eynek yoxsa lazer-emeliyyatı

Eynək yoxsa əməliyyat?

İşin birinci hissəsi, təməl hissəsi gözün əməliyyata uyğun olub-olmadığını həkim yoxlayır. Bütün müayinələrdən keçirdik və gözün əməliyyata uyğun olduğuna qərar verdik. Həkimin işi burada bitdi. Yəni “Mən eynəkləmi davam edəcəyəm, yoxsa əməliyyatmı olacağam?” – bu tamamilə pasiyentin özünə aid bir mövzudur. Tibbi olaraq həkim “Sizin gözünüz əməliyyata uyğundur, istədiyiniz vaxt əməliyyat ola bilərsiniz” deyir və həkim çəkilir.

Bir həkim kimi cavab versək

Müayinə sırasında da onsuz da biz elə edirik. Xəstəyə burada STOP eləyirik. Əgər xəstə üçün mövzu maraqlıdırsa: “Doktor, mən eynək taxmaq istəmirəm, əməliyyat olmaq istəyirəm. Əməliyyat haqda məlumat verərsinizmi?” Ondan sonra başlayırıq əməliyyat haqqında məlumat verməyə. Yoxsa xəstənin özü istəməsə, tələb eləməsə, biz əməliyyat haqqında məlumat vermirik. Amma işin o hissəsi, yəni “Əməliyyatmı olsun, yoxsa eynəkmi taxsın?” Bu tamamən xəstənin özünün şəxsi istəyinə bağlı bir mövzudur. 

Çünki tibbi olaraq çox nadir problemlər var ki, vaxt olsa bir səfər onun haqqında da məlumat verərəm, orada əməliyyat lazımdır. Yəni orada xəstələrə biz özümüz “Siz əməliyyat olmalısınız!” deyirik. Anisometroplarda, xüsusilə, yüksək astiqmatı olub eynək taxa bilməyən xəstələrdə. Amma “Gözün dərəcəsi, gözün vəziyyəti uyğun olan xəstələrdə eynəkmi, əməliyyatmı?” – əlbəttə ki, pasiyentin qərar verəcəyi bir mövzudur. 

Bir dost kimi cavab versək

O ki qaldı həkim kimi deyil, normal bir insan, vətəndaş kimi mən əməliyyatamı üstünlük verərdim, yoxsa eynəyəmi? Əlbəttə ki, şəxsən mən işin içərisində olan bir adam kimi, illərdir, 20 ildən çox, 23, 24-cü ilimdir artıq bu işlə məşğulam. Mən əməliyyat tərəfdarıyam. Yəni sevdiyim, ərk elədiyim, ətrafımda qohumlarım, yaxınlarım, dostlarım, kimlərim varsa, əməliyyat eləmişəm. Və çox şükür peşman da deyiləm. Yəni mənə elə gəlir ki, eynək istifadəsi bir aksessuardır, əlavə bir yük, işdir. Hətta bəzən problemə çevrilə bilir bu, aktiv idmanla məşğul olanlarda və ya isti, soyuq havalarda onun təmizlənməsi və ya travmaya bağlı hallar. Qulağın arxasını ağrıtmağı, burnunun üstünə sıxması… Belə mövzulara görə, əlbəttə ki, mən əməliyyatı eynəkdən daha üstün sayıram. Amma elə insanlar da var ki: “Eynək məni qəşəng göstərir. Eynək mənim xoşuma gəlir. Mən eynək taxmaq istəyirəm” deyir, yolları açıq olsun, eynəklərindən istifadə eləsinlər. 

Bəzən pasiyentlər deyir: “Doktor, eynəklə mənim davam eləməyim mənim üçün problem olmaz ki?” Əsla. 35 ildir bu əməliyyat istifadə olunur dünyada. 35 ildən öncə bütün insanlar ömürlərinin axırına qədər eynəklə davam edirdilər. Sadəcə artıq elm, texnologiya belə bir fürsət, belə bir imkan yaradıb. Əgər gözü uyğun olandırsa, xəstələrin gözləri əməliyyata uyğundursa, niyə də bu yenilikdən, bu fürsətdən istifadə etməsinlər ki? Şəxsim olaraq, bəli, əməliyyat tərəfdarıyam, amma “Mən eynək taxmaq istəyirəm” deyən insanlara da hörmətlə yanaşırıq.

2 thoughts on “Eynək yoxsa əməliyyat?”

    1. Salam. Bu fikir əsla doğru deyil və göz dərəcələrinin artışı eynəyə bağlı deyil.
      Gözün böyüməsi normal insanın digər üzvlərinin böyüməsi kimi tam fizioloji prosesdir və dünyada heç bir müalicə və eynək gözün böyüməsini – dərəcənin artmasının qarşısını ala bilməz! Biz həkimlər olaraq intensiv böyüməkdə olan insanın yaxşı görə bilməsi və görməsinin zəif olmasına görə göz təmbəlliyinin qarşısının alınması üçün mütəmadi eynək təyin edirik. Eynək yaxşı görə bilmək üçün bir vasitədir.

Cemile üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir