Intracorneal Ring əməliyyatının gedişatı

Intracorneal Ring əməliyyatının gedişatı

Keratokonus xəstəliyində buynuz qişadaxili seqment implantasiyası (Intracorneal Ring Implantation) əməliyyatın gedişatı haqqında məlumat verəcəyəm. 

Kimləri icra edirik bu əməliyyatı? Keratokonus xəstəsi var və buynuz qişada refraktiv qüsurlar korreksiya vermir. Xəstənin gözünün dərəcələrini gözünə qoyduğumuz halda belə görmə faizi artmır. Belə olan xəstələrdə qərar verilir Buynuz qişadaxili Seqment İmplantasiyasına, Ring İmplantasiyasına. 

Əməliyyatın gedişatı orta hesabla 15, maksimum 20 dəqiqə çəkir. İşin əsas mahiyyət, hissəsi buynuz qişanın stromasında, buynuz qişanın daxilində təxminən, orta hesabla 380-390, maksimum 400 mikron dərinlikdə təxminən 200 mikron genişliyi olan, 150 mikron da qalınlığı olan bir tunel hazırlayırıq. Bu tuneli ya lazer vasitəsilə, femto lazer vasitəsilə icra edirik və yaxud da ki, manual separatorlar vasitəsilə icra edirik. 

Əməliyyat ağrılı deyil

Bu tuneli açma prosesi pasiyentlərdə ağrılı deyil, amma bir balaca diskomfort verir. Çünki o vaxtı biz gözə çox toxunuruq, təmas edirik. Tunel hazırlanandan sonra iş çox xəstəni də narahat etmir və işlər asandır, əslində. Xüsusi monoqramlar vasitəsilə lazım olan seqment növü təyin olunur və seçilmiş seqment həmin o tunellərin içərisinə implantasiya olunur. 

Qeyd etdiyim kimi, əməliyyat orta hesabla 15 dəqiqə çəkir. Əməliyyatdan sonra elə ciddi bir ağrı olmur, həmin gün diskomfort olur, amma çox xəstəni narahat edəcək diskomfort olmur. Bəzi hallarda kombinə edilir, cross linking və ring implantasiyasını eyni seansa salırıq. Cross əməliyyatı olduğuna görə bir neçə gün ağrı, diskomfort olur. Amma ring əməliyyatı üçün elə ağrılar olmur. 

Effektivliyi ölçmək üçün altı ay keçməlidir

Ring əməliyyatından sonra görmənin reabilitasiyası, bərpası nə qədər çəkir? 

Ring implantasiyasından sonra buynuz qişada ödəm əmələ gəlir və əməliyyatın səhərisi günü əməliyyatın nəticəsini qiymətləndirməməliyik. Yəni ödəm olduğuna görə rəgəmlər doğru cıxmır. Yəni orta hesabla üç aydan sonra biz görmə ilə bağlı görmə reabilitasiyası və gördüyümüz işin nəticəsini dəyərləndirməyə başlayırıq. Üçüncü aydan altıncı aya qədər. 

Altı ayın sonunda artıq yekun bir görüntü əldə olunur və o görüntünü artıq biz dəyərləndiririk: “Bizim istədiyimiz nəticədirmi?” “İstədiyimiz nəticəyə nə qədər yaxın bir nəticələr əldə etmişik?” onun müzakirəsi aparılır. 

Əməliyyatdan sonrakı erkən dövrlərdə əməliyyatın nəticəsini dəyərləndirmək doğru deyil. Əməliyyatın effektivliyini aşkar etmək üçün ən azı altı ay gözləmək lazımdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir