keratokonus-diaqnozu-qoyulduqda

Keratokonus diaqnozu qoyulan xəstə nə etməlidir?

Bir xəstəyə keratokonus diaqnozu qoyuldu. Nə etməlidir?

Əgər bir insana keratokonus diaqnozu qoyuldusa, tövsiyəm nə olardı? Fərqli bir yerdə yenə də hər ehtimala qarşı keratokonusun diaqnozunu təsdiqlətsin. Yəni bir həkim müayinə etdi, sadəcə o bir həkimin qərarından asılı qalmasınlar. Başqa, ikinci bir həkimin fikrini də alsınlar. Orada da əgər təsdiqlənmiş olarsa, ondan sonra artıq növbəti addıma keçsinlər.

Keratokonus diaqnozu qoymaq məsuliyyətli işdir

Ümumiyyətlə, keratokonus diaqnozunu təsdiqləmək, əslində, hər klinikada tam da mümkün olmaya bilir. Çünki praktikada çox rast gəlirəm, baxır plasido topoqrafla bir tək keratokonus şübhəsi olan xəstəni “Keratokonuzsan!” deyilib tədbir görülməyə başlanır. Yəni əməliyyata götürülür. 

Məncə, bir xəstəyə keratokonus diaqnozu qoymaq bir az məsuliyyətli bir şeydir və bir neçə müayinələr və əlamətlər üst-üstə gətirilib ondan sonra dəqiqləşdirilməlidir. 

Keratokonus diaqnozu qoymaq həm təsdiq, həm də inkar baxımından məsuliyyətlidir. Yəni, bir yandan keratokonus diaqnozunu qoymağın özü məsuliyyətli bir şeydir, digər tərəfdən keratokonusu olan bir xəstənin keratokonusunun nəzərdən qaçırmaq özü də çox məsuliyyətli bir işdir. 

Çünki əgər xəstədə keratokonus varsa, təcili iş görülməlidir. Xəstədə keratokonus yoxdursa, yanlışlıqla keratokonus varmış kimi qələmə verilibsə və ya elə bir anlaşılıbsa, o da əlavə, lazım olmayan işlərin görülməsinə gətirib çıxara bilər. 

Keratokonus diaqnozu qoyulandan sonra, əlbəttə ki, xəstənin yaşı 40-ın altındadırsa, göz rəqəmləri də, parametrləri də imkan verirsə, burada birmənalı görüləcək ən önəmli şey Corneal Cross-Linking, yəni buynuz qişanın sərtliyini artırmaq, dözümlülüyünü, möhkəmliyini artırmaq, “Cross əməliyyatı” etməkdir. Cross əməliyyatı xəstəliyin pisləşməyinin qabağını alır. Yəni vəziyyət necədirsə, bu mərhələdə də qalmaq üçün buynuz qişanı qoruyub saxlayır. 

İkinci həkim alternativ fikir desə?

Əgər keratokonus təsdiqlənməzsə, yəni əgər bir yerdə bir həkim keratokonus diaqnozu qoydu, başqa bir həkim qoymadı. Yəni “Səndə keratokonus yoxdur!” dedisə, iş bir az çıxılmaza girir. 

Burada da yenə də hər halda bir az araşdırıb kim daha çox keratokonusla məşğuldur, kimin daha çox təcrübəsi varsa, məncə, məcbur o həkim araşdırılıb, o klinika araşdırılıb ora gedib orada da yenə də diaqnoz dəqiqləşdirilməlidir.

Keratokonus xəstəsi əməliyyat olunmasa?

Əgər keratokonus xəstəsi diaqnozu qoyuldu, əməliyyat olmasa, nə olar? Əməliyyat olmasa, əlbəttə ki, xəstəlik getdikcə pisləşəcək və hətta geriyə dönməz görmə zəifliyinə… Korluğa çox nadir gətirib çıxardır. Amma geriyə dönməz görmə zəifliyinə gətirib çıxardır. Hətta bəzən elə hala gəlib çıxırıq ki, məcburən buynuz qişa, gözümüzün qarası dəyişdirmə etapına, keratoplastika əməliyyatına gətirib çıxardır. 

Yəni diaqnozu qoymaq vacibdir. Diaqnozu qoyandan sonra da əməliyyat olunmaq ondan da vacibdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir