Keratakonus xəstələrində kontrol müayineleri

Keratakonus xəstələrində təqib

Keratokonus xəstələrini və xəstəliyi necə müşahidə etməli, necə təqib etməliyik? 

Xəstəyə diaqnoz qoyuldu. 

Diaqnoz qoyulandan sonra xəstənin yaşı çox önəmlidir. 

Əgər 35-dən yuxarıdırsa və proqressiyadan çox da şübhələnmiriksə, heç bir müdaxilə etmədən 6 aydan bir təqibə alırıq. Əgər yaş aşağıdırsa: 18-20-22, şübhəli haldırsa ay yarım, iki ay təqib verə bilirik. Amma təsdiqlənmiş haldırsa, artıq diaqnoz qoyulubsa mütləq bir müdaxilə tələb olunur. Müdaxilədən sonra əgər cross-linking əməliyyatı oldusa, o sağalma perodu, 3-4 gün, hər gün gəlib gedirlər. Tam sağalandan sonra, əməliyyatdan 1 ay sonra, əməliyyatdan 3 ay sonra və əməliyyatdan 6 ay sonra… Bu rutin əməliyyat sonrası kontrollarımızdır. 

Artıq 6 ay tamam olduqdan sonra əməliyyata aid mövzuları tamam qapanmış olur. Xəstəlikdə artıq daha proqressiya olmayacaq. Amma yenə də hər hansı bir əlavə problem çıxa bilərmi? Xatırlayırsınızsa, daha əvvəlki yazılarda da qeyd etdik, 100 faizli bir əminliyimiz yoxdur: “Cross əməliyyatını etdik. Daha bundan sonra ömrünün axırına qədər problem yaşamayacaqsan”. Bu sözü xəstələrə verə bilmədiyimizə görə “99.9%” demişik. Hər ehtimala qarşı yenə də vaxtaşırı hər 6 aydan bir mütəmadi kontrol olmaqlarını istəyirik. 

Kontrol olmaqları nəyə görə lazımdır? Birincisi, biz xəstələri təlimatlandırırıq: yəni siqaret çəkilməməlidir. Buna baxmayaraq xəstə gəlib gün ərzində üç qutu siqaret çəkdiyini deyir. O siqaretə bağlı olaraq və ya həyat tərzinə bağlı olaraq buynuz qişada ödəmlənmə olur. Xəstə gəlir, mən baxıram kerimetrik dəyərlərdə dəyişiklik var. Normalda gözləmədiyimiz bir şeydir. Bunu araşdırmalıyıq. Dəyişikliyin səbəbi nədir? 

Araşdırıb məlum olur ki, xəstə gün ərzində 3 qutu siqaret çəkir. Tənbeh eliyirik, siqaret mövzusu ortadan qalxır. Yəni siqareti tərgidir. 2 ay, 3 ay sonra kontrolda baxırsan buynuz qişa normal, sərhədlərə enmiş olur. Əgər o araşdırmanı davam etməsə idik, səbəbini vaxtında, doğru aşkar etməsəydik, amma “Buynuz qişa ödəmlənib. Təkrar, bir də əməliyyat edək… ” Məncə, doğru bir taktika olmazdı. O ödəmlənmənin səbəbi aşkar olanda bəzən qıcıqlandırıcı faktorlar, bəzən allergik səbəblərdən ola bilir. Yəni problemi ortaya gətirən səbəbi qaldırdıqdan sonra məsələ tamamilə həll olunur və təkrar bir müdaxiləyə ehtiyacı olmur. 

Nə olur, olsun… 40 yaşına qədər, əməliyyat olundu və ya əməliyyat olunmadı, hər 6 aydan bir mütəmadi kontrol, 40 yaşdan sonra ildə bir dəfə kontrol olmaqlarını istəyirik. Çünki biz qeyd etmişdik əksər hallarda 40 yaş ərəfəsində xəstəliyin stabilləşmə periodudur. Amma buna baxmayaraq bizim 40 yaşdan sonra belə əməliyyat olan xəstələrimiz var. Yəni 44, 46 yaşında belə, hətta 56 yaşında belə əməliyyat etdiyimiz xəstəmiz var. Sayları azdır. Bir dənə, iki dənədir. Amma heç kimsə sığortalanmayıb. Mən bilmirəm ki, hansı xəstədə belə bir risklə qarşılaşa bilərik?! Ona görə 40 yaşdan sonra da heç olmasa ildə bir dəfə vaxtaşırı kontrol olmalarını tövsiyə edərdik. Əlbəttə ki, o profilaktik tədbirləri yazılarımızın birində qeyd etmişdik: “Nəyi etməməlidirlər?”, profilaktik tədbirləri yerinə yetirmək şərti ilə. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir