Özbaşına eynək taxmaq – əslində, bu bizim qəbul edəcəyimiz bir mövzu deyil. Amma çox təəssüf ki, gündəlik praktikada rast gəlirik. Pasiyentlər:
“Mən eynəkistifadə edirəm. Doktor, baxın görüm bu eynək doğrudur, yoxsa yox?”
Araşdıranda məlum olur ki,
- pasiyent özü gedir optikaya özünə uyğun yoxlayır, taxır çıxardır, bir dənəsini bəyənir, onu da götürür, gəlir.
- Və ya hətta daha maraqlısı var: evdə yoldaşının eynəyini götürüb, xanım ərinin, ər bəzən xanımın eynəyini istifadə edir.
- Hətta bir az daha maraqlı olanlarını da görürük gündəlik praktikada: valideynlər böyük uşağın gözünün nömrəsi dəyişir, eynəyi dəyişdirilmiş olur, köhnə eynəyi balaca uşağa verir. Sanki evdəki paltarı dəyişmək kimi bir şey və ya ayaqqabı dəyişmək kimi bir şey.
Əlbəttə ki, bunların heç birisi, nə birinci, nə ikinci, nə üçüncü, heç birisi qəbul olunacaq, mövzu deyil.
Birinci göz müayinəsi və yaxud da ki, eynək təyini elə sadə, bizim insanlarımızın əksəriyyətinin anladığı şəkildə sadə bir proses deyil. İnandırım, gündəlik o qədər rast gəlirik. Mən o insanlara izah edirəm.
“Doktor, yaxını pis görürürəm də, bir dənə mənə yaxın eynək yaz, mən çıxım gedim.”
“Yaxını pis görürəm” sözünün altında o qədər şeylər yata bilər ki və əmin olun ki, kim ki, bu mövzuda israr eliyir:
“Tələsirəm, vaxtım yoxdur. Bir dənə eynək yaz, çıxım gedim.”
Müayinə nəticəsində məlum olur ki, gözün dibində problem var, ya göz daxili təzyiq – qlaukoma xəstəliyi var, ya kataraktası var, ya şəkərə aid qan sızması var. Belə olan bir halda mən sizə necə eynək yazıb yola sala bilərəm?
Onu pasiyentlər başa düşmürlər ki, o detallı müayinə mənə lazım deyil. Mən həkimə lazım deyil. O detallı müayinə ona lazımdır. O müayinə üçün mən vaxt itirəm, enerji itirirəm. Amma o “Tələsirəm” deyir. Bunu anlamaqdan çox əziyyət çəkirik. Mən sənin üçün fədakarlıq edirəm, enerji itirməyə, vaxt itirməyə razıyam və hazıram, amma sən özün üçün, öz sağlamlığın üçün vaxt ayırmaq istəmirsən. O qədər anlaşmaz mövzu olur ki, hətta işin gedişatında beş dəqiqə, mən onu yola gətirməkdən ötrü vaxt itirirəm, inandırım sizi. Ki, nələr ola bilər, nələr ola bilər, nələr ola bilər… Sanki sonra da bir naz eliyirmiş kimi:
“Hə yaxşı da, doktor. Sən deyirsən eləyək də.”
Bu məni çox incidir, həqiqətən. Və çox istəyərəm, cəmiyyətimiz bu mövzuda məlumatlanmış olsun. Yəni göz sadəcə “Yaxını pis görürəm, vəssalam, eynək yazılıb çıxdım getdim” deyil ki.
Bu bizə gələn pasiyentlər… Bizə gəlməyən pasiyentlər, yəni bizim ünsiyyətdə olmayan, mövzunu bilməyən insanlar, həqiqətən də, rahatlıqla gedir optikaya. Bir dənə şüşə eynək, orada nəisə varsa, hazırlardan bir dənə, iki dənə…
“Hə, deyəsən bu yaxşıdır.”
Götürdü, çıxdı, getdi. Heç bəlkə ona düşmür. Nə qədər pasiyent gəlir, miop gözlər. Uşaq zəif görür, lövhəni görə bilmir, gedirlər eynək… Birini taxır, bir az yaxşı kimi də, yaxşı deyil. O birisi bundan daha yaxşıdır. “Bir dənəsini alırlar, çıxıb gedirlər. Mənfi süşələrdə nömrələrnə qədər yuxarı olarsa, o qədər görüntünü parlaqlaşdırır. Parlaq görməyaxşı görmə demək deyil. O parlaq görmə bir anda taxırsan: “O nə qəşəng görsənir” kimi dəyərləndiririk, amma beş dəqiqə sonra ağrısından dözə bilmirsən. Baş ağrıları olur.
“Getdik, doktor, uşağa eynək aldıq, amma uşaq eynək taxmaq istəmir, eynəyi tullamaq istəyir. 5 dəqiqə – 10 dəqiqə taxır, sonra tullayır.”
Əlbəttə ki, elə olacaq. Yəni bir gözümüzü bu qədər dəyərsiz etməyək. Bir dənə xahişim odur. Ən çox məni narahat edən bu orqanımız… Bilmirəm. Düzdür, bütün orqanlarımız dəyərlidir, amma göz məncə çox daha önəmlidir. Yəni bir göz orqanımızı bu qədər dəyərsiz etməyək, bu qədər başdansovdu müayinələrlə yola verməməyə çalışaq.
“Hə, doktor taxdım baxdım, yaxşıdır”.
Yəni çox gülməli.
Üçüncü haqqında heç danışmaq istəmirəm, çünki o mövzudanışılacaq mövzu deyil.
Məndən bu qədər.