Torlu qişa patologiyaları nə ilə nəticələnir?
Əgər çox ciddi deyilsə, mütəmadi kontrol, əksər hallarda illərlə… 5 il, 10 il, 15 il kontrola gələn xəstələrimiz var, hansı ki, neqativ bir dəyişiklik yoxdur, yenə kontrollarımız davam edir.
İkinci, incəlmə oldu, lazerlə bərkitdik. Yenə illərlə kontrola gəlir, stabil nəticə ilə yola salırıq.
Çox nadir, bəlkə də 1000 nəfərdən 4-5-də bir dəfə lazer koaqulyasiya olunub, zaman içərisində, bir neçə ildən sonra başqa yerlərdə yeni incəlmələr əmələ gəlir və həmin sahələri təkrar yenə də bərkidmək ehtiyacı doğa bilir.
Və çox nadir, indiyə qədər 23-24 illik həkimlik periodumda toplasaq, bəlkə də, 3 ya 4 xəstə ilə qarşılaşmışıq ki, lazer kaoqulyasiya olunmağına baxmayaraq torlu qişa qopmasının qarşısı alınmır və istəmədiyimiz nəticə: torlu qişanın qopmasına gətirib çıxarır.
Torlu qişanın qopması mütləq əməliyyat olunmalıdır. Düzdür, gözdə, oftalmologiyada ən çətin, ən ağır əməliyyatlarımızdan sayılır və əksər hallarda əməliyyatdan sonra əldə etdiyimiz nəticələr heç bir zaman əməliyyatdan öncəki halın eynisi olmur, ondan daha aşağı nəticələr əldə etmiş oluruq. Bunları əldə etmək üçün, əlbəttə ki, aylarla zəhmət çəkmək məcburiyyətində qalırıq.
Heç bir həkim istəməz ki, bu işin axırı torlu qişanın qopması ilə nəticələnsin. Buna görə biz həkimlər vəzifəmizi məsuliyyətimizlə yerinə yetiririk. Pasiyentlərimizdən də eyni diqqət və məsuliyyət tələb edirik.
Salam həkim.gözün torlu qişasının qopması ilə aparılan cərrahi əməliyyatın uğurlu alınmadığı təqdirdə yəni gözün görməsi bərpa olunmadiğı halda yenə də gözün yığılması baş verirmi.
Salam. Bəli, o risk görməyən gözlər üçün həmişə var.