yuxudan-sonra-gozde-qizariqliq

Səhər yuxudan oyananda gözlərin qızarması

“Səhər yuxudan qalxanda gözüm qızarır. Niyə?”

Axır vaxtlar çox rast gəlirik bu suala da. Səhər oyananda gözlərdə qızartı şikayətlərinin əksəriyyətinin altında göz problemi durmur. Qonşu orqanlar, qulaq, burun, boğaz problemləri durur. 

Səhər yuxudan qalxandakı qızartı və hətta bəzən az bir miqdarda bu göz qapaqlarının burun tərəfi ucunda ifrazat… Bunların böyük əksəriyyəti burun probleminə bağlı olur. Burunda ya soyuqdəyməyə bağlı olaraq, ya allergik rinitə bağlı olaraq burunun daxilindəki hava cərəyanına maneçilik törədici nə isə olur, yəni havanın dövr elədiyi o boşluq daralır, balacalaşmış olur, balıqqulaqları şişir. 

Göz yaşı kanalının ağzı da burun boşluğuna açılır. Balıqqulaqları şişincə o kanalın ağzı sıxılır və bunun nəticəsində də göz yaşı mayesi buruna axa bilmir, lavaj oluna bilmir. Və o gözün içərisində qalan balaca, mikro tozcuqlar gözdə qıcıqlamalar əmələ gətirə bilir. Göz yaşı daimi normal hərəkət etmədiyinə görə orada durğunluğa bağlı konyunktivit formalaşır. 

Belə olan hallarda düzdür, biz göz üçün dərman yazırıq. O dərmanlar faydalı olur. Amma gözlə bərabər mütləq bir qulaq burun boğaz həkimi konsultasiyasını da tələb edirik. Çünki problemin tamamən ortadan qalxıb həll olunması üçün sadəcə göz dərmanları yetərli olmur. LOR həkimlərinin müalicəsi ilə bərabər ortaq olunan müalicələrdə daha effektiv nəticələr əldə edirik. 

Qorxulu bir şey deyil, əksər hallarda bir həftə – 10 gün içərisində düzgün müalicə ilə gözdəki qızatı problemi ortadan qalxır. Narahat olmalı bir məsələ deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir