Uşaqların pointerə (lazer işığına) baxması

Uşaqların pointerə (lazer işığına) baxması

Bu gün paylaşmaq istədiyim mövzu məni çox narahat edən mövzudur. Açığı bir neçə dəfə qarşılaşmışıq bu mövzu ilə və öz həm pasiyentlərin, gələnlərin içərisində, həm ətraf mühitimdə danışanda mümkün qədər bu mövzunun yayılmağını istəyirəm, amma səs olaraq, yəni bir nəfərə və ya məclislərdə bunu paylaşmaq fərqli, amma artıq sosial mediada, internetdə də paylaşmaq istədim ki, insanlara bu haqda məlumat verək. Çox ciddi bir mövzudur. 

Elə keçən həftə qarşılaşdıq. Çoxdandan tanıdığım bir pasiyent, ailə. Uşaqlarını balaca vaxtında əməliyyat eləmişik. Zəng elədilər ki: 

“Doktor, uşaq əlində pointer, o basıb harasa lazerlə işıq salırlar… Pointeri gözünə tutub, pointeri gözünə tutandan sonra uşağın görməsi pisləşib.” 

Nə isə təcili müayinəyə çağırdıq. Gəldilər müayinəyə, müayinə nəticəsində məlum oldu ki, uşağın makulası, görmə mərkəzi – torlu qişadabir görmə mərkəzi dediyimiz sarı nöqtə, görmənin 90 faizindən cavabdeh olan bir mərkəzdir, 200-250 mikronluq bir sahədir və bütün ətrafdan gələn işıqlarbir başa həmin mərkəzə düşür. Yəni belə deyək də, bizim fokus nöqtəmiz. Həmin mərkəzə işıq salıb, baxıb diod lazerlə həmin mərkəzi yandırıb. 

Ciddi nəticələrə gətirib çıxardır, görmədə defekt əmələ gəlir ki, o defekt ömür boyu düzəlməz. Görmənin faizi toparlanır, amma keyfiyyət olaraq düzəlmir. Allahdan bu uşaqda zədələnən zona çox geniş deyil, balaca bir zonadır. Amma elə pasiyentlər var ki, bütün makula genişliyində yandırır. Yəni daha çox baxdıqlarına görə o sahəni daha çox yandırmış olur.

Ona görə çox xahiş edirəm, hər kəsdən bu mövzuda bir yaxşılıq edək, hər kəslə paylaşaq. Mümkün qədər uşaqlara bu pointerləri almayaq. İşlə əlaqədar əgər kimsə alıbsa da uşağına verməsin, uşağının əli çatmayacaq yerlərdə saxlasınlar. 

Çünki uşağın mövzudan xəbəri yoxdur, onlara maraqlı gəlir haranısa görür sonra o hər halda yavaş-yavaş özünü kəşf eləmək və ya onun içərisindəkiləri kəşf etməyə çalışır. Uşaq bunu bilmədən edir. Və ya bəzən bir-birlərinin gözlərinə… Çox rast gəlmişik. Biri bir başqasının gözünə salır bunu. Bu mövzularda diqqətli olmalarını istəyirik. Geriyə dönməyən nəticələrlə qarşılaşırıq. Hətta tamamən korluğa belə gətirib çıxara biləcək nəticələr olur. Bu mövzuda diqqətli olmağınızı istəyirəm. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir