli, Eksimer lazer oluna bilər, yox, əgər dərin əməliyyat olarsa, dərin əməliyyatlar risk daşıyır.

Yekunlaşdırım videomuzu. Əgər torlu qişadakı dəyişikliklər çox ciddi deyilsə və bu xəstələr Eksimer lazer əməliyyatı oluna bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir