ince-buynuz-qisha-eksimer-lazer

İncə buynuz qişalarda Eksimer lazer olarmı, olmazmı?

Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu: “İncə buynuz qişalarda Eksimer lazer olarmı, olmazmı?” 

Ümumiyyətlə, incə buynuz qişa deyəndə, normal buynuz qişanın qalınlığı 550 mikron və üstündədir. Buynuz qişanın qalınlığı bizim üçün niyə əhəmiyyətlidir?

Çünki əməliyyatı, Eksimer lazer əməliyyatını məhz buynuz qişanın səthində, üzərində icra edəcəyik. Əməliyyatın icrası zamanı buynuz qişada nazikləşmə, gözdəki dərəcəyə uyğun olaraq nazikləşmə icra olunur. Yəni buynuz qişanın “buxarlanması” icra olunur.

Yataq olan buynuz qişada heç olmasa toxunulmamış 300 mikron bir hissə qalmalıdır. Əgər buynuz qişa normadan çox incədirsə, misal üçün, 480 mikrondur, xəstənin gözünün dərəcəsi mənfi 6-dır, əlbəttə ki, belə bir dərəcəni 480 mikronluq buynu qişada icra etmək texniki olaraq mümkün deyil. Ona görə belə hallarda artıq Eksimer lazer cərrahiyyəsi deyil, başqa bir metodlar düşünülüb, planlaşdırılmalıdır.

Daha əvvəllər bizim istər keratomlar vasitəsilə – mexaniki keratomlar və istəyir Femto lazerlər vasitəsilə daha yüksək buynuz qişa qalınlığı, yəni o dərin cərrahiyyədə qapaq qaldırırıq, onlara flepli cərrahiyə deyirik… Qapaq qaldırırıq, lazer işini görür buynuz qışanın səthində, sonra qapağı yerinə otuzdururuq. Qaldırmış olduğumuz qapağın ölçüsünə görə, yəni dərinliyinə görə qalıq buynuz qişa hesablanır.

Əgər əvvəlki texnologiyada biz 160, 180 mikronluq bir flep qaldırırdıqsa, əlbəttə ki, bizə yataq daha az qalırdı və biz daha az dərəcələri korreksiya edə bilirdik. Hal-hazırkı istifadə etdiyimiz metodlarla çox incə – 80, 85, 90 mikronluq flep qaldırırıq deyə biz daha yüksək dərəcələri də artıq Eksimer lazer vasitəsilə korreksiya edə bilirik.

Yəni 5 il, 10 il bundan əvvəl “Sizdə buynuz qişa çox nazikdir və sizi Eksimer lazer edə bilmərik” dediyimiz pasiyentlərdə belə böyük əksəriyyətinə hal-hazırda incə buynuz qişa olmuş olsalar belə, yenə də Eksimer lazer etmiş oluruq. İncə buynuz qişada Eksimer lazeri etməyin iki nüansı var:

  1. Birinci, fleplərinizi nazikləşdirməklə
  2. İkincisi, əməliyyatda işlətdiyimiz lazer optik zonalarını dəyişməklə. Ona “multizone cərrahiyyəsi” deyirik. Fərqli optik “zone”larla daha az buynuz qişa buxarlandırmaq vasitəsilə daha yüksək dərəcələri ortadan qaldıra bilirik, korreksiya edirik.

2010-cu ilə qədər belə bir fəlsəfə var idi: “Əgər bir insanın gözünün dərəcəsi yüksəkdirsə, məsələn, 12-dir, Eksimer lazer vasitəsilə 12-nin hamısını götürmək mümkün deyilsə, xəstəyə belə bir məlumat verirdik: “Mənfi 12-dir. Biz mənfi 8-ni götürəcəyik, mənfi 4 qalıq qalacaq. İndiyə qədər mənfi 12 eynək taxırdınız. Bundan sonra mənfi 4 eynək taxacaqsınız. Eynək nömrələriniz nazikləşəcək.” 

Amma hal-hazırda 2010-cu ildən sonrakı “otorite”nin vermiş olduğu qərar Refraktiv Cərahiyyədə imkan daxilində 1 metodla bir dəfəyə problemi həll etməyə çalışırıq. Yəni əgər xəstənin gözünün dərəcəsi yüksəkdirsə, amma buynuz qişanın qalınlığı bizə imkan vermirsə, əlbəttə ki, bu halda artıq Eksimer lazer deyil, başqa cərrahiyyə düşünülməlidir. Yox, əgər gözün dərəcəsini 1 dəfəyə tam götürə biləcəyiksə, bunun içərisindən “multizone” cərrahiyə də daxildir, o zaman Eksimer lazer oluna bilər.

Yekunlaşdırım. İllər öncəki incə buynuz qişalarda əməliyyat edə bilmərik mövzusu günümüzdə dəyişilib, hadisəyə artıq yeni baxışla… Hətta incə buynuz qişalarda belə, yenə də incəliyin dərəcəsindən asılı olaraq Eksimer lazer əməliyyatı icra edə bilirik. Uzun illərdir, yəni 2013-cü ildən incə buynuz qişalarda biz Eksimer lazer əməliyyatı icra edirik. Haradasa artıq 9 ilə yaxınlaşır nəticələrimiz. Hələ də stabil nəticələrlə davam edirik. İncə buynuz qışalarda da Eksimer lazer əməliyyatı icra etmək olar.

Önəmli olan həkimin təcrübəsi, bacarığı və pasiyentlə ortaq bir qərara gəlməsidir. Əgər vaxtaşırı kontrollar olarsa və həkim biliyini, bacarığını doğru şəkildə istifadə edib gözəl bir nəticə əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir