Bu gün danışanda ki, hansı mövzudan danışaq, Əflatun müəllim dedi ki:”Sizi nə narahat edir? Narahat edən mövzulardan.” O mövzulardan bir dənəsi haqqında danışmaq istəyirəm. Çox deyil, az da olsa olur, amma yenə də bu mövzu məni narahat edir.
Mövzu nədir? Pasiyent gəldi, misal üçün, uşaq və ya böyük. Əksər hallarda uşaqlarda olur bu mövzu. Saat yarımda hər şey yoxlanılır: görmə dərəcələri, görmə itilikləri, dar bəbək, gen bəbək, biomikroskopiya, təzyiq, buynuz qışa, topoqrafiya… Eləmədiyim müayinə qalmır. Yəni bu gün olunmalı olan, demək olar ki, müayinələrin 80-90 faizini edirsən və nəticədə xəstəyə məlumat verilir və bir eynək yazılır.
Bu qədər haydan-həşirdən sonra xəstə gedir optikaya, optikada bir nəfər… Həmin nəfərin bilmirəm təhsili haqqında və ya o işi bilmə səviyyəsi haqqında. Həmin adam reseptə baxır və bir dənə fikirdir deyir: “Ooo… yaman yuxarı yazıblar nömrəni. Nömrəni çox yazıblar.”
Vəssalam… Pasiyent başlayır panikləməyə. Ondan sonra zəng zəngin dalınca:
– Ay doktor, biz gəldik, filankəsik. Bizim uşağımızı yoxladınız, amma sən eynək yazmısan. Deyirlər ki, bu eynəyin nömrəsi çox yüksəkdir!
– Ay balam, kim dedi onu?
– Optikadakı filankəs…
Çox, çox üzr istəyirəm. Buradakı məqsədim kimsəni tənqid və ya təhqir eləmək deyil. Amma insanları bir az daha məntiqlə düşünməyə dəvət edirəm. Yəni ən azından bir müayinənin gedişatını görmüş oldunuz siz özünüz. Necə, hansı səviyyədə bir müayinə aparıldı. Neçə illik bir təcrübə ilə qarşılaşıb ortaya bir məhsul çıxardıldı. Yəni bir eynək, resept çıxarıldı və onu təhsili haqqında məlumatımız olmadığı, yəni həkimdir, həkim deyil, tibbi təhsili var, yoxsa yoxdur, o işi nə qədər bacarır?.. Bir nəfərin bir sözünə görə siz artıq panikləməyə başladınız. Gecə-gündüz zəng zəngin dalınca, WhatsApp-dan yazırlar, Instagram-dan yazırlar. Nənəsi zəng edir, atası zəng edir.
Biz də insanıq. Yəni elə olan hallarda mənim yerimə siz olsanız, o zənglərə necə reaksiya verərsiniz? Mən elə olan hallarda:
Bu vəziyyətdən bu şəkildə çıxıram.
Amma içimdə bu mövzu, bu sual, həqiqətən, məni narahat edir. Yəni pasiyentləri bir daha bu mövzuda daha məntiqli olmağa dəvət edirəm. Yəni “məhəllədə filankəs belə dedi”, nə bilim, “məktəbdə bir uşağın valideyni belə dedi”. O hər deyilən sözə görə düşünün gün ərzində nə qədər pasiyentə baxırıq. Hər pasiyentin atası, anası, nənəsi… Hərəsi gündə bir dəfə zəng eləsə, biz nə hala qalarıq və işləmə potensialımız, nə bilim həyat tərzimiz…
Ona görə çox xahiş edirəm, bu mövzuda bir balaca, bəlkə, sitəm etmiş oldum. Bəlkə… Amma çox xahiş edirəm bizi düzgün anlasınlar, düzgün başa düşsünlər. Yəni o yazdığımız hər reseptdə, hər yazıda bizim məsuliyyətimiz var, məsuliyyətimizin fərqindəyik, neçə ildir bu işin içərisindəyik, o mövzularda bizə güvənə bilərlər və yazdığımız reseptlərə etibar edib o şəkildə davam eləsinlər.
Yenə də insandır, valideyndir, əgər doğrudan da çox ciddi bir problem olarsa, o zaman qapımız açıqdır, istədikləri vaxt gələrlər, mövzunu müzakirə edib danışa bilərik. Amma iş xaricində davamlı: “Doktor, aptekdəyəm, optikadayam elə indi…” Gecə saat təsəvvür edin 8-də, 9-da, 10-da zəng, WhatsApp, cavab… Mən də insanam da. Özümə aid bir işlərim ola bilər. “Doktor, niyə cavab vermisiniz? Mən aptekdəyəm. Aptekdən yığıram sizə.”
Bu şəkildə bu mövzular qəbul edəcəyim mövzular deyil. Həqiqətən, bu mövzular gündəlik məni narahat edən mövzulardır. Bizim işimizə aid bir mövzu deyil. Bu mövzuda pasiyentlərimizin bir az daha diqqətli olmalarını istərdim.