Yuxusuzluqdan gözaltı torbalar olarmı?

Yuxusuzluqdan gözaltı torbalar olarmı?

Bəli, bəzən yuxusuzluqdan, gözaltı torbalanmalar da ola bilir. Səbəbi nəyə bağlıdır? Açığı, onun səbəbi haqqında tam dəqiq bir məlumat verə bilməyəcəyəm. Amma fikirlərimisizlə bölüşə bilərəm. 

Yuxusuzluq olunca istənilən halda həm orqanizmdə sinir sistemi problemləri, təzyiq problemləri, qan dövranı problemləri, maye dövranı, limfa dövranı problemləri olur. Alt qapaq şişkinliklərinin əsas səbəbləri limfostaz, yəni orada limfa dövranının pozulmasıdır. Bu da əsas səbəbləri limfa sistemimizi idarə edən daha çox simpatik və parasimpatik sinirlərdir. Yəni yuxusuzluğa bağlı həmin sinirlərdə, parasimpatik sinirlərdə əgər oyanıqlıq olarsa, limfa damarlarının diametrinə və yaxud da ki, onların turqoruna, tonusuna təsir edir. Əgər orada tonus yaxşı işləməsə, damarlarda durğunluq əmələ gəlir, onun özü də həmin hissədə ödemə (atyoka) səbəb olur. Bu da şişkinlik (torbalama) kimi özünü göstərir. 

Həlli də yenə də səbəbə uyğun, əgər yuxusuzluğa bağlı belə bir şeylə qarşılaşmışıqsa, yuxusuz olanda daha çox olursa, yatmaqla bu problemi həll edəcək. 

Bəzi hallarda qalıcı olursa, o, yuxusuzluğa bağlı deyil. Əgər qalıcı olan bir torbalanma varsa, onların əksər hallarda ana səbəbi göz arxasında olan piy yastıqcıqlar var, piydən yastıqcıqlar, amortizator kimi gözü qoruyur zərbələrdən… Yaşla əlaqədar həmin o yastıqcıqlardakı piylər əriməyə başlayır. O əriyən piylər öz ağırlığı ilə gəlib alt qapaqda dərinin altına toplanır. Ona görə də torbalar əmələ gəlir. Onların da ancaq yolu əməliyyatla o əriyən piy təbəqəsinin oradan təmizlənməsi. Bu başqa bir mövzudur. 

Yuxusuzluqdan, göz qapağı düşməyi siniri… Göz qapağımızı hərəkət etdirən əzələlərdir, əzələləri innervasiya edən sinirlərdir. Sinir yorğunluğuna bağlı olaraq sinir lazımi impuls göndərmir. Hər adamda olmur bəzi insanlarda olur. Bəli, iki gözdə və ya birtərəfli ola bilir. Yorğun olanda, gərgin olanda… Çünki pasiyentlər gəlir: 

“Doktor, mən yorğun olanda gözümün biri balacalaşır.* 

Görən göz heç bir zaman böyüməz, balacalaşmaz. Əgər böyümə, balacalaşma kənardan hiss olunursa, bu ancaq qapaqlara bağlı bir şeydir. Əgər qapaq aralanarsa, göz böyük görsənər, qapaq qısalarsa, daralarsa, göz balaca görsənər, yəni gözün ölçüsü dəyişməz. O da, yenə də sinir sisteminə və dolayısıyla yorğunluğa bağlı ola bilər. Hətta bəzən yorğunluq sadəcə emosional gərginlik də belə hallara gətirib çıxarda bilər. Belə olanda əksər hallarda göz həkimləri çox faydalı olmur. 

Əgər ptoz olarsa, o göz həkimin işinə girir və ya plastik cərrahların işlərinə girir, onlar həll edirlər. Amma ptoz deyilsə, yəni siz gün ərzində dəyişən bir şeydirsə, gah yaxşı olur, gah pisləşirsə… Belə olan hallarda əməliyyat da çox fayda verməz. Tam bizim bildiyimiz klassik ptozlarda göz qapağı düşər və eyni səviyyədə qalar, dəyişməz o. Amma yox, rahat olanda düzəlir, çox gərgin olanda sallanırsa, o zaman sinir sisteminə, gərginliyə, yorğunluğa bağlı olur. Onu da onlar həll edirlər.

Bəzən ptoz ola bilər, bəzən dəri qıvrımları, dəri boşluğu ola bilər (dəri sallanması), bəzən də üst qapaqda da yırtıqlar – “qrıjalar”. Yəni az öncə qeyd etdiyimiz kimi, o piy təbəqəsinin əriməsi nəticəsində dərinin altında piy toplanmaları olur. Onlar ancaq əməliyyatla həll olunur. O da əksər hallarda yaş artdıqca ortaya çıxan bir şeydir. Həm dəri artıqlığı kəsilib götürülür, həm də orada əgər piy əriməsi axıb dəri altına toplanması varsa, o təmizlənir.

Bəzi hallarda da o piy çox əriyir, göz qapağı daha dərinə batmış olur. “Sönmüş göz”, “ölü göz” əlaməti kimi özünü göstərir. Elə olan hallarda da orqanizmin fərqli yerlərdən piy toxuması götürülüb, həmin hissəyə piy toxuması köçürməklə gözü daha görüntüdə “canlı” hala gətirmək olur. Bu, əlbəttə ki, estetik həkimlərinin işidir, onlar məşğul olur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir